Yerin
təki haqqında Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
11-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Yerin təki
haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 4, maddə 224; 1999, ¹ 8, maddə 476; 2001, ¹ 11, maddələr
673, 696, ¹ 12, maddə 736; 2004, ¹ 7, maddə 505; 2007, ¹ 8, maddə
745, ¹ 10, maddə 938; 2008, ¹ 2, maddə 47; 2016, ¹ 1, maddə
22; 2018, ¹ 5, maddə 849; 2019, ¹ 1, maddə 20, ¹ 11, maddə
1689; 2020, ¹ 7, maddə 842; 2021, ¹ 7, maddə 701, ¹ 12, maddə
1315; 2022, ¹ 8, maddə 833) aşağıdakı
dəyişikliklər edilsin:
1. 13-cü maddənin ikinci hissəsinin birinci cümləsində
"müsabiqə, hərrac"
sözləri "hərrac
(auksion və ya müsabiqə)" sözləri ilə əvəz edilsin.
2. 15-ci maddənin birinci hissəsi üzrə:
2.1. ikinci abzasda "müsabiqədə və
ya hərracda" sözləri "hərracda
(auksionda və ya müsabiqədə)"
sözləri ilə əvəz edilsin və həmin abzasdan "həmin müsabiqədə və
ya" sözləri çıxarılsın;
2.2. üçüncü abzasda
"müsabiqə, yaxud
hərrac" sözləri
"hərrac (auksion və ya müsabiqə)"
sözləri ilə əvəz edilsin;
2.3. dördüncü abzasda
"müsabiqə və
hərracların" sözləri
"hərracların (auksion
və ya müsabiqənin)" sözləri
ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
31 may 2023-cü il
Azərbaycan.-2023.-
18 iyul.- S.4.