C.Ə.Feyziyevin
“Şöhrət” ordeni
ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının
ictimai-siyasi həyatında
uzunmüddətli səmərəli
fəaliyyətinə görə
Cavanşir Əyyub oğlu Feyziyev “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham
Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
17 iyul 2023-cü il
Azərbaycan.-2023.-
18 iyul.- S.5.