Azərbaycan
Respublikası Prezidentinin
Yerin təkindən istifadə olunmasının,
onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin
təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin
gücləndirilməsi tədbirləri
haqqında 2018-ci il 16
iyul tarixli 205 nömrəli, Dövlət
Mineral Xammal Ehtiyatlarından
İstifadə Agentliyinin
fəaliyyətinin təmin
edilməsi haqqında
2019-cu il 9 aprel tarixli 613 nömrəli, Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin fəaliyyəti
ilə bağlı bir sıra tədbirlər
haqqında 2020-ci il 27
mart tarixli 975 nömrəli fərmanlarında
və Yerin təki haqqında Azərbaycan Respublikası
Qanununun icrasını
təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə 2000-ci il 6 mart tarixli 351 nömrəli, Yerin təkinin geoloji öyrənilməsinə və
mineral xammal bazasından səmərəli
istifadəyə dair
2020-2024-cü illər üçün
Dövlət Proqramının
təsdiq edilməsi haqqında 2020-ci il 16 mart tarixli 1941 nömrəli sərəncamlarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Yerin təki haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2023-cü il 31 may tarixli
899-VIQD nömrəli Qanununun
icrası ilə əlaqədar qərara alıram:
1. "Yerin təkindən
istifadə olunmasının,
onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin
təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin
gücləndirilməsi tədbirləri
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 7, maddə
1491; 2021, ¹ 5, maddə 456; 2022, ¹ 8, maddə 856) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 2.1-ci bənddə "müsabiqə və hərracların" sözləri
"hərracların (auksion
və ya müsabiqənin)" sözləri
ilə əvəz edilsin;
1.2. 5.6-cı bənddə "müsabiqə və hərraca" sözləri
"hərraca (auksiona
və ya müsabiqəyə)" sözləri
ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, ¹ 4, maddə 613; 2020, ¹ 7, maddə 898; 2021, ¹ 7, maddə
729) ilə təsdiq edilmiş "Dövlət
Mineral Xammal Ehtiyatlarından
İstifadə Agentliyinin
Nizamnaməsi"ndə aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 1.1-ci bəndin birinci
cümləsində "müsabiqə
və hərracların"
sözləri "hərracların
(auksion və ya müsabiqənin)" sözləri ilə əvəz edilsin;
2.2. 3.1.9-cu yarımbənddə
"müsabiqə və
hərraca" sözləri
"hərraca (auksiona
və ya müsabiqəyə)" sözləri
ilə, "müsabiqə
və hərracları"
sözləri "hərracları
(auksion və ya müsabiqəni)" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 27
mart tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2020, ¹ 3, maddə
251; 2022, ¹ 8, maddələr 874, 885) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi haqqında Əsasnamə"nin
3.0.55-ci yarımbəndində "müsabiqə və hərracların" sözləri
"hərracların (auksion
və ya müsabiqənin)" sözləri
ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 6 mart tarixli 351 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 3 (II kitab), maddə
190; 2001, ¹ 10, maddə 640; 2003, ¹ 9, maddə 512; 2008, ¹ 9, maddə
798; 2009, ¹ 5, maddə 319, ¹ 7, maddə 579; 2014, ¹ 5, maddə
477; 2016, ¹ 8, maddə 1384; 2021, ¹ 7, maddə 766; 2022, ¹ 12, maddə
1512) ilə təsdiq edilmiş
"Mineral-xammal Bazasının
Bərpası üzrə
Dövlət Fondu haqqında Əsasnamə"nin
2.1-ci bəndinin üçüncü
abzasında "müsabiqə
və hərracların"
sözləri "hərracların
(auksion və ya müsabiqənin)" sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 16
mart tarixli 1941 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2020, ¹ 3, maddə 323; 2021, ¹ 11, maddə 1235; 2022, ¹ 5, maddə
485) ilə təsdiq edilmiş "Yerin təkinin geoloji öyrənilməsinə və
mineral xammal bazasından səmərəli
istifadəyə dair
2020-2024-cü illər üçün
Dövlət Proqramı"nın
8.6.4-cü yarımbəndinin "Tədbirin adı" sütununda "müsabiqə
və hərraca" sözləri "hərraca
(auksiona və ya müsabiqəyə)"
sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
17 iyul 2023-cü il
Azərbaycan.-2023.-
18 iyul.- S.4.