Sülh
gündəliyinin məzmununu
Azərbaycanın qətiyyəti
müəyyən edir
Ermənistanın
prosesləri ləngitmək
cəhdləri iflasa uğrayıb
İyulun 15-də Prezident
İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişel və Nikol Paşinyanla
növbəti üçtərəfli
görüşü keçirildi.
Görüşün yekunlarına
dair Şarl Mişelin mətbuata verdiyi açıqlamalar bir daha göstərdi
ki, "Brüssel
prosesi" çərçivəsində
müzakirə mövzusu
olan bütün məsələlər regionda
yaranmış yeni reallıqların prinsiplərini
özündə ehtiva
etməklə Azərbaycanın
milli maraqlarına tam uyğundur.
Bakı İrəvanı
reallıqlara uyğun
davranmağa məcbur
edir
Xatırladaq ki,
bu "Brüssel prosesi" çərçivəsində
keçirilən sayca
altıncı görüş
idi. Azərbaycanın
Ermənistanla münasibətlərin
normallaşdırılması ilə bağlı mövqeyi konstruktiv olmaqla, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Ümumiyyətlə,
Şarl Mişelin vasitəçiliyi ilə
keçirilən bütün görüşlərdə
müzakirələr sərhədlərin
delimitasiyası, regionda
kommunikasiyaların bərpası,
Azərbaycanla Ermənistan
arasında münasibətlərin
normallaşdırılması ətrafında aparılıb.
Bu müzakirələrdə
ermənilərin Vətən
müharibəsində tarixin
arxivinə göndərilmiş
iddiaları müzakirə
olunmur.
Bundan əvvəlki
görüşlərin təhlili
göstərir ki, Ermənistanın əldə
olunmuş razılaşmaların
tələblərini yerinə
yetirməməsinə, sülhə
qarşı dirəniş
göstərməsinə baxmayaraq,
Avropa İttifaqı Şurası postmüharibə
şəraitində yalnız yeni reallıqlara uyğun davranmağı vacib sayır. Yeni reallıqlarda isə Ermənistanın iddialarına
yer yoxdur və heç vaxt da olmayacaq.
Bu ölkənin prosesləri ləngitmək
cəhdləri də iflasa uğrayıb.
Altıncı görüşdə
suverenlik və ərazi bütövlüyü,
sərhədlərin delimitasiyası,
kommunikasiyaların açılması
kimi məsələlər
müzakirə olunub. Ermənistan baş nazirinin Azərbaycanın
86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və
suverenliyinə hörmətlə
yanaşmasını, delimitasiya
üçün siyasi
çərçivə kimi
1991-ci il "Alma-Ata Bəyannaməsi"nə sadiqliyini
təsdiq etməsi bütövlükdə danışıqlar
proesinin uğuru kimi qiymətləndirilə
bilər. Bunlar bir daha göstərir
ki, Azərbaycanın qətiyyəti Ermənistanı
xəstə təfəkkürdən
uzaqlaşmağa məcbur
edir və bu ölkənin beynəlxalq hüququn prinsiplərinə əməl
etməkdən, qonşularına
hörmətlə yanaşmaqdan
başqa seçimi yoxdur.
Qarabağın erməni
sakinlərinə gəldikdə
isə Avropa İttifaqı Şurası
Bakı ilə onların nümayəndələri
arasında birbaşa dialoqu dəstəkləyir.
Bu da onu
göstərir ki,
Aİ Şurası sözügedən
məsələni Azərbaycanın
daxili işi hesab edir.
İrəvan nə
qədər köhnə
oyunlarını oynasa
da, öhdəliklərini
yerinə yetirməmək
üçün min hoqqaya girsə də, sülh müqaviləsindən yayınmaq
üçün mahiyyəti
üzrə olmayan şərtlər irəli
sürsə də, Azərbaycan Ermənistanı
reallıqlara uyğun
davranmağa məcbur
edir. Sonuncu Brüssel görüşü
bir daha bunu təsdiq edərək göstərdi
ki, sülhün əldə olunmasının
yeganə yolu Azərbaycanın şərtlərinin
yerinə yetirilməsidir.
