Femida
dialoq platforması üzərində sahibkarlarla
görüş keçirildi
İyulun 14-də
məhkəmə hüquq
islahatları və bu sahədə çağırışlar "Femida dialoq platforması"nda
müzakirə edilib
Azərbaycan Respublikası
Ali Məhkəməsi
və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının təşkilatçılığı,
Kiçik və Orta Biznesin İnkişafı
Agentliynin (KOBİA) tərəfdaşlığı
çərçivəsində sahibkarlarla görüşdə
kommersiya mübahisələrinin
məhkəmə yolu
ilə həlli, mediasiya və arbitraj kimi alternativ
həll mexanizmləri,
sahibkarların məhkəmələrdən
gözləntiləri və
digər məsələlərə
toxunulub.
Tədbirdə Azərbaycan
Respublikası Ali Məhkəməsinin sədri
İnam Kərimov, İnsan Hüquqları üzrə müvəkkil
(Ombudsman) Səbinə
Əliyeva, Azərbaycan
Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının prezidenti
Məmməd Musayev,
KOBİA-nın İdarə
Heyətinin sədri Orxan Məmmədov, Vəkillər Kollegiyasının
sədri Anar Bağırov, Məhkəmə
Hüquq Şurasının
nümayəndələri, hakimlər və müxtəlif sektorları
təmsil edən sahibkarlar iştirak ediblər.
Tədbiri açan
Azərbaycan Sahibkarlar
Konfederasiyasının baş
katibi Natavan Məmmədova bildirib ki, 2019-cu ildə cənab İlham Əliyevin imzaladığı
"Məhkəmə hüquq
islahatlarının dərinləşdirilməsi"
ilə bağlı fərman məhkəmə
sistemində aparılan
islahatların keyfiyyətcə
yeni bir mərhələyə keçməsinin
əsasını qoyub.
Bu fərmanda Azərbaycan Sahibkarlar Konfederasiyası qarşısına
qoyulan məsələlər
- arbitraj və kommersiya işlərinə
baxılması keyfiyyətinin
artırılması ilə
bağlı təkliflərini
hazırlayaraq müvafiq
şəkildə hökumətə
təqdim edib.
"Hesab edirik
ki, fərmandan irəli gələn islahatlar nəticəsində
inzibati və iqtisad məhkəmələrinin
ayrılması, mübahisələrin
alternativ həlli üçün Mediasiya institutunun yaradılması
"Mülki-prosessual məcəllə"yə
müvafiq dəyişikliklərin
edilməsi sahibkarların
məhkəmə mübahisələrinin
həllində böyük
irəliləyişlərə səbəb oldu", - deyə baş katib
vurğulayıb. O, "Femida
Dialoq Platforması"
çərçivəsində üçüncü görüşün
məhz sahibkarlarla keçirilməsini dövlətimizin
sahibkarlığın inkişafına
verdiyi böyük önəmin təcəssümü
olduğunu qeyd edib.
Azərbaycan Respublikasının
Ali Məhkəməsinin
sədri İnam Kərimov çıxışında
bildirib ki, dünya təcrübəsinin
müstəqil və qərəzsiz məhkəmə
sisteminin ölkədə
kiçik və orta sahibkarlığın
sürətli inkişafında
və böyük bizneslərin formalaşmasında
önəmli rolu vardır. "Müstəqil
və səmərəli
məhkəmə sistemi
ölkəyə həm
daxildən, həm də xaricdən investisiyalar cəlb edilməsinə zəmin yaradır və ölkədə sahibkarlığı
stimullaşdırır. Məhz
bu səbəbdən də Azərbaycanda məhkəmə islahatları
daim dövlətin diqqət mərkəzində
olub. Ali Məhkəmə bu islahatların mərkəzində
yer alır", - deyə İnam Kərimov vurğulayıb.
Ali Məhkəmənin
sədri bildirib ki, bu gün
dünya sürətlə
inkişaf edir, texnologiyaların bütün
sahələrdə tətbiqi
genişlənir, yeni hüquq münasibətləri
meydana çıxır.
Biznes mühitində rəqabətə davamlılıq
getdikcə daha da çətinləşir.
Mövcud problemlərin
əvvəlkindən daha
çevik həlli tələb olunur. Həm dövlətlər, həm
də sahibkarlar yeni çağırışlarla
üzləşirlər. Bu
çağırışlara cavab vermək üçün ən uğurlu yol birgə əməkdaşlıq,
birgə dialoqdur.
İnsan Hüquqları
üzrə müvəkkil
(Ombudsman) Səbinə
Əliyeva çıxışı
zamanı azad sahibkarlıq hüququnun təmini və sahibkarların pozulmuş hüquqlarının bərpası
məsələləri, sahibkarlıq
fəaliyyəti zamanı
insan hüquq və azadlıqlarının
müdafiəsi problemlərinin
Ombudsmanın fəaliyyətinin
prioritet istiqamətlərini
təşkil etdiyinə
diqqət çəkib.
"Ötən dövr
ərzində normativ hüquqi akt layihələrinə dair təqdim etdiyimiz bir çox rəy və təkliflər nəzərə
alınmışdır ki,
bu da müvafiq
sahələr üzrə
boşluqların aradan
qaldırılmasına, funksional
və normativ problemlərin həllinə
imkan verib. Sadalanan istiqamətlər üzrə fəaliyyətimizi
dövlət qurumları,
vətəndaş cəmiyyəti
institutları, beynəlxalq
təşkilatlar, habelə
özəl şirkətlərlə
əməkdaşlıq çərçivəsində
həyata keçiririk.
