İndiyə qədər bu füsunkar şəhərdə
93 ailə - 351 nəfər
xoşbəxt və əbədi həyata başlayıb
Milli çağırışımız
olan Qarabağa və Şərqi Zəngəzura Böyük
qayıdışı yüksək
səviyyədə həyata
keçirmək üçün
Azərbaycan dövləti
işğaldan azad edilən ərazilərdə
geniş tikinti-quruculuq
işləri həyata
keçirir. Nəhəng
infrastruktur layihələr
gerçəkləşdirilir, tunellər, körpülər,
beynəlxalq hava limanları inşa edilir, eyni zamanda
yaşayış məntəqələri
bərpa edilir.
Aparılan bütün
quruculuq-bərpa işləri
Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirilir. Dövlət
başçısı mütəmadi
olaraq həmin ərazilərə gerçəkləşdirdiyi
səfərlərində görülmüş
işlərlə yerində
tanış olur, tövsiyələrini verir,
təzə bünövrələr
qoyur.
Qurucu
lider İlham Əliyev bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda
30 yaşayış məntəqəsinin
- 8 şəhər, 22 qəsəbə
və kəndin təməlini qoyub.
Bu ərazilərdə
görülən sürətli
və kompleks işlərin nəticəsidir
ki, artıq ötən ildən etibarən Böyük qayıdışa start verilib və yüzlərlə ailə
yenidən bərpa olunmuş yurdlarında xoşbəxt həyata başlayıblar.
Yüzlərlə ailənin
yurd sevinci
"Ağıllı kənd" konsepsiyası
ilə yenidən qurulmuş Ağalı kəndində ötən
ilin yayından etibarən üç mərhələdə 86 ailə
- 420 nəfər məskunlaşıb.
Ağalıya köçün
dörd mərhələdə
həyata keçirilməsi
planlaşdırılıb.
Tərtərin Talış
kəndinə bu il martın 16-da ilkin mərhələdə
20 məcburi köçkün
ailəsi - 90 nəfər
qayıdıb.
Qayıdışın növbəti ünvanı
isə Şərqi Zəngəzurun cənnətməkanı
Laçın şəhəri
olub. Laçına ilk 20 ailə bu il mayın
27-də yerləşdirilib.
Mayın 28-də Laçına
dönən sakinlərlə
görüşdə "Cənnətin əgər
təsviri varsa, bu gün bax
budur", - deyən Prezident İlham Əliyev qürurla söyləmişdi ki, gözəl təbiət,
əzəmətli dağlar,
gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar,
həm də Laçın şəhərinin
müasir siması Azərbaycanın əldə
etdiyi uğurları ilə eyni səviyyədə
olsun.
İyunun 14-də Laçın
şəhərinə daha
22 ailə (72 nəfər),
ayın 19-da 13 ailə
(44 nəfər), 25-də isə
15 ailə (53 nəfər)
köçürülüb.
Laçına yol
alan 23 ailə olmaqla 85 nəfərdən
ibarət növbəti
xoşbəxt köç
karvanı isə iyulun 13-də dağlar qoynundakı füsunkar şəhərə çatıb.
Sevinc gözyaşları,
Müzəffər Ali
Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan
Ordusunun hər bir üzvünə, torpaqlarımızın azadlığı
uğrunda canlarından
keçən uca şəhidlərimizə minnətdarlıq
duyğuları ilə
illərdən sonra Laçına qədəm
qoyan sakinlərə
evlərinin yeni açarları təqdim olunub. Köçürülən
ailələr, Laçın
şəhərində vaxtilə
yaşadıqları, işğala
son qoyulduqdan sonra dövlət başçısının göstərişi
əsasında bərpa
edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.
Bununla da, Laçın şəhərində
93 ailə, yəni 351
nəfərin daimi məskunlaşması təmin
edilib.
Lakin bu, Laçın şəhərinə
sonuncu qayıdış
köçü deyil.