Bu baxımdan "Brüssel prosesi" çərçivəsində altıncı görüş
də Prezident İlham Əliyevin növbəti diplomatik uğuru ilə əlamətdar oldu.
Rusiya 10 noyabr Bəyanatının yerinə
yetirilməsini təmin
etsə, daha yaxşı olar
10 noyabr üçtərəfli
Bəyanatının 4-cü bəndində göstərilir
ki, Rusiya Federasiyasının sülhməramlı
kontingenti erməni silahlı qüvvələrinin
çıxarılması ilə
paralel şəkildə
yerləşdirilir. Amma
təəssüflə qeyd
edilməlidir ki, ötən dövr ərzində bəyanatın
bu bəndi yerinə yetirilməyib. Azərbaycanın Qarabağ
bölgəsində həm
Ermənistan ordusunun bölmələri, həm
də separatçı
rejimin silahlıları
qalmaqdadır.
Ötən dövr
ərzində bu ərazidə qalan erməni silahlıları
Azərbaycan Ordusunun bölmələrinə qarşı
dəfələrlə təxribatlara
cəhd ediblər. Hər bir təxribatın
qarşısı ordumuz
tərəfindən qətiyyətlə
alınıb, düşmən
ciddi tələfata məruz qalıb. Bu dövr ərzində
Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonu ərazisində bir neçə vacib yüksəkliyi separatçılardan təmizləyib.
Bir məsələni
də qeyd etməliyik ki, Qarabağdakı separatçılar
öz əməllərini
məhz Rusiya sülhməramlılarının gözü qarşısında
həyata keçiriblər.
Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi
Azərbaycan ərazisindəki
qeyri-qanuni erməni silahlı dəstəsi tərəfindən isə
ordumuzun mövqeləri
mütəmadi olaraq atəşə tutulur. Sülhməramlıların müşayiəti
ilə Ermənistandan
Qarabağa silah-sursat,
minalar daşınıb.
Laçın yolundan
istifadə etməklə
aparılan qeyri-qanuni fəaliyyətə, Ermənistandan
Azərbaycan ərazisinə
hərbi təchizat və minalar daşınmasına, qanunsuz
hərbi birləşmələrin
rotasiyasiyasına, üçüncü
ölkə vətəndaşlarının
icazəsiz əraziyə
gətirilməsi kimi faktlara dair Azərbaycan
tərəfindən dəfələrlə
xəbərdarlıq edilməsinə
baxmayaraq, bu fəaliyyətlərin qarşısının
alınması üçün
heç bir tədbir görülməyib.
Buna görə
Azərbaycan aprelin
23-də Ermənistanla şərti
sərhəddə, Laçın
yolunun başlanğıcında
sərhəd-buraxılış məntəqəsi yaradıb.
Bu hadisə bir daha təsdiq
etdi ki, Azərbaycan milli maraqlarını qətiyyətlə
təmin edir. Hazırda buradan erməni sakinlərin tənzimlənən və
şəffaf şəkildə
keçidi təmin olunur. Bu kontekstdə
Rusiya Xarici İşlər Nazirliyinin
üçtərəfli Bəyanatı
və sülh prosesini şərh edən 15 iyul 2023-cü il tarixli bəyanatında
yer alan fikirlərin heç bir əsası yoxdur. Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti
ilə əlaqədar
guya bölgədə
gərgin humanitar vəziyyətin yarandığı
barədə iddialar reallığın təhrif
edilməsindən başqa
bir şey deyil.
Bu cür əsassız iddialar səsləndirməkdənsə, Rusiya öhdəliklərindən
irəli gələn
10 noyabr Bəyanatının
tam olaraq yerinə yetirilməsini təmin etsə, daha yaxşı olar.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2023.-
19 iyul.- S.1;7.