Enerji
resurslarından səmərəli
istifadə və enerji effektivliyi sahəsində dövlət
nəzarətinin həyata
keçirilməsi Qaydasının
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Enerji resurslarından
səmərəli istifadə
və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının
2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının icrası
ilə əlaqədar
qərara alıram:
1. "Enerji resurslarından
səmərəli istifadə
və enerji effektivliyi sahəsində dövlət nəzarətinin
həyata keçirilməsi
Qaydası" təsdiq
edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. bu
Fərmanın 1-ci hissəsi
ilə təsdiq edilmiş Qaydanın 3.5-ci
bəndində nəzərdə
tutulan hesabat formasını on beş gün müddətində təsdiq
edib bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.2. bu Fərmandan
irəli gələn digər məsələləri
həlli etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
17 iyul 2023-cü il
Azərbaycan.-2023.-
18 iyul.- S.5.