Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri ilə görüşüb

 

 

İyulun 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Spiker Sahibə Qafarova Türkiyə nümayəndə heyətini Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirərək, Fuat Oktayın Türkiyənin vitse-prezidenti, həmçinin Türkiyə Azərbaycan arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri olduğu dövrdəki fəaliyyətini yüksək qiymətləndirib. Spiker qonağı TBMM-in Xarici əlaqələr komitəsinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, Türkiyədə keçirilmiş seçkilərdə AKP-nin qələbəsinin, cənab Rəcəb Tayyib Ərdoğanın yenidən dövlət başçısı seçilməsinin Azərbaycanda da diqqətlə izlənildiyini qeyd edib. Sahibə Qafarova bildirib ki, Milli Məclisin 30-a yaxın deputatı da müxtəlif beynəlxalq təşkilatların missiyaları çərçivəsində bu seçkiləri müşahidə ediblər.

Söhbətdə Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfərinin əhəmiyyətini vurğulayıb, yüksək səviyyəli görüşlərin danışıqların münasibətlərimizin inkişafındakı rolundan danışıb.

Spiker deyib ki, Türkiyə hər zaman olduğu kimi, 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq işini dəstəkləyib. Vətən müharibəsindən sonra dost qardaş ölkələrimizin dövlət başçıları tərəfindən Şuşa Bəyannaməsinin imzalanması isə Azərbaycan-Türkiyə münasibətlərini yeni səviyyəyə qaldırıb.

İki ölkənin  parlamentlərarası əlaqələrindən danışan spiker, qarşılıqlı dostluq qruplarının sıx əməkdaşlığını qeyd edib, bu ilin aprel ayında Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib. O, 2014-cü ildə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli əsasda əməkdaşlığının əsasının qoyulduğunu nəzərə çatdıraraq, indiyədək bu formatda 8 görüşün keçirilməsinin regional əməkdaşlıq baxımından əhəmiyyətini  vurğulayıb. Spiker parlamentlərimizin digər komitələri arasında da bu formatda əməkdaşlığın faydalı ola biləcəyini diqqətə çatdırıb.

Söhbət zamanı spiker Sahibə Qafarova Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq bərpa işləri, sülh prosesinin gedişi barədə məlumat verib. O, Ermənistanın bölgədə yaranmış yeni reallıqları nəzərə alacağına Azərbaycanın sülh təşəbbüsünü lazımınca qiymətləndirəcəyinə inamını bildirib.

Azərbaycana səfərindən razılıqla danışan TBMM-in xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Prezident İlham Əliyevlə dünən keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. O, bildirib ki, iki ölkə arasında Şuşa Bəyannaməsi çərçivəsində yaradılmış müttəfiqlik çərçivəsi bizə çox ciddi fürsətlər verir.

Fuat Oktay bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin xalqının hər zaman olduğu kimi, Türkiyəyə qardaş dəstəyinə görə bir daha təşəkkürünü ifadə edib.

Söhbət zamanı TBMM-in komitə sədri parlament diplomatiyasının əhəmiyyəti, TürkPA çərçivəsində əməkdaşlığın perspektivləri, ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, nəqliyyat digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi, bölgədə həyata keçirilən nəhəng layihələr barədə fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat

ictimaiyyətlə əlaqələr şöbəsi

Azərbaycan.-2023.- 19 iyul.- S.6.