Azərbaycan
Respublikası Prezidentinin
Azərbaycan Respublikasında
alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə olunması
üzrə Dövlət
Proqramının təsdiq
edilməsi haqqında
2004-cü il 21 oktyabr tarixli 462 nömrəli, Azərbaycan Respublikasında
yol hərəkətinin
təhlükəsizliyinə dair 2019-2023-cü illər
üçün Dövlət
Proqramının təsdiq
edilməsi haqqında
2018-ci il 27 dekabr tarixli 852 nömrəli və Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin
təsdiq edilməsi haqqında 2021-ci il 2 fevral tarixli 2469 nömrəli sərəncamlarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən
istifadə haqqında"
Azərbaycan Respublikasının
2021-ci il 31 may tarixli 339-VIQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. "Azərbaycan Respublikasında
alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə olunması
üzrə Dövlət
Proqramı"nın təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
21 oktyabr tarixli 462 nömrəli Sərəncamında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 10, maddə 838; 2007, ¹ 8, maddə 769; 2013, ¹ 11, maddə
1449; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 2 (II kitab), maddə 251, ¹ 8, maddə 1384; 2020, ¹ 9, maddə
1185; 2022, ¹ 12, maddə 1512; 2023, ¹ 3, maddə 391) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. adından, preambulasının
birinci abzasının
birinci cümləsindən,
ikinci abzasının birinci və üçüncü cümlələrindən
və 1-ci hissəsindən
"alternativ və"
sözləri çıxarılsın;
1.2. həmin Sərəncamla
təsdiq edilmiş
"Azərbaycan Respublikasında
alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə olunması
üzrə Dövlət
Proqramı" üzrə:
1.2.1. adından "alternativ və" sözləri çıxarılsın;
1.2.2. "Giriş" hissəsinin birinci və altıncı abzaslarının
birinci cümlələrində
"alternativ (bərpa
olunan)" sözləri
"bərpa olunan"
sözləri ilə,
üçüncü abzasının
üçüncü cümləsində,
dördüncü abzasının
ikinci cümləsində,
altıncı abzasının
üçüncü cümləsində
"alternativ" sözü
"bərpa olunan"
sözləri ilə əvəz edilsin;
1.2.3. "1. Dövlət proqramının
məqsədi və əsas vəzifələri"
hissəsinin üçüncü
abzasında "alternativ
(bərpa olunan)" sözləri "bərpa
olunan" sözləri
ilə, altıncı
abzasında "alternativ"
sözü "bərpa
olunan" sözləri
ilə əvəz edilsin;
1.2.4. "2. Azərbaycanda alternativ (bərpa olunan) enerji potensialı" hissəsinin adında və 2.5-ci bəndinin üçüncü abzasında
"alternativ (bərpa
olunan)" sözləri
"bərpa olunan"
sözləri ilə,
2.1-ci bəndinin birinci
abzasında "alternativ"
sözü "bərpa
olunan" sözləri
ilə əvəz edilsin;
1.2.5. "Alternativ (bərpa olunan) enerji mənbələrindən istifadə
edilməsi üzrə
Tədbirlər" hissəsinin
adında və 2 -
4-cü bəndlərində "Alternativ (bərpa olunan)" sözləri
"Bərpa olunan"
sözləri ilə,
6-cı bəndində "alternativ" sözü
"bərpa olunan"
sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 27 dekabr
tarixli 852 nömrəli
Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 12 (II kitab), maddə
2701; 2021, ¹ 6 (I kitab), maddə 606; 2022, ¹ 5,
maddə 532, ¹ 8, maddə
912; 2023, ¹ 3, maddə 390, ¹ 4, maddə 534) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
yol hərəkətinin
təhlükəsizliyinə dair 2019-2023-cü illər
üçün Dövlət
Proqramı"nın "7. Dövlət Proqramının
həyata keçirilməsi
üzrə Tədbirlər
Planı" hissəsinin
7.2.7.3-cü yarımbəndinin "Tədbirin adı" sütununda "alternativ"
sözü "bərpa
olunan" sözləri
ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 2 fevral
tarixli 2469 nömrəli
Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2021, ¹ 2, maddə
135; 2022, ¹ 7, maddə 791) ilə
təsdiq edilmiş
"Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər"in 5.2-ci bəndinin
birinci abzasının
birinci cümləsindən
və ikinci abzasının ikinci cümləsindən "alternativ
və" sözləri
çıxarılsın.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 iyul 2023-cü il
Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il 17 iyul
tarixli Fərmanı ilə təsdiq edilmişdir
Enerji resurslarından
səmərəli istifadə
və enerji effektivliyi sahəsində dövlət nəzarətinin
həyata keçirilməsi Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Enerji resurslarından səmərəli
istifadə və enerji effektivliyi haqqında" Azərbaycan
Respublikası Qanununun
(bundan sonra - Qanun)
22-ci maddəsinə əsasən
hazırlanmışdır və enerji resurslarından səmərəli
istifadə və enerji effektivliyi sahəsində (bundan sonra - müvafiq sahə) dövlət nəzarətinin (bundan sonra - nəzarət) həyata keçirilməsi
ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Müvafiq sahədə nəzarətin məqsədi
Qanunun və müvafiq sahə üzrə digər normativ hüquqi aktların tələblərinə
əməl olunmasını,
pozuntuların qarşısının
alınmasını və
yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılmasını,
habelə Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 16 iyul tarixli
204 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin
həyata keçirilməsi
Qaydası"nın 2.2-ci və
3.2-ci bəndlərində nəzərdə
tutulmuş tədbirlərin
görülməsini təmin
etməkdən ibarətdir.
1.3. Müvafiq sahədə nəzarət Azərbaycan
Respublikasının Energetika
Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata
keçirilir.
1.4. Müvafiq sahədə nəzarət enerjinin istehsalı, saxlanması, ötürülməsi, nəqli,
paylanması, satışı
və istehlakı üzrə bu Qaydanın 2.1-ci bəndində
nəzərdə tutulmuş
nəzarət istiqamətlərinin
şamil edildiyi mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq təsərrüfat subyektlərinə
və qeyri-yaşayış
binalarının mülkiyyətçilərinə
(idarəçilərinə) münasibətdə (bundan
sonra - nəzarət subyektləri) həyata keçirilir.
1.5. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının
normativ hüquqi aktlarında nəzərdə
tutulmuş mənaları
ifadə edir.
2. Müvafiq sahədə nəzarətin həyata keçirilməsi qaydası
2.1. Müvafiq sahədə nəzarət aşağıdakı
istiqamətlər üzrə
həyata keçirilir:
2.1.1. Qanunun 6.3-cü maddəsinə
uyğun olaraq, məcburi enerji auditinin keçirilməsi;
2.1.2. Qanunun 7.2-ci maddəsinə
uyğun olaraq, enerji menecmenti sisteminə dair tələblərə əməl
edilməsi;
2.1.3. Qanunun 8.1-ci maddəsinə
uyğun olaraq, nəzarət subyektləri
tərəfindən enerji
idarəçilərinin (menecerlərin)
təyin olunması;
2.1.4. Qanunun 11-ci maddəsinə
uyğun olaraq, istehlak olunan enerjinin hesablanması;
2.1.5. Qanunun 12-ci maddəsinə
uyğun olaraq, məlumatların istehlakçılara
çatdırılması və qorunması;
2.1.6. Qanunun 13.3-cü maddəsinə
uyğun olaraq, enerji effektivliyi potensialının qiymətləndirilmə
nəticələri nəzərə
alınmaqla, enerji istehsalçıları üçün
enerji resurslarından səmərəli istifadəyə
dair müəyyən
edilmiş öhdəliklərin
icrası.
2.2. Nəzarət subyektləri
Nazirlik nümayəndələrinin
bu Qaydanın 2.3-cü
və 3.3-cü bəndlərində
nəzərdə tutulmuş
tədbirləri həyata
keçirmələri üçün
şərait yaratmalıdırlar.
2.3. Nazirliyin bu Qaydanın
2.1-ci bəndində nəzərdə
tutulan istiqamətlər
üzrə yoxlamalar keçirmək, nəzarət
subyektindən sənədlərin
surətini (elektron sənədin nüsxəsini)
tələb etmək,
nəzarət istiqaməti
ilə bağlı digər dövlət orqanlarından (qurumlarından)
məlumat əldə
etmək, nəzarət
tədbirlərinin həyata
keçirilməsinə mane olan halların aradan qaldırılmasını
tələb etmək hüququ vardır.
