Qayıdış
könüllüləri Talış
kəndində “Kod Qarabağ” intellektual oyunu keçirib
“Qayıdış könüllüləri”
proqramının “Ağdam
könüllüləri” qrupu
tərəfindən “Heydər
Əliyev İli” çərçivəsində Tərtərin Talış
kəndində Qarabağ
iqtisadi rayonuna daxil olan işğaldan
azad olunmuş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin,
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin,
Azərbaycan Respublikasının
Gənclər Fondunun,
Azərbaycan Könüllü
Təşkilatları İttifaqının
dəstəyi və “Böyük Qayıdış”
Gənclər Təşkilatının
təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər üçün
“Kod Qarabağ” məntiqi-intellektual komanda
oyunu keçirilib. İntellektual oyunun keçirilməsində məqsəd
Qarabağı, işğaldan
azad olunmuş əraziləri gənclərə
daha yaxından tanıtmaq, şanlı Zəfər tariximizi onlar arasında təbliğ etmək və Talış kəndində məskunlaşan
yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli
təşkil edilməsi
olub.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, könüllülərin də
iştirakı ilə
ümumilikdə 30 nəfər
yeniyetmə və gəncin 6 komanda şəklində qatıldığı
oyunda iştirakçılara
Qarabağ, 44 günlük
Vətən müharibəsində
qazanılan tarixi Qələbə, həmçinin
“Heydər Əliyev və Qarabağ” mövzularında şifrəli
suallar təqdim olunub. Üç mərhələdən ibarət
oyunda ən çox suala düzgün cavab verən “Suqovuşan” komandası gərgin keçən mübarizənin
qalibi elan olunub. “Dəmir Yumruq” və “Zəfər” komandaları
müvafiq olaraq ikinci və üçüncü yerləri
tutublar. Qaliblər mükafatlandırılıb, onlara
sertifikat və hədiyyələr təqdim
edilib.
“Qayıdış könüllüləri”
tərəfindən Qarabağ
İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə birlikdə “Heydər Əliyev İli” çərçivəsində Talış kəndində
yaşayan uşaq, yeniyetmə və gənclər üçün
həyata keçirilən
fəaliyyət planına
uyğun olaraq bu kimi maraqlı
məzmunlu, müxtəlif
tədbirlərin bundan
sonra da davamlı olaraq hər ay keçirilməsi
nəzərdə tutulub.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə
həyata keçirilən
işlərə gənc
nəslin, xüsusilə
də kökləri bu torpaqlara bağlı
olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq həyata keçirilən
“Qayıdış könüllüləri”
proqramının əsas
məqsədi, işğaldan
azad olunmuş ərazilərdə könüllülük
fəaliyyətini dəstəkləmək,
əslən həmin bölgələrdən olan
gənclərin öz
doğma torpaqlarında
yenidənqurma və bərpa işlərində,
eləcə də bölgənin tarixi, mədəniyyəti və
xalqımızın irsinin
təbliğində iştirakını
təşviq etmək
və gənclərin
azad olunmuş ərazilərə qayıdışına
töhfə verməkdir.
Proqram çərçivəsində könüllülərin işğaldan azad olunmuş ərazilərdə müxtəlif könüllü fəaliyyətlərində, o cümlədən mütəmadi olaraq bu ərazilərdə keçiriləcək tədbirlərin təşkilində iştirak, buraya səfər edən yerli və xarici qonaqlarla iş, qayıdışa hazırlıq, bərpa və yenidənqurma işlərinə, məskunlaşmaya dəstək, həmçinin Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə müvafiq xüsusi nümayəndəliklərinə müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü dəstəyinin göstərilməsinə cəlb olunmaları nəzərdə tutulub. Hazırda proqram çərçivəsində “Şuşa könüllüləri”, “Ağdam könüllüləri” və “Zəngilan könüllüləri” qrupları formalaşdırılıb. Növbəti mərhələdə işğaldan azad olunmuş digər inzibati ərazi vahidlərinə uyğun olaraq könüllü qruplarının yaradılması planlaşdırılır.
Azərbaycan.-2023.- 16 iyul.- S.8.