Nazir Ceyhun Bayramov Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

 

İyulun 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Mixail Yevdokimov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə səfir Mixail Yevdokimov etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.

M.Yevdokimov Azərbaycanda fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Söhbət zamanı Azərbaycan Rusiya arasında əlaqələrin ikitərəfli çoxtərəfli müqavilələr çərçivəsində, mehriban qonşuluq, dostluq qarşılıqlı anlaşma şəraitində inkişafının vacibliyi vurğulanıb.

Həmçinin 44 günlük Vətən müharibəsindən sonra bölgədə vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq, iki ölkənin öz münasibətlərini, müstəqillik, dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsiplərinə sadiqlik əsasında qurduqları diqqətə çatdırılıb. Azərbaycanın ərazi bütövlüyünün suverenliyinin Ermənistan tərəfinin mövqeyinə istinadən şərtləndirilməsinin qeyd edilən çərçivəyə uyğun olmadığı bildirilib.

Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti ilə əlaqədar bölgədəgərgin humanitar vəziyyətyarandığı barədə iddiaların reallığı təhrif etdiyi vurğulanıb. Uzun müddət ərzində Rusiyanın da tərəf olduğu üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyət, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat minalar daşınması faktları xatırlanıb. Azərbaycan tərəfinin Laçın sərhəd-buraxılış məntəqəsi yaratmasının suveren hüququ olduğu, qanunazidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıdığı bildirilib. Buna baxmayaraq, Ermənistan tərəfinin məntəqəyə qarşı iyunun 15-də iyulun əvvəlində təxribatlardan əl çəkmədiyi qeyd olunub. Azərbaycan tərəfi isə yenə erməni sakinlərin bu məntəqədən keçidi üçün şərait yaradıb. Eyni zamanda, Azərbaycanın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğu diqqətə çatdırılıb.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən qeyd edilən erməni sakinlərinhüquq təhlükəsizliyiməsələsinə gəldikdə, bu məsələnin Azərbaycanın milli qanunvericiliyi çərçivəsində həll olunacağı bu məqsədlə erməni sakinlərlə dialoq təşəbbüsünün mövcudluğu qeyd edilib.

Tərəflər daha sonra qarşılıqlı maraq doğuran digər ikitərəfli regional məsələləri müzakirə ediblər.

 

Azərbaycan.-2023.- 18 iyul.- S.7.