İraq
Kürdüstan Regionunun
başçısı İçərişəhərlə
tanış olub
İraq Kürdüstan Regionu ilə əlaqələri
genişlənir
Azərbaycana işgüzar
səfəri çərçivəsində
İraq Kürdüstan
Regionunun başçısı
Neçirvan Bərzaninin
rəhbərlik etdiyi nümayəndə heyəti
iyulun 18-də dünya
mədəni irs abidələri sırasında
yer alan İçərişəhərlə tanış olub.
AZƏRTAC xəbər verir ki, İçərişəhərdə
gəzinti Qoşa Qala qapısından başlayıb.
Əvvəlcə qonaqlar
İçərişəhərdə
XVII əsrə aid Yeraltı hamam və İncəsənət
Mərkəzi ilə tanış olublar.
Elektromobillə gəzinti
zamanı nümayəndə
heyətinin üzvlərinə
UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu, burada aparılan abadlaşdırma
və bərpa işləri barədə
məlumat verilib. Qeyd edilib ki,
İçərişəhər ərazisində müxtəlif
əsrlərə aid nadir tarixi memarlıq
abidələri var və bunlar dövlət tərəfindən
qorunur.
Qonaqlar təzə
bişmiş təndir
çörəyinin dadına
baxandan sonra İçərişəhərdə orta əsr Şərq
memarlığının şah
əsəri, dünya
əhəmiyyətli memarlıq
abidəsi olan Şirvanşahlar sarayı
kompleksi ilə tanış olublar.
Məlumat verilib
ki, XV əsrin əvvəllərində inşa
olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin
ən hündür nöqtəsində yerləşir.
Abidə Xəzər dənizindən və şəhərin ətrafındakı
yüksəkliklərdən aydın görünür.
Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü
saxlamaqdadır.
Bakının rəmzlərindən
biri sayılan Qız qalası abidəsinin tarixi barədə də qonaqlara məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə
əsası qoyulmuş
Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü
28 metr, diametri 16-16,5 metr olan abidə
silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanılması və mövcud görkəmdə
gələcək nəsillərə
çatdırılması üçün Prezident İlham Əliyevin tapşırığına əsasən
2009-2013-cü illərdə Qız qalasında konservasiya işləri aparılıb.
Qız qalasının
yaxınlığındakı Sıratağlı dini-memarlıq
kompleksinin ərazisində
yenidən təşkil
olunan daş ekspozisiya qonaqların böyük marağına
səbəb olub.
İçərişəhərlə tanışlıq iraqlı qonaqlarda xoş təəssürat yaradıb.
Azərbaycan.-2023.- 19 iyul.- S.2.