Azərbaycan
Respublikasının Vergi
Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
15-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000,
¹ 8 (I kitab), maddə
583; 2001, ¹ 7, maddə 454, ¹ 9, maddə 576, ¹ 12, maddə
734; 2002, ¹ 5, maddə 249, ¹ 12, maddə 707; 2003, ¹ 8, maddə
425, ¹ 12 (I kitab), maddə
671; 2004, ¹ 1, maddə 1, ¹ 11, maddə 887, ¹ 12, maddə
980; 2005, ¹ 2, maddə 61, ¹ 8, maddə 688, ¹ 12, maddə
1081; 2006, ¹ 12, maddələr 1005, 1026;
2007, ¹ 1, maddə 4, ¹ 6, maddə
597, ¹ 8, maddə 745, ¹ 11, maddə
1053, ¹ 12, maddə 1192; 2008, ¹ 7, maddə 602, ¹ 11, maddə
960; 2009, ¹ 7, maddə 506; 2011, ¹ 1, maddə 14, ¹ 7, maddələr
588, 603, ¹ 12, maddə 1115; 2012, ¹ 6, maddələr 500, 513, ¹ 7, maddə
652, ¹ 9, maddə 841, ¹ 12, maddə
1226; 2013, ¹ 2, maddə 91, ¹ 4, maddə 366, ¹ 11, maddə
1278, ¹ 12, maddələr 1483, 1486, 1495;
2014, ¹ 2, maddələr 94, 98, ¹ 6, maddə 608, ¹ 7, maddə
770, ¹ 8, maddə 957, ¹ 10, maddə
1158, ¹ 12, maddə 1525; 2015, ¹ 1, maddə 11, ¹ 12, maddə
1433; 2016, ¹ 2 (I kitab), maddə
207, ¹ 3, maddələr 396, 402, ¹ 5, maddə
848, ¹ 6, maddələr 973, 974, 1015, ¹ 7, maddə 1245, ¹ 10, maddə
1603, ¹ 11, maddələr 1752, 1792, 1793, ¹ 12,
maddələr 2001, 2037, 2046; 2017, ¹ 2, maddə 146, ¹ 5, maddələr
695, 723, 737, ¹ 6, maddə 1055, ¹ 7, maddə 1304, ¹ 8, maddə
1509, ¹ 12 (I kitab), maddələr
2219, 2251, 2270; 2018, ¹ 2, maddə 149, ¹ 5, maddə 863, ¹ 6, maddə
1193, ¹ 7 (I kitab), maddələr
1414, 1427, ¹ 10, maddə 1962, ¹ 11, maddələr 2186, 2210, ¹ 12 (I kitab),
maddələr 2498, 2509; 2019, ¹ 1, maddə 30, ¹ 4, maddə
590, ¹ 5, maddələr 796, 801, 804, 812, 814,
¹ 8, maddələr 1364, 1373, 1378, ¹ 12, maddə 1894; 2020, ¹ 5, maddə
522, ¹ 6, maddələr 668, 678, ¹ 7, maddə 832, ¹ 8, maddə
1013, ¹ 11, maddələr 1328, 1334, ¹ 12 (I kitab), maddələr 1439,
1441, 1454, 1455; 2021, ¹ 3, maddə 211, ¹ 6 (I kitab), maddələr 541,
551, 555, ¹ 7, maddələr 698, 711, ¹ 8, maddə 894, ¹ 10, maddələr
1090, 1092, ¹ 12, maddələr 1305, 1337;
2022, ¹ 1, maddələr 6, 7, 17, ¹ 6, maddə 587, ¹ 7, maddə
716, ¹ 8, maddə 832, ¹ 12, maddələr
1376, 1385, 1400; 2023, ¹ 1, maddələr 1,
10, 14, 23, 36, ¹ 2, maddə 158, ¹ 3, maddə 336, ¹ 4, maddələr
445, 467) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 164.1.41-3-cü maddə
əlavə edilsin:
"164.1.41-3. Azərbaycan Respublikasının ərazisində
istehsal olunan minik avtomobillərinin satışı - 2023-cü il
mayın 1-dən 10 il
müddətinə;".
2. 164.1.56-cı maddədən
"minaaxtaran itlərin,"
sözləri çıxarılsın
və həmin maddədə "idxalı
- 2021-ci il oktyabrın
15-dən" sözləri ", onların yaradılması
və (və ya) istehsalı üçün texnologiyaların,
avadanlıqların, dəstləşdirici
hissələrin və
xammalın, habelə minaaxtaran itlərin idxalı - 2023-cü il martın 1-dən" sözləri
ilə əvəz edilsin.
3. Aşağıdakı məzmunda 164.1.56-1-ci maddə
əlavə edilsin:
"164.1.56-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında
Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinin,
habelə müharibə
və hərbi əməliyyatların təsirinə
məruz qalmış
digər ərazilərin
minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi
çərçivəsində bütün növ texnikanın, avadanlıqların,
texniki vasitələrin
və qurğuların,
onların ehtiyat hissələrinin, fərdi
zirehli qoruyucu geyimlərin, alətlərin,
partlayıcı və
pirotexniki vasitələrin
istehsalı və satışı - 2023-cü il
martın 1-dən 5 il
müddətinə;".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 iyun 2023-cü il
Azərbaycan.-2023.-
18 iyul.- S.4.