Azərbaycan
XİN: Rusiya XİN-in
bəyanatı anlaşılmazlıq
və məyusluq doğurur
Rusiya Federasiyası
Xarici İşlər
Nazirliyinin üçtərəfli
bəyanatı və sülh prosesini şərh edən
2023-cü il 15 iyul tarixli bəyanatı anlaşılmazlıq və
məyusluq doğurur.
AZƏRTAC xəbər verir ki, bu
fikir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən
verilmiş bəyanata
dair şərhində
yer alıb.
Bildirilir ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bu bəyanatı Azərbaycan
Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik
qarşılıqlı fəaliyyəti
haqqında Bəyannaməyə
və Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən Qarabağ
bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü
və suverenliyini dəstəkləyən çıxışları
ilə uyğunsuzluq təşkil edir.
Rusiya Federasiyası
Xarici İşlər
Nazirliyinin Azərbaycan
Respublikasının ərazi
bütövlüyü və
suverenliyinin 30 ilə yaxın müddətdə
ərazilərimizi işğal
altında saxlayan Ermənistanın baş nazirinin Qarabağı Azərbaycanın tərkib
hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir.
Xatırlatmaq istərdik
ki, məhz Azərbaycan 44 günlük
Vətən müharibəsindən
sonra Ermənistanla münasibətlərin qurulması
üçün beş
baza prinsiplərini, sülh müqaviləsi təklifini, eləcə də sərhədlərin
delimitasiyası təşəbbüsünü
irəli sürən tərəfdir və bu istiqamətlərdə bütün ilkin sənədlərin müəllifidir.
Hazırda da Azərbaycan tərəfi sülh müqaviləsinin
irəlilədilməsi istiqamətində
əməli addımlar
atır.
Ölkəmiz həmçinin
Azərbaycan, Ermənistan
və Rusiya Federasiyası liderləri arasında imzalanmış
üçtərəfli bəyanatlara
daim sadiqlik nümayiş etdirib.
Buna baxmayaraq, sözügedən üçtərəfli
bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfi bəyanatın
bir çox müddəalarını yerinə
yetirməyib və Rusiya tərəfi öhdəlikləri çərçivəsində
bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etməyib.
Uzun müddət
ərzində Laçın
yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyətə,
Ermənistandan Azərbaycan
ərazisinə hərbi
təchizat və minalar daşınmasına,
qanunsuz hərbi birləşmələrin rotasiyasına,
üçüncü ölkə
vətəndaşlarının icazəsiz əraziyə gətirilməsi kimi faktlara dair Azərbaycan
tərəfindən dəfələrlə
xəbərdarlıq edilməsinə
baxmayaraq, bu fəaliyyətlərin qarşısının
alınması üçün
heç bir tədbir görülməyib.
Azərbaycan tərəfi
ölkə ərazisində
baş verən bu qanuna zidd
fəaliyyətlərin qarşısının
alınması, şəffaflığın
təmin olunması məqsədilə, Azərbaycan
qanunvericiliyinə və
beynəlxalq qaydalara uyğun olaraq yaradılmış Laçın
sərhəd buraxılış
məntəqəsi təsis
edib. Bu məntəqədən son
bir neçə ay ərzində yüzlərlə erməni
sakinlərin tənzimlənən
və şəffaf şəkildə keçidi
təmin olunub. Buna baxmayaraq, Ermənistan tərəfi yenə də Azərbaycan əleyhinə
hərbi təxribatlarından
əl çəkməyərək,
iyunun 15-də məntəqəni
atəşə tutub və iyul ayında
Beynəlxalq Qızıl
Xaç Komitəsinin
(BQXK) avtomobillərində qaçaqmalçılığa
cəhd göstərib.
Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi BQXK vasitəsilə
erməni sakinlərin
keçidi üçün
yenə də şərait yaradıb və Ağdam-Xankəndi yolu vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması
imkanlarının mövcud
olduğunu bildirib.
Bu kontekstdə,
Azərbaycanın suveren
hüququ olan Laçın sərhəd
keçid məntəqəsi
yaradılması məsələsinin
siyasiləşdirilməsi cəhdləri
və bölgədə
guya gərgin humanitar vəziyyət yarandığı barədə
iddialar səsləndirilməsinin
heç bir əsasının olmadığı
hər kəsə bəllidir.
Qeyd edilənlərə
baxmayaraq, məhz Rusiya Federasiyasının tərəf olduğu
2020-ci il üçtərəfli
bəyanata zidd olaraq, Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin
qalıqlarının hələ
də tam olaraq çıxarılması
təmin edilməyib. Bunun əksinə, bölgədə Rusiya sülhməramlı kontingentinin
müşahidəsi altında
erməni silahlı qüvvələrinə dəstək
həyata keçirilir.
Bununla yanaşı,
Azərbaycanın qərb
bölgələri ilə
Naxçıvan Muxtar
Respublikası arasında
maneəsiz kommunikasiyaya
müxtəlif bəhanələrlə
maneçilik törədildiyi
məlumdur.
Azərbaycan bölgədə sülh və əmin-amanlığın təmin edilməsində maraqlıdır və bu istiqamətdə səylərini bundan sonra da davam etdirəcək.
Azərbaycan.-2023.- 18 iyul.- S.9.