Heydər Əliyevin söz dünyasına ərməğanı
olan "Vaqif Poeziya Günləri" Zəfər qalamızda təntənə ilə keçirilir
"Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini
verərkən demişdim
ki, Şuşa artıq azaddır, bu həqiqətdir. Biz azad Şuşada
yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu
da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni
tədbirlər və
bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir..."
2021-ci il avqustun
30-da mədəniyyət paytaxtımız
Şuşada görkəmli
şair Molla Pənah Vaqifin bərpa edilmiş məqbərəsi önündə
qalib lider İlham Əliyev bu fikirləri qürurla səsləndirərək
həm də Şuşanın şan-şöhrətinin
özünə qaytarıldığının
ismarışını vermişdi.
Azərbaycan xalqı
olaraq indi həmin müstəsna tarixi məqamlara şahidlik edir, mədəniyyət paytaxtımızın
çal-çağırlı, sazlı-sözlü, qonaq-qaralı
günlərinə qovuşduğunun
fəxarət hissini yaşayırıq.
Ulu Öndər
Heydər Əliyevin müqəddəs söz dünyasına ərməğanı
olan şöhrətli
"Vaqif Poeziya Günləri" artıq
üçüncü ildir
ki, qala şəhərimizdə təntənəli
şəkildə keçirilməyə
başlanılıb.
Bu il 14-15 iyul tarixlərində Şuşanın ruhunun özünə qaytarılmasının
daha bir təcəssümü olan
"Vaqif Poeziya Günləri"ndə sənət
aşiqləri, söz
vurğunları yenidən
mədəniyyət paytaxtımıza
toplaşdılar.
Ulu Öndərin
qayğısı
Şuşanı Azərbaycanın
gözü hesab edən Ulu Öndər
Heydər Əliyev
1982-ci ildə qala şəhərimizə etdiyi
tarixi səfəri zamanı "Vaqif Poeziya Günləri"nin
keçirilməsi barədə
göstəriş vermiş,
bununla da hər il avqust
ayında Şuşada
şairlər, söz
xiridarları, ümumiyyətlə,
mədəniyyətə bağlı
olan insanlar bu şeir bayramında
böyük həvəslə
iştirak etmişlər.
Hələ sovet
dövründə Qarabağın,
Şuşanın hərtərəfli
inkişafı üçün
əlindən gələni
edən Ulu Öndər bu şəhərdə milli
ruhun yüksəlməsi
üçün mühüm
işlər görmüş,
erməni millətçilərinə
qarşı qətiyyətli
mübarizə aparmış,
onların tarixi torpaqlarımızla bağlı
məkrli niyyətlərinin
həyata keçirilməsinə
imkan verməmişdir.
Heydər Əliyev
hər zaman bu qədim yurda
zəngin tarixi abidə, eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq
qalası kimi baxırdı. Bilavasitə
Ümummilli Liderin təşəbbüsü və
rəhbərliyi ilə
1970-ci illərdə Şuşanın
inkişaf etdirilməsi
üçün xüsusi
qərarlar qəbul edilmiş və bu qərarlara uyğun olaraq şəhərin keçmişdə
tikilmiş binaları,
tarixi abidələri,
məscidləri bərpa
edilmiş, yeni çoxmərtəbəli yaşayış
binaları, mehmanxana, ayrı-ayrı inzibati binalar tikilmiş, Şuşa ümumittifaq səviyyəli kurort şəhərinə çevrilmişdi.
Heydər Əliyev
klassik ədəbiyyatı
dərindən bilən
və hər zaman yüksək qiymətləndirən böyük
şəxsiyyət idi.
O, hələ 1967-ci ildə
Şuşada olarkən
görkəmli şair
Vaqifin məzarını
ziyarət etmək istəmiş, lakin onun məzarını tapa bilməmişdi. Buna görə də onun göstərişi
ilə məzar tapılmış və Heydər Əliyev dağılmış məzarı
ziyarət etmişdi.
Sonradan nitqlərinin
birində bu məzarın Vaqifə layiq olmadığını
vurğulayan Ulu Öndər qəti qərar vermişdi ki, böyük şairə onun şanına layiq məqbərə ucaldılsın.
Vaqifin məzarı
üstündə möhtəşəm
abidə
1980-1981-ci illərdə Ulu Öndər Heydər Əliyevin göstərişi ilə
Vaqifin məzarı üstündə möhtəşəm
abidə-türbə ucaldılmışdı.
Şuşa şəhərinin
məşhur Cıdır
düzünə yaxın
bir ərazisində tikilən bu möhtəşəm abidənin
təntənəli açılışı
isə 1982-ci il yanvar ayının 14-də
Şuşaya ailəsi,
Azərbaycanın görkəmli
elm, mədəniyyət
və incəsənət
xadimləri ilə birlikdə səfər edən Ulu Öndərin
iştirakı ilə
olmuşdu...