2.4. Qanunun 18.1.3-cü maddəsinə
uyğun olaraq istehlakçıları enerji
resurslarından səmərəli
istifadə və enerji effektivliyi, habelə məhsulların
enerji səmərəliliyi
ilə bağlı zəruri məlumatlarla təmin etmək məqsədilə Nazirlik
enerji resurslarından istifadə və istehlak olunmuş enerjiyə dair məlumatların, o cümlədən
müvafiq sahə ilə bağlı görülmüş tədbirlərə
dair sənədlərin"Milli
arxiv fondu haqqında"
Azərbaycan Respublikası
Qanununun 7-ci maddəsi
nəzərə alınmaqla
saxlanılmasını təmin
edir.
2.5. Nazirlik nümayəndələrinin
müvafiq sahədə
fəaliyyətin həyata
keçirildiyi yerlərə
gəlməklə apardığı
yoxlamalar təsərrüfat
subyektlərinə münasibətdə
"Sahibkarlıq sahəsində
aparılan yoxlamaların
tənzimlənməsi və
sahibkarların maraqlarının
müdafiəsi haqqında"
Azərbaycan Respublikasının
Qanununa, qeyri-yaşayış
binalarının mülkiyyətçilərinə
(idarəçilərinə) münasibətdə isə
Nazirliyin hər il ən geci dekabrın
1-dək təsdiq etdiyi
və 1 (bir) iş günü müddətində rəsmi
internet səhifəsində yerləşdirdiyi tədbirlər
planına uyğun olaraq həyata keçirilir.
2.6. Tədbirlər planında
aşağıdakı məlumatlar
göstərilir:
2.6.1. növbəti il üçün
yoxlama keçiriləcək
nəzarət istiqamətləri;
2.6.2. yoxlama keçiriləcək
nəzarət subyektlərinin
adları və ünvanları (hüquqi ünvanları);
2.6.3. nəzarət subyekti barəsində yoxlamanın
keçirilməsinin başlanma
və bitmə tarixi.
2.7. Tədbirlər planı üzrə yoxlamalar 3 (üç) ildə bir dəfə həyata keçirilir. Yoxlama başlandığı
tarixdən etibarən
10 (on) iş günündən
artıq davam edə bilməz.
3. Müvafiq sahədə həyata keçirilən
monitorinqin xüsusiyyətləri
3.1. Bu Qaydanın 2.1-ci bəndində
nəzərdə tutulan
istiqamətlər üzrə
həyata keçirilən
tədbirlərə dair
məlumatların sistemli
toplanılması, düzgünlüyünün
yoxlanılması və
qiymətləndirilməsi, habelə normativ hüquqi aktların tələblərinə əməl
edilməsi vəziyyətinin
öyrənilməsi, görülmüş
işlərin və əldə olunmuş nəticələrin təhlili
məqsədilə Nazirlik
tərəfindən monitorinqlər
həyata keçirilir.
3.2. Müvafiq sahədə monitorinqlər kameral qaydada nəzarət subyektlərinin təqdim etdikləri sənədlər
və məlumatlar əsasında keçirilir.
3.3. Müvafiq sahədə monitorinqlər aşağıdakı
üsullarla həyata keçirilir:
3.3.1. nəzarət subyektinin təqdim etdiyi hesabatların və enerji resurslarından səmərəli istifadəyə
dair öhdəliklərin
icra vəziyyətinin
müəyyən olunması
üçün əldə
edilmiş məlumatların
düzgünlüyünün müqayisəli araşdırılması
və təhlili;
3.3.2. müvafiq sahədə statistik məlumatların,
müraciətlərin vəmediada
yayılmış məlumatların
toplanılması;
3.3.3.aidiyyəti dövlət orqanları (qurumları) və müvafiq sahə mütəxəssisləri
ilə müzakirələrin təşkili.
