Kanada
mətbuatı: Fransa Azərbaycanın tərəfində
olan beynəlxalq hüquqa qarşı çıxır və bölgədə sabitliyi pozur
Fransa Azərbaycanın
tərəfində olan
beynəlxalq hüquqa
qarşı çıxır
və bölgədə
sabitliyi pozur.
Diasporla İş
üzrə Dövlət
Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Kanadanın nüfuzlu
“Thej.ca” media platformasında
dərc edilmiş “Fransanın Ermənistan-Azərbaycan
münaqişəsində rolu
geosiyasi maraqlarla bağlı suallar doğurur” sərlövhəli
məqalədə qeyd
olunub.
Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avrahamın qələmə
aldığı məqalədə
diqqətə çatdırılıb
ki, Fransanın Ermənistanı hərbi cəhətdən dəstəklədiyi
barədə məlumatlar
mövcuddur.
Müxtəlif siyasi
ekspertlərin fikirlərinin
yer aldığı məqalədə Fransanın
uzun illərdir ki, irqçi davranışlarına görə
qınaq obyekti olduğu qeyd edilib. Təəssüflə
bildirilib ki, Afrikanın bir çox ölkəsi Fransanın onların tarixindəki müstəmləkə
keçmişinə görə
üzr istəməsini
gözlədiyi halda, adıçəkilən ölkənin
Afrikaya bərabərhüquqlu
tərəfdaş kimi
yanaşması müşahidə
olunmur.
Yazıda qeyd edilib ki, qərəzli
davranışları səbəbindən
Fransa Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində
iştirak edən obyektiv ölkə kimi mövqeyini itirib və Azərbaycan açıq şəkildə ermənipərəst
mövqe tutduğuna görə Fransanın sülh prosesində iştirakı ilə razılaşmır. Fransanın
Ermənistanı dəstəkləməsi,
birincisi, bu ölkədəki nüfuzlu
erməni diasporu sayəsindədir, ikincisi,
Fransa Cənubi Qafqazda öz təsirinə malik olmaq istəyir. Bir neçə ay əvvəl Ermənistana humanitar missiyanın göndərilməsi
ilə bağlı qərarın qəbul edilməsi də sözügedən səbəbdən
qaynaqlanır.
Eyni zamanda, diqqətə çatdırılıb ki, Fransa İrəvanı sülh müqaviləsi bağlamağa sövq etmək əvəzinə, sırf öz maraqlarından çıxış edərək Ermənistanı dəstəkləyir ki, bu da nə Ermənistana, nə də Fransaya sərf edir. Fransanın sözügedən siyasəti Ermənistandakı millətçi qruplara yalnız ümid verməklə tərəfləri sülh sazişinə yaxınlaşdırmır. Bir sözlə, Fransa Azərbaycanın tərəfində olan beynəlxalq hüquqa zidd siyasəti ilə bölgədə sabitliyi pozur.
Azərbaycan.-2023.- 16 iyul.- S.3.