1982-ci ildə Ümummilli
Lider Heydər Əliyev Şuşaya səfəri zamanı Vaqifin məqbərəsi ilə yanaşı, Poeziya Evinin də açılışında
iştirak etmişdi. Heydər Əliyev həmin vaxt "Vaqif Poeziya Günləri"nin
davamlı keçirilməsi
barədə göstəriş
vermişdi.
Bundan sonra
"Vaqif Poeziya Günləri" ənənəvi
halda keçirilməyə
başlanmışdı. Hər
il avqust ayında şairin vətəni Qazaxdan başlayıb Şuşada
başa çatan
"Vaqif Poeziya Günləri" Şuşanın
işğalına qədər
davam etmişdi.
İşğal dövründə
Şuşadakı bütün
tarixi, mədəni, dini abidələrimizi dağıdan erməni barbarları Molla Pənah Vaqifin məqbərəsini də
dağıtmışdılar.
Şuşa azadlığına
qovuşduqdan sonra mədəni ənənələrini
də bərpa edib. Vaqifin məqbərəsi
böyük şairin
adına yaraşan şəkildə Heydər
Əliyev Fondu tərəfindən bərpa
olunub. "Vaqif Poeziya Günləri" də artıq təmtəraqla keçirilir.
Elə builki
"Vaqif Poeziya Günləri"nin də
öz gözəlliyi
vardır. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi
və Azərbaycan Yazıçılar Birliyinin
təşkilatçılığı ilə keçirilən
"Vaqif Poeziya Günləri"nə iyulun
13-də şairin doğma
yurdu Qazaxda start verildi. Daha sonra estafet
Şuşa şəhərinə
ötürüldü və
"Vaqif Poeziya Günləri" iyulun
14-15-də mədəniyyət paytaxtımızda təntənə
ilə keçirildi.
İyulun 14-də Molla
Pənah Vaqifin muzey-məqbərə kompleksi
önündə baş
tutan "Vaqif Poeziya Günləri"nin
açılış mərasimində
dövlət və hökumət nümayəndələri,
respublikanın tanınmış
elm və mədəniyyət xadimləri,
Azərbaycan Yazıçılar
Birliyinin üzvləri,
gənc yazıçılar,
şairlər iştirak
etdilər. Vətənpərvərlik
mövzusunda, eləcə
də əziz Şuşaya həsr olunmuş şeirlərin səsləndirildiyi tədbir
respublikanın tanınmış
sənət adamlarının
konsert proqramı ilə davam etdi.
Tədbir çərçivəsində
Şuşanın sevilən
məkanlarından birində
- Natəvanın evi qarşısında "Dövri-səda"
adlı konsert keçirildi.
Müasir Azərbaycanın
memarı, Ümummilli
Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Dövlətin memarı. Bir ömrün ensiklopediyası"
unikal triptixi, ensiklopedik xatirə xalça kompozisiyası-müəllif
əsərinin təqdimatı
da "Vaqif Poeziya Günləri" çərçivəsində baş tutan əlamətdar hadisələrdən
idi.
Mədəniyyət paytaxtımızda keçirilən
sonuncu möhtəşəm
tədbir isə "Vaqif dünyası" adlı poetik-musiqili tamaşa oldu.
Tamaşada Molla
Pənah Vaqif, Molla Vəli Vidadi, Məhəmməd Füzuli, Əlişir Nəvai, Şah İsmayıl Xətai və türk dünyasının digər
şairlərinin obrazları
canlandırıldı.
Əlamətdar tədbirlərin
baş ünvanı
Azadlığının üzərindən ötən
müddət ərzində
Şuşanın özü
ilə yanaşı, tarixi-mədəni ənənələri
də bərpa edilib. Prezident İlham Əliyev tərəfindən
Zəfər qalamız
Azərbaycanın mədəniyyət
paytaxtı elan edilib, illərdən sonra bu yurdda
"Xarıbülbül" Musiqi Festivalı, "Vaqif Poeziya Günləri"
təşkil olunub, ümumiyyətlə, tarixi
şəhərimiz artıq
musiqi, şeir bayramlarının, beynəlxalq
tədbirlərin baş
tutduğu möhtəşəm
ünvana çevrilib.
2022-ci il ölkəmizdə
başdan-başa "Şuşa
ili" kimi qeyd edilib, bu
il isə Şuşa "Türk dünyasının mədəniyyət
paytaxtı" olaraq öz tarixini, mədəniyyətini, mənəvi
zənginliyini dünyaya
sərgiləyir.
Bütün bunlar
Qarabağın incisinin
milli ruhunun özünə qaytarıldığının,
əziz Şuşanın
dirçəldiyinin bariz
göstəricisidir.
Yasəmən MUSAYEVA, Şuşanın mənəvi
ruhu
6–8 минут
Heydər Əliyevin
söz dünyasına
ərməğanı olan
"Vaqif Poeziya Günləri" Zəfər
qalamızda təntənə
ilə keçirilir

Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.-
18 iyul.- S.11.