“Vətənim
Qarabağ” adlı poeziya saatında tanınmış və gənc şairlər şeirlərini oxuyublar
Şuşada Vaqif
Poeziya Günləri çərçivəsində “Vətənim Qarabağ” adlı poeziya saatının ikinci hissəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Natəvanın
evinin önündə
reallaşan tədbirdə
bölgələrdən olan
şairlər və Azərbaycan Yazıçılar
Birliyinin üzvü olan gənc şairlər şeirlərini
oxuyublar.
Əvvəlcə tədbirin
aparıcısı, şair
İbrahim İlyaslı
Şuşada keçirilən
Vaqif Poeziya Günləri haqqında təəssüratlarını bölüşüb. O, poeziya
günlərini söz,
sənət və mənəviyyat bayramı
adlandırıb. Qeyd edib ki, hər
zaman olduğu kimi, bu dəfə
də poeziya günləri Şuşada
yüksək səviyyədə
keçirilir. Diqqətə
çatdırılıb ki,
builki poeziya günlərinin təşkili
işğaldan əvvəlki
illərdə olduğu
kimi, Vaqifin doğulduğu Qazax şəhərindən başladı
və əziz Şuşada davam edir.
Sonra söz şairlərə verilib.
Poeziya saatında
şairlər Bəsti
Əlibəyli, Ramiz Babayev, Qanun Ümman, Ziyafət Yəhya, Reyhan Kənan, Şahnaz Şahin, Fəxrəddin Teyyub, Namiq Məna,
Aysel Fikrətqızı,
Bilal Arallı, Xuraman Muradova və digərləri vətənpərvərlik mövzusunda
qələmə aldıqları,
həmçinin Şuşaya
həsr etdikləri şeirlərini səsləndiriblər.
Qeyd edək ki, bu il
100 illiyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada
Molla Pənah Vaqifin məqbərəsinin
və Poeziya Evinin təntənəli açılışı olub.
Məhz bu səfər çərçivəsində
Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin
keçirilməsi ilə
bağlı göstəriş
verib. Müasir Azərbaycan ədəbiyyatı
tarixində bənzərsizliyi
ilə seçilən
Vaqif Poeziya Günləri həmin tarixdən etibarən
1991-ci ilədək hər
il şairin vətəni Qazaxdan başlayıb, Şuşada
yekunlaşardı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.
Azərbaycan.-2023.- 16 iyul.- S.5.