Azərbaycan Sahibkarlar
Konfederasiyası və
KOBİA ilə əməkdaşlıq
bu baxımdan xüsusi önəm kəsb edir", - deyə Ombudsman bildirib.
Tədbirdə çıxış
edən KOBİA-nın
İdarə Heyətinin
sədri Orxan Məmmədov Kiçik və Orta Biznes
subyektlərinin qanuni maraqlarının müdafiəsinin
agentliyin fəaliyyət
istiqamətlərindən olduğunu,
bu baxımdan məhkəmə icraatının
effektivliyinin xüsusi
əhəmiyyət kəsb
etdiyini deyib. Bildirilib ki, agentliyə daxil olan müraciətlər arasında məhkəmə
icraatında olan müraciətlər də
var və son zamanlar belə
müraciətlərin sayında
azalmanın müşahidə
edilməsi müsbət
tendensiya kimi qiymətləndirilə bilər.
Hazırda ölkəmizdə
tətbiq olunan alternativ hüquqi həll mexanizmlərindən
olan mediasiya institutunun fəaliyyəti
müsbətdir. Agentlik
sahibkarların mübahisəli
məsələlərinin məhkəməyə
getmədən həllinə
töhfə verən bu mexanizmin daha
geniş tətbiqinə
dəstək üçün
"Bakı KOB evi"ndə
mediasiya üçün
ayrıca görüş
otaqları ayırıb.
Gələcəkdə təşkil
ediləcək digər
KOB evlərində də
mediasiya otaqlarının
yaradılması planlaşdırılır.
Ölkəmizdə arbitraj
institutunun tətbiqi xarici investorların Azərbaycana daha çox cəlb edilməsi üçün
müsbət amil ola bilər.
Azərbaycan Sahibkarlar
Konfederasiyasının prezidenti
Məmməd Musayev
"Femida Dialoq Platforması" çərçivəsində
növbəti dialoqun sahibkarlarla keçirilməsinin
məhkəmə-hüquq sisteminin
sahibkarlara və özəl biznesə olan müsbət münasibətinin göstəricisi,
eləcə də dövlət-özəl dialoqunun
ayrılmaz hissəsi olduğunu vurğulayaraq, sahibkarlarla bu görüşün təşkilinə
görə Ali Məhkəmə sədri
İnam Kərimova öz təşəkkürünü
bildirdi.
Konfederasiya Prezidenti
qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə
ardıcıl islahatlar
həyata keçirilir.
Bu gün ölkəmiz iqtisadi inkişaf, azad olunmuş torpaqlarımızda
aparılan quruculuq işləri və müasir texnologiyaların
tətbiq edilməsi ilə dünyanın diqqət mərkəzindədir.
Ölkəmizdə biznes
mühitinin yaxşılaşdırılması
istiqamətində atılan
addımların tərkib
hissəsi kimi məhkəmə hüquq
sistemində aparılan
islahatlar sahibkarlığın
inkişafı baxımından
da kifayət qədər önəmlidir.
Mübahisələrin alternativ həlli üçün Mediasiya institutu yaradıldı, məhkəmələrin elektronlaşdırılması
həyata keçirildi
və məhkəmə
hüquq sistemində işlərə baxılması
qaydaları sadələşdirilməklə
bərabər, operativləşməsi
də təmin edildi.
M.Musayev dialoqun
nəticəsi olaraq sahibkarların məhkəmə
sistemində qarşılaşdıqları
çətinliklərin həlli
ilə bağlı çevik qərarlar qəbul ediləcəyinə
və bu əməkdaşlığın daimi olacağına ümidvar olduğunu bildirdi.
Azərbaycan Vəkillər
Kollegiyasının sədri,
Məhkəmə-Hüquq Şurasının
üzvü Anar Bağırov çıxışında
açıq dialoq formatında keçirilən
bu görüşlərin
faydalı və səmərəli olduğunu
qeyd edərək, vurğuladı ki, "Bu gün qaldırılan
məsələlərin Ali
Məhkəmənin geniş
tərkibli heyəti tərəfindən dinlənilməsi
çox əhəmiyyətlidir.
Biz məhkəmə sistemində yaranan məsələlərə daha
sistemli yanaşmalıyıq
və əsaslandırılmış
formada, işgüzar qaydada öz təkliflərimizi Ali Məhkəməyə təqdim
etməliyik".
Sonra biznes ictimaiyyətin əsas gözləntiləri ilə
bağlı Azərbaycan
Sahibkarlar Konfederasiyanın
baş katibinin müavini Xəqan Hümmətzadə və
Məhkəmə hüquq
islahatları, bu sahədəki yeni çağırışlar mövzusunda
Azərbaycan Respublikası
Ali Məhkəməsinin
Kommersiya Kollegiyasının
sədri Kəmalə
Abıyeva təqdimatla
çıxış etdilər.
Tədbir qarşılıqlı dialoq və müzakirələrlə işini yekunlaşdırdı.
Azərbaycan.-2023.- 16 iyul.- S.4.