Lahıclı misgərlərin sənət nümunələri dünyanın ən mötəbər muzeylərinin qiymətli eksponatları sırasındadır

 

Misgərlik sənətinin əsas mərkəzi hesab olunan Azərbaycanda bu qədim sənət növünün tapılan ilk nümunələri Neolit dövrünə təsadüf edir. Mis üzərində oyma sənətinin inkişaf etdiyi Orta əsrlərdə artıq bir sıra böyük şəhərlər misgərlik mərkəzi kimi tanınırdı.

Tarixi mənbələrdə qeyd olunur ki, Şərqdən Şimali Azərbaycana gətirilən misgərlik sənəti sonralar cənuba - İrana keçib, oradan isə Orta Asiya respublikalarına yayılıb. Mis dövründən cilalana-cilalana bugünədək yol gələn bu qədim sənət növü indi öz əhəmiyyətini itirməyib.

Azərbaycanlı ustaların misdən hazırladıqları, mürəkkəb incə naxışlarla bəzədikləri məmulatlar Türkiyə, Orta Asiya, Dağıstan, Gürcüstan, İran digər ölkələrdə uzun illər ərzində tanınaraq şöhrət qazanıb. Bu fikirləri deməyə əsas verən amil azərbaycanlı sənətkarların hazırladıqları Avropa Rusiya muzeylərində saxlanılan sənətkarlıq nümunələridir. Zamanında mis məmulatlar üzərində işləyən sənətkarlar öz damğalarını  hazırladıqları əşyalar üzərinə həkk etdikləri üçün dünya muzeylərində saxlanılan Azərbaycan mədəniyyətinin bu təkrarolunmaz incilərini başqa xalqların adına yazmaq mümkün olmamışdır. Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olub beş qrupda ümumiləşdirilib: xörək, süfrə, su, ağartı qabları məişət əşyaları.

Azərbaycanda misgərlik sənətinin mərkəzləri Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc (İsmayıllı) digər məkanlar olmuşdur. XIX əsrdən başlayaraq Lahıc Azərbaycanda misgərliyin əsas mərkəzinə çevrilmişdir. Lahıclı ustaların misdən hazırladıqları, mürəkkəb incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq sair məmulatlar özünəməxsusluğu ilə seçilir.

Lahıclı ustaların hazırladığı mis qab-qacaq yerli sakinlərin evlərinin bəzəyi olduğu kimi, dünyanın sayılıb-seçilən muzeylərinin qiymətli eksponatı sayılır. Təsadüfi deyil ki, dünyanın ən məşhur muzeylərindən, ən çox ziyarətçini qəbul  edən  Luvr sənət muzeyində lahıclı ustaların sənət nümunələri nümayiş olunur. Berlində Azərbaycan silah ustalarının ornamentlərlə bəzədilmiş tüfəng, qılınc xəncərləri sərgilənir.

Lahıcda mis istehsalının ənənəvi üsulları bu gün qorunub saxlanılır.

2015-ci ildən Lahıcın misgərlik sənəti  UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Lahıc misgərlik sənətinin UNESCO-nun siyahısına daxil edilməsi Azərbaycan xalqının qədim mədəniyyət ənənələrinin qorunub saxlanmasına, gələcək nəsillərə ötürülməsinə, eləcə qədim qəsəbənin sosial-iqtisadi inkişafına töhfə verməklə ölkəmizə gələn turistlərin ən çox üz tutduqları məkana çevirməkdədir.

 

E.QƏNİYEV,

Azərbaycan.-2023.- 16 iyul.- S.7.