İlham
Əliyevin şərtləri
sülhün yeganə
təminatıdır
İyulun 15-də Brüsseldə
Avropa İttifaqı Şurasının prezidenti
Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş
sayca altıncı görüşün yekunları
bir daha göstərdi ki, tərəflər sülhə
bir az da
yaxınlaşıblar.
Prezident İlham
Əliyevin ölkəmizin
ərazi bütövlüyünün
təmin olunması istiqamətində həyata
keçirdiyi uzaqgörən
siyasət artıq beynəlxalq aləmdə,
o cümlədən də
Ermənistan tərəfindən
qəbul edilir.
Altıncı Brüssel
görüşündən sonra mətbuata açıqlama verən Avropa İttifaqı Şurasının prezidenti
Şarl Mişel bəyan etdi ki, tərəflər son iki ay
ərzində regionda nəqliyyat və iqtisadi əlaqələrin
bərpası ilə bağlı danışıqlarda
aşkar irəliləyiş
əldə ediblər.
Görüşdə suverenlik,
yurisdiksiya prinsiplərinə
hörmətlə yanaşılaraq
gələcək nəqliyyat
razılaşmalarının şərtlərini müzakirə
ediblər: "Biz Ermənistan ilə Azərbaycan arasında danışıqların ən
əhatəli və mürəkkəb mərhələlərindən
birini keçirik. Mən liderləri sülh prosesinə güclü sadiqliklərinə
görə təqdir etdim. Mən onları normallaşma yolunda qəti və dönməz irəliləyişi təmin
etmək üçün
daha cəsarətli addımlar atmağa çağırdım. Baxmayaraq
ki, görüşümüz
gərginliyin artması
fonunda baş tutdu, mən siyasi müzakirələrdə
və səylərdə
mühüm irəliləyiş
olduğunu qeyd etdim".
Gündəlikdə olan bütün məsələləri müzakirə
edən Ermənistan və Azərbaycan liderləri Ermənistanın
29,8 min kvadratkilometr, Azərbaycanın isə
86,6 min kvadratkilometr olmaqla bir-birilərinin ərazi bütövlüyünə
və suverenliyinə hörmətlə yanaşdıqlarını
bir daha qəti şəkildə təsdiqləyiblər. Hər
iki lider delimitasiya üçün
siyasi çərçivə
kimi 1991-ci il "Alma-Ata Bəyannaməsi"nə
birmənalı sadiqliklərini
bəyan edib.
Şarl
Mişel hər iki sərhəd komissiyasının 12 iyul tarixli iclasını alqışlayaraq deyib ki, bu komissiyaların
nizamnaməsi və sərhədlərin müəyyənləşdirilməsinin
əsasları ilə
bağlı müzakirələrdə
irəliləyiş əldə
edilib.
Şarl Mişelin
sözlərinə görə,
ən mühümü
odur ki, liderlər komissiyaların
işini intensivləşdirmək
və sürətləndirmək
barədə razılığa
gəliblər.
Kommunikasiyalar məsələsinə
gəlincə isə,
Avropa İttifaqı Şurasının prezidenti
vurğulayıb ki, bu məsələdə də tərəflər son iki ay
ərzində regionda nəqliyyat və iqtisadi əlaqələrin
bərpasına yönəlmiş
müzakirələrdə də
aşkar irəliləyişə
nail olublar.
Şarl Mişel
hesab edir ki, dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmalıdır. Avropa
İttifaqı buna maliyyə töhfəsi verməyə hazır olacaq. Bəzi detallar hələ də aydınlaşdırma
tələb edir, lakin bu mövzuda
indi mövqelər yaxınlaşır və
variantlar fəal şəkildə araşdırılır.
Liderlər həmçinin
Qarabağın erməni
əhalisinin vəziyyətini,
Laçın dəhlizi
ətrafında durumu müzakirə ediblər. Şarl Mişel Laçın yolunda hərəkətin vacibliyini
vurğulayaraq Azərbaycanın
Ağdamdan humanitar yardımları təmin etmək istəyini də qeyd edib:
"Mən hər iki variantı vacib hesab edirəm
və əhalinin ehtiyaclarının təmin
olunması üçün
hər iki tərəfdən humanitar
yardımların çatdırılmasını
dəstəkləyirəm".
Hadisələrin inkişafı
göstərir ki, sülh danışıqları
ilə bağlı əsas amil Azərbaycan tərəfindən
irəli sürülmüş
5 məlum prinsipin Hayastan tərəfindən
qəbul edilməsidir.
Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin
təməl prinsipləridir.
Ona görə də Azərbaycan əvvəlcədən bəyan
edib ki, məhz bu prinsiplər
üzərində ölkələrin
suverenliyi, ərazi bütövlüyü, sərhədlərin
toxunulmazlığı və
digər prinsiplər əsasında danışıqlar
mümkündür və
sülh müqaviləsi
imzalana bilər.
Görüşdə Qərbi Azərbaycan İcması və onların qayıdışı
məsələsinin də
müzakirə edilməsi
növbəti uğur
kimi dəyərləndirilməlidir.
Çoxsaylı tarixi
sənədlər, xəritələr,
qədim tariximiz təsdiqləyir ki, Qərbi Azərbaycan bizim əzəli torpağımızdır. Ermənilər
Qarabağda olduğu kimi, orada da
tarixi-dini abidələrimizi
yerləyeksan etməklə,
xəritələri saxtalaşdırmaqla
azərbaycanlıların tarixi
irsini silməyə çalışıb, həmin
ərazilərin ermənilərə
məxsus olduğunu sübut etmək istəyib, lakin buna nail ola
bilməyiblər.
Avropa İttifaqı
və ABŞ-nin Azərbaycanın təşəbbüslərini
dəstəkləmələri Ermənistanı çıxılmaz
vəziyyətə salıb.
Azərbaycan artıq Cənubi Qafqazda sülh və sabitliyin təminatçısı
kimi qəbul edilir. Ermənistan üzərinə götürdüyü
öhdəlikləri yerinə
yetirməlidir. Üçtərəfli
Bəyanatın 4-cü bəndində
göstərildiyi kimi,
qeyri-qanuni erməni silahlı birləşmələri
Azərbaycan ərazilərini
tərk etməlidirlər.
İstər Vaşinqton,
istərsə də Brüssel formatında məhz həmin 4-cü bəndin təcili icra olunması məsələsi əsas
müzakirə mövzusudur.
Görüşün nəticələri ilə
bağlı bəyanatda
mühüm məqamlardan
biri də Zəngəzur dəhlizi ilə əlaqədar məsələ idi. Avropa İttifaqının
bu məsələdə
iqtisadi, siyasi marağını açıq
şəkildə qeyd
etməsi Ermənistanın
bütün manevrlərinin
uğursuzluqla nəticələndiyini
düşünməyə əsas verir.
Belçika görüşü
Azərbaycan Prezidentinin
timsalında ölkəmizin
növbəti diplomatik
qələbəsi ilə
yadda qaldı. Bir daha hamı
tərəfindən qəbul
olundu ki, bölgədə sülhün
əldə olunmasının
tək yolu Ermənistanın bütün
təxribatçı mövqeyindən
geri çəkilərək
Azərbaycanın haqlı
tələblərini qəbul
etməsidir.
Bir daha bəlli oldu ki, qalib ölkənin
qalib lideri İlham Əliyevin irəli sürdüyü
5 prinsipdən hər hansısa birini Ermənistan həyata keçirməkdən boyun
qaçırarsa, sülh
müqaviləsi imzalanmayacaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
18 iyul.- S.8.