Bakıda
ICCIA-nın 35-ci iclası
çərçivəsində tərəflər arasında
dörd memorandum imzalanıb
İyulun 17-də Bakıda
İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı
Palatasının Direktorlar
Şurasının (ICCIA) 35-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
çıxış edən
Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli
Konfederasiyasının prezidenti
Məmməd Musayev qonaqları salamlayaraq, İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı
Palatasının Direktorlar
Şurasının 35-ci iclasının
keçirilməsi üçün
ölkəmizin seçilməsinə
görə təşəkkürünü
bildirib.
M.Musayev bildirib
ki bu gün
Azərbaycan böyük
beynəlxalq tədbirlərə
ev sahibliyi edir və ölkəmizin
inkişafı, regionda
və dünyada söz sahibinə çevrilməsi Prezident İlham Əliyevin apardığı ardıcıl
siyasətin nəticəsidir.
Azərbaycan Böyük
Qarabağ Zəfəri
ilə tarixi ədaləti bərpa etdi. Azərbaycanın yaratdığı yeni reallıqlar şəraitində
iqtisadi inkişaf modelimizin də yeni reallıqlara uyğun olaraq təkmilləşdirilməsi və
daha səmərəli
şəkildə tənzimlənməsi
məqsədilə 2030-cu ilədək
müəyyən olunmuş
sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər qəbul olunub. Eyni zamanda,
“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində
işğaldan azad edilmiş ərazilərə
“Böyük Qayıdış”
Dövlət Proqramının
icrasına başlanılıb.
M.Musayev vurğulayıb
ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində
80-ə yaxın investisiya
layihəsinin icrasına
başlanılıb. Bunlar
əsasən sənaye,
kənd təsərrüfatı,
ticarət və xidmət sektorlarını
əhatə edir.
"Azərbaycan Sahibkarlar
Konfederasiyası, üzv
olduğu İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası
ölkələrinin investorlarını
da Qarabağda əməkdaşlığa dəvət
edir", - deyə M.Musayev bildirib.
Azərbaycanda qida
təhlükəsizliyi sahəsi
barədə məlumat
verən Qida Təhlükəsizliyi Agentliyinin
sədri Qoşqar Təhməzli bildirib ki, Avropa İttifaqına
yun, dəri, eləcə də balıq kürüləri
ixracına icazələr
əldə edilib.
Azərbaycanda həyata
keçirilən iqtisadi
layihələr barədə
məlumat verən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, müsəlman ölkələrin potensialını
nəzərə alaraq,
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı
Palatasına (ICCIA) üzv
olan ölkələrlə
əməkdaşlığın daha da genişləndirilməsinə
ehtiyac var.
Kiçik Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov bildirib ki, bugünədək
KOBİA-ya 1493 şirkətdən
Azərbaycanın işğaldan
azad edilmiş ərazilərinə investisiya
yatırmaq üçün
müraciət daxil olub. Bunlardan 490-ı 37 ölkədən olan xarici investorlardır: “Qarabağda biznes fəaliyyəti ilə məşğul olmaq üçün İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına
üzv dövlətlərin
müraciətlərini əlaqələndirməyə
hazırıq. Biz Qarabağda 3 əsas istiqamət üzrə fəaliyyətimizi qurmuşuq.
Birincisi yerli və xarici investorları investisiya imkanları barədə məlumatlandırmaq, ikincisi
yeni bizneslərin yaradılması üçün
müraciətlərin qəbulu,
üçüncüsü isə biznes infrastrukturlarının yaradılmasına
dəstək göstərməkdir.
Kənd təsərrüfatı
nazirinin müavini Sarvan Cəfərov bildirib ki, Azərbaycan
fəal biznes siyasəti ilə qlobal bazarda mövqeyini möhkəmləndirir.
Nazir müavini qeyd edib ki,
Azərbaycanda istehsal olunan məhsullar öz keyfiyyətinə görə rəqabətədavamlıdır
və ölkəmiz qlobal bazarlarla ticarət əməkdaşlığını
genişləndirmək istəyir:
“Biz ölkələrlə
ticarətin asanlaşdırılması
üçün hüquqi
bazanın formalaşdırılmasına
üstünlük veririk”.
AZPROMO rəhbəri Yusif Abdullayev ölkəmizin investisiya mühitinin xarici sərmayədarlar üçün
yaratdığı imkanlar
haqqında məlumat verib.
ICCIA-nın prezidenti
Abdullah Saleh Kamel bildirib ki, İslam ölkələrinin Azərbaycanda
investisiya layihələri
həyata keçirmək
potensialı və istəyi böyükdür.
Azərbaycanda mövcud
imkanlar, əlverişli
iqtisadi mühit investisiya layihələrinin
həyata keçirilməsinə
imkan verir: “Nəhayət ki, Azərbaycan illər sonra torpaqlarını işğaldan azad etdi. Həmin ərazilərdə də
investisiya potensialını
görürük və
gələcəkdə bu
imkanların dəyərləndirilməsi
mümkündür”.
ICCIA-nın 35-ci iclası
çərçivəsində tərəflər arasında
dörd memorandum imzalanıb:
1. İslam Palatasının
Halal Xidməti (ICHS) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası (ASK) arasında
memorandum;
2. Mavritaniya Ticarət
Palatası (CCIAM) və
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı
Palatası (ICCIA) arasında
memorandum;
3. KOBİA və İslam
Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası
(ICCIA) arasında memorandum;
4. ICCIA, KOBİA,
Beynəlxalq İslam Biznesi
Assosiasiyası, Dövlət
Turizm Agentliyi və “Caspian Event Organisers”
MMC arasında memorandum.
Qeyd edək
ki, Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının
və İslam Ticarət,
Sənaye və Kənd Təsərrüfatı
Palatasının birgə
təşkilatçılığı ilə keçirilən tədbirlərdə Palataya
üzv 20 dövlətdən
100-dək nümayəndə heyəti təmsil olunur.
Sonda tədbirin
yüksək səviyyədə
təşkil olunduğunu
qeyd edən ICCIA-nın prezidenti Abdullah
Saleh Kamel ASK-nın sədri
Məmməd Musayevə
mükafat təqdim edib.
Qeyd edək
ki, İslam Ticarət, Sənaye
və Kənd Təsərrüfatı Palatasının
üzv ölkələrinin
ərazisi 31.8 milyon kvadrat kilometrdən çoxdur. Dünyanın
quru sahəsinin 6.2 faizi bu dövlətlərin
payına düşür.
Üzv ölkələrin
əhalisi 1 milyard 900 milyon nəfərdən çoxdur, bu isə dünya əhalisinin 23.8 faizi deməkdir.
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına
üzv ölkələrin
ümumi daxili məhsulunun həcmi 9 trilyon dollardan çoxdur. Bu isə qlobal ümumi daxili məhsulun 9 faizini təşkil edir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 18 faizi və ya 9.3 milyard ABŞ dolları
İslam Ticarət, Sənaye
və Kənd Təsərrüfatı Palatasının
üzv ölkələrinin
payına düşür.
Azərbaycan.-2023.-
18 iyul.- S.7.