Gömrük
tarifi haqqında Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
25-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Gömrük tarifi
haqqında" Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, № 7, maddə 779; 2016, № 1, maddə 21, № 2 (I kitab), maddə 206, № 6, maddə
972; 2017, № 3, maddə 340; 2019, № 5, maddə 802; 2021, № 10, maddə
1091; 2022, № 1, maddə 8, № 12, maddə 1402; 2023, № 1, maddələr
27, 30, 34) 20.0.21-ci maddəsindən "minaaxtaran itlərin," sözləri çıxarılsın
və həmin maddədə "idxalı
- 2021-ci il oktyabrın
15-dən" sözləri ", onların yaradılması
və (və ya) istehsalı üçün texnologiyaların,
avadanlıqların, dəstləşdirici
hissələrin və
xammalın, habelə minaaxtaran itlərin idxalı - 2023-cü il martın 1-dən" sözləri
ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 iyun 2023-cü il
Azərbaycan.-2023.-
18 iyul.- S.2.