Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsində, Torpaq islahatı haqqında, Energetika haqqında, Torpaq icarəsi haqqında, Dövlət torpaq kadastrı, torpaqların monitorinqi yerquruluşu haqqında, Torpaq bazarı haqqında, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında, Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli 895-VIQD nömrəli Qanununun tətbiqi Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsində, "Torpaq islahatı haqqında", "Energetika haqqında", "Torpaq icarəsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi yerquruluşu haqqında", "Torpaq bazarı haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli  895-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1.  Müəyyən edilsin ki:

1.1.  "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikası Qanununun 8.7-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2.  həmin Qanunun 8.7-ci maddəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur.

2.  Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1.  Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsində, "Torpaq islahatı haqqında", "Energetika haqqında", "Torpaq icarəsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi yerquruluşu haqqında", "Torpaq bazarı haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli 895-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2.  həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3.  "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 721) aşağıdakı dəyişikliklər edilsin:

3.1.  2.1-ci bəndə "8.6-cı" sözlərindən sonra "maddələrində, 8.7-ci maddəsinin ikinci cümləsində" sözləri əlavə edilsin;

3.2.  2.5-ci bəndə "8.4.1-ci" sözlərindən sonra "maddələrində, 8.7-ci maddəsinin ikinci cümləsində" sözləri əlavə edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyul 2023-cü il

Azərbaycan.-2023.- 18 iyul.- S.2.