3.4. Nazirlik bu Qaydanın
3.1-ci bəndinə uyğun
olaraq aparılan monitorinqlərin yekununda nəzarət subyektləri
barəsində aşağıdakı
tədbirləri görür:
3.4.1. müvafiq sahə üzrə tövsiyələr
verir;
3.4.2. müvafiq sahə üzrə metodiki kömək göstərir,
izahlar verir;
3.4.3. illik monitorinq tədbirlərinin nəticələrini
ictimaiyyətə açıqlayır;
3.4.4. icrası məcburi olan göstərişlər
verir;
3.4.5. Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə uyğun
tədbirlər görür.
3.5. Enerji resurslarından səmərəli istifadə
və enerji effektivliyi barədə forması Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən
müəyyən edilən
hesabatı aşağıdakı
nəzarət subyektləri
hər hesabat ili üçün növbəti il yanvarın
31-dək yazılı və
ya elektron qaydada Nazirliyə təqdim edirlər:
3.5.1 enerjinin istehsalı, saxlanması, ötürülməsi,
nəqli, paylanması
və satışı
sahəsində fəaliyyət
göstərən subyektlər;
3.5.2. Qanunun 6.3-cü maddəsinə
uyğun olaraq enerji menecmenti sistemi tətbiq edən məcburi enerji auditi subyektləri;
3.5.3. Qanunun 8.1-ci maddəsinə
uyğun olaraq enerji idarəçisi (meneceri) təyin etmək öhdəliyi olan nəzarət subyektləri.
3.6. Enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi Qanunun
6.14-cü maddəsi ilə
müəyyən edilmiş
qaydada həyata keçirilir.
4. Nəzarət tədbirlərinin
nəticələrinin rəsmiləşdirilməsi
4.1. Təsərrüfat subyektlərinə
münasibətdə nəzarət
tədbirlərinin nəticələri
"Sahibkarlıq sahəsində
aparılan yoxlamaların
tənzimlənməsi və
sahibkarların maraqlarının
müdafiəsi haqqında"
Azərbaycan Respublikasının
Qanununda nəzərdə
tutulmuş qaydada rəsmiləşdirilir.
4.2. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə
tutulmuş digər nəzarət subyektlərinə
münasibətdə nəzarət
tədbirlərinin nəticələri
aktla rəsmiləşdirilir.
Aktda aşağıdakı
məlumatlar göstərilir:
4.2.1. aktın tərtib edildiyi tarix, yer və nömrəsi;
4.2.2. aktı tərtib edən şəxslərin
hər birinin vəzifəsi, soyadı, adı və atasının adı;
4.2.3. bu Qaydanın 2.6.1 -
2.6.3-cü yarımbəndlərində qeyd edilən məlumatlar;
4.2.4. nəzarət tədbirləri
həyata keçirilən
zaman aşkar olunmuş
pozuntuların məzmunu
və tələbləri
pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri;
4.2.5. bu Qaydanın 3.4-cü bəndində göstərilən
tədbirlərin görüləcəyi
barədə məlumatlar;
4.2.6.akta əlavə edilən sənədlərin
siyahısı (olduğu
halda).
4.3. Nəzarət tədbirlərinin
nəticələri barədə
akt, həmin tədbirlərin bitmə tarixindən gec olmayaraq, Nazirlik tərəfindən 2 (iki)
nüsxədə tərtib
edilməli və 1 (bir) nüsxəsi tərtib edildiyi tarixdən 2 (iki) iş günü müddətində barəsində
akt tərtib edilmiş nəzarət subyektinə təqdim olunmalı və ya sifarişli poçt göndərişi
vasitəsilə göndərilməlidir.
4.4. Həyata keçirilmiş
nəzarət tədbirləri
və əldə edilmiş məlumatlar üzrə Nazirlik tərəfindən enerji effektivliyi sahəsində hazırlanmış illik hesabat Nazirliyin rəsmi internet informasiya ehtiyatında, habelə
"İnformasiya əldə
etmək haqqında"
Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
digər mənbələrdə
açıqlanır.
4.5. Nəzarət tədbirlərinin
nəticələri üzrə
Nazirliyin qərarlarından
inzibati qaydada və məhkəməyə
şikayət edilə
bilər.
Azərbaycan.-2023.- 18 iyul.-
S.5.