Şuşa
şəhərinin Türk
dünyasının mədəniyyət
paytaxtı seçilməsi
ilə bağlı fotosərgilər keçirilir
Azərbaycanın mədəniyyət
mərkəzi, Qarabağın
baş tacı olan Şuşa şəhərinin 2023-cü il
üçün "Türk
dünyasının mədəniyyət
paytaxtı" seçilməsi
ilə bağlı növbəti tədbir keçirilib. Belə ki, iyulun
8-də bununla əlaqədar
Gürcüstanın Bolnisi
rayonunda "Qafqaz"
Hüquq və İnteqrasiya Mərkəzinin
dəstəyi ilə fotosərgi açılıb.
Sərgi Azərbaycan
Respublikasının Gənclər
Fondunun dəstəyi ilə "Uşaq və Yeniyetmələrə
Dəstək" (UYD) İctimai
Birliyi tərəfindən
icra edilən Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa
fotolarda adlı beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində
reallaşıb.
Məlumata görə,
elə həmin gün eyniadlı sərgi Gürcüstanın
Marneuli rayonunda da açılıb. Sərgi Marneulidəki
"Azərbaycan Evi"
və Gürcüstan
Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin
təşkilati dəstəyi
ilə təşkil olunub. Sərgi iştirakçılarına layihə
çərçivəsində hazırlanmış açıqcalar
paylanılıb.
Tbilisidəki M.F.Axundzadə
adına Azərbaycan Mədəniyyəti Muzeyində
isə iyulun 9-da Şuşa şəhərinin
2023-cü il üçün
"Türk dünyasının
mədəniyyət paytaxtı"
seçilməsi ilə
əlaqədar fotosərgi
açılıb.
Sərgilənən fotolarda füsunkar Şuşa şəhəri,
Şuşanın mədəni
irsi, musiqiçiləri
barədə məlumatlar
əks olunub.
Gənclər Fondunun
"Şuşa ili"
ilə bağlı elan etdiyi qrant
müsabiqəsinin qalibi
olan bu layihə
Şuşanın tarixi,
mədəni irsi, erməni vandalizmi, gənclərin qayıdışa
motivasiya olunması və Şuşada aparılan bərpa-quruculuq
işləri ilə bağlı məlumatlılığın
fotolar vasitəsilə
artırılaraq həyata
keçirilməsi ideyasına
xidmət edir.
Tədbirlərin keçirilməsində
məqsəd Azərbaycan,
Gürcüstan və
Türkiyədən olan
gənc fotomüxbirlər
vasitəsilə Şuşanın
tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ olunmasıdır.
Sözügedən layihə
çərçivəsində Bakı, Tbilisi, Marneuli, Bolnisi, İstanbul, Eskişehir və Antalya şəhərlərində Şuşanı
əks etdirən fotolardan ibarət 9 sərginin açılması
nəzərdə tutulub.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.-
16 iyul.- S.7.