Azərbaycan
Respublikasının Vergi
Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının
2023-cü il 16 iyun tarixli 922-VIQD nömrəli
Qanununun tətbiqi və Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında
Azərbaycan Respublikası
Qanununun və bu Qanunla təsdiq
edilmiş Azərbaycan
Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30
avqust tarixli 393 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Vergi
Məcəlləsində dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2023-cü il 16 iyun tarixli 922-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası
Vergi Məcəlləsinin
164.1.56-1-ci maddəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Məcəllənin
164.1.56-1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyi nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2023-cü il 16 iyun tarixli
922-VIQD nömrəli Qanunundan
irəli gələn məsələləri həll
etsin.
3. "Azərbaycan Respublikası
Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan
Respublikası Qanununun
və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30
avqust tarixli 393 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 8 (III kitab), maddə
616; 2005, ¹ 12, maddə 1099; 2006, ¹ 5, maddə 400, ¹ 12, maddə
1034; 2007, ¹ 4, maddə 323, ¹ 12, maddə 1225; 2008, ¹ 11, maddə
972; 2009, ¹ 3, maddə 163, ¹ 4, maddə 226, ¹ 10, maddə
780; 2010, ¹ 7, maddə 610; 2011, ¹ 7, maddə 631; 2013, ¹ 7, maddə
805, ¹ 11, maddə 1324; 2014, ¹ 4, maddə 359, ¹ 5, maddə
477, ¹ 9, maddə 1027, ¹ 10, maddə
1198, ¹ 11, maddələr 1390, 1420; 2015, ¹ 1,
maddə 12, ¹ 12, maddə
1454; 2016, ¹ 2 (II kitab), maddələr
261, 265, ¹ 3, maddə 450, ¹ 5, maddə 882, ¹
6, maddələr 1023, 1024, 1042, 1065, ¹ 7, maddə 1257, ¹ 9, maddə
1464, ¹ 11, maddə 1838, ¹ 12, maddə 2089; 2017, ¹ 5, maddələr
760, 811, 845, ¹ 7, maddə 1344, ¹ 8, maddə 1521; 2018, ¹ 9, maddələr
1830, 1843, ¹ 12 (I kitab), maddələr
2571, 2599; 2019, ¹ 8, maddələr 1396, 1407;
2020, ¹ 5, maddə 560, ¹ 11, maddə
1356, ¹ 12 (I kitab), maddə
1504; 2021, ¹ 1, maddə 35, ¹ 3, maddə 220, ¹ 4, maddə
323, ¹ 6 (I kitab), maddə
585, ¹ 12, maddələr 1398, 1425; 2022, ¹ 1, maddə 22, ¹ 12, maddə
1456; 2023, ¹ 2, maddə 235, ¹ 4, maddə 469) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 1.1-ci bəndə
"164.1.56-cı" sözlərindən
sonra ", 164.1.56-1-ci" sözləri
əlavə edilsin;
3.2. 1.49-cu bənddə "maddəsində" sözü
"və 164.1.56-1-ci maddələrində"
sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
17 iyul 2023-cü il
Azərbaycan.-2023.-
18 iyul.- S.4.