Prezident İlham Əliyevin tapşırığına
uyğun olaraq, Böyük qayıdış
çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa
edilən və yenidən qurulan Laçın şəhərinə
qayıdışı davam
edir.
Ümumilikdə Laçın
şəhərinə 700, rayonun
Zabux və Sus kəndlərinə isə 400 ailənin köçürülməsi nəzərdə
tutulub...
Laçın şəhərinin
gələcək inkişaf
planı ilə bağlı əlavə addımlar da atılacaq
İyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə
dövlət başçısı
qeyd etdi ki, cəmi səkkiz
ay ərzində Laçın şəhərinin
böyük hissəsi
tamamilə bərpa edilib və burada yeddi yüzdən
çox ailə üçün həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Həmçinin Laçın
şəhərinin gələcək
inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq.
Dövlət başçısı
onu da bildirdi
ki, ilin sonuna qədər Laçın şəhərinin
Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər
qayıdacaqlar. Bütövlükdə
Böyük qayıdış
proqramının birinci
mərhələsində 100 yaşayış məntəqəsinin
yenidən qurulması
nəzərdə tutulur...
İşğaldan azad
edilmiş ərazilərə
Böyük qayıdış
Azərbaycanın 2030-cu ilədək
beş Milli Prioritetindən biri kimi müəyyən olunub.
Prezidentin sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası"nın
icrasını təmin
etmək məqsədilə
"Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük qayıdışa
dair I Dövlət Proqramı"nın təsdiq
edilməsi bu istiqamətdə görüləcək
işlər üçün
mühüm yol xəritəsidir. Tədbirlər
planına əsasən,
tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin
köçürülməsi planlaşdırılır.
Həmçinin 2025-ci ilədək 10270, 2026-cı ilədək
isə 34500 ailənin
köçürülməsi nəzərdə tutulur.
Planlaşdırılan işlərin zamanında və layiqincə həyata keçirilməsi
üçün bu ərazilərin bərpasına
dövlət büdcəsindən
lazımi vəsait ayrılır. Onu da vurğulayaq ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan
bütün işləri,
iki məktəbin tikintisi istisna olmaqla, dövlətimiz öz hesabına görür.
İşğaldan azad
edilən ərazilərimizin
bərpasını büdcəmiz
qarşısındakı əsas
çağırışlardan ilki kimi xarakterizə
edən dövlət başçısı 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə
də vurğuladı
ki, bütövlükdə
nəzərdə tutulmuş
investisiya proqramı əsasında bu ilin sonuna qədər
Qarabağ və Şərqi Zəngəzura
təqribən 12 milyard
manata qədər vəsaitin xərclənməsi
təmin ediləcək.
Qətiyyətli vədin
gerçəkləşən məqamı
Göründüyü kimi, qayıdış proqramı ardıcıllıqla
və uğurla həyata keçirilir. Gün keçdikcə Qarabağ və Şərqi Zəngəzurda
yeni-yeni yurdların işığı yandırılır,
yüzlərlə məcburi
köçkün ailəsi
doğma-od ocağına
qaytarılır. İyulun
13-də isə daha 23
laçınlı ailə
bu bəxtəvərliyi
yaşadı, doğma
torpağında əbədi
xoşbəxt həyata
başladı.
Bütün bunlar
isə düz 11 il əvvəl - 24 dekabr 2011-ci ildə dövlət başçısı
İlham Əliyevin 50
illik yubileyini Ağcabədidə, Taxtakörpü
ərazisində məskunlaşmış
Laçın rayonundan
olan məcburi köçkün ailələri
ilə birgə qeyd etdiyi gün
söylədiyi fikirlərin
qürurla və təntənə ilə həyata keçirilməsinin
əyani təcəssümüdür:
"Bu müvəqqəti
yaşayış məntəqəsidir.
Torpaqlarımız işğalçılardan
azad olunandan sonra bütün köçkünlər üçün
Laçında, Kəlbəcərdə,
Ağdamda, hələ
işğal altında
olan digər torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Mən buna şübhə
etmirəm".
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.-
16 iyul.- S.4.