İraq
Kürdüstan Regionunun
başçısı Neçirvan
Bərzani Heydər Əliyev Mərkəzi ilə tanış olub
İraq Kürdüstan Regionu ilə əlaqələri
genişlənir
İyulun 18-də Azərbaycana
işgüzar səfəri
çərçivəsində İraq Kürdüstan Regionunun başçısı
Neçirvan Bərzani
Heydər Əliyev Mərkəzi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Mərkəzin
direktorunun birinci müavini Fərqan Novruzov qonağa dünya memarlığının
nadir incilərindən
sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib.
Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan
xalqının Ümummilli
Lideri Heydər Əliyevin dövlətçilik
fəlsəfəsinin, azərbaycançılıq
ideologiyasının və
Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və
tədqiq edilməsinə
yönəlib. Mərkəzin
həyata keçirdiyi
layihələr Azərbaycan
tarixinin, dilinin, mədəniyyətinin və
digər milli sərvətlərinin beynəlxalq
aləmdə təbliğinə,
elmin, təhsilin, mədəniyyətin, səhiyyənin,
idmanın, ekologiyanın
və iqtisadiyyatın
müxtəlif sahələrinin
dəstəklənməsinə və inkişafına xidmət edir.
İraq Kürdüstan
Regionunun başçısı
Neçirvan Bərzani
Mərkəzdəki muzeydə
1969-cu ildən 2003-cü ilədək
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə
xidməti istifadəsindəki
avtomobillərlə tanış
olub.
Mərkəzdə yaradılmış
Heydər Əliyev Muzeyi qonaqda böyük maraq doğurub.
Neçirvan Bərzani
“Azərbaycan inciləri”
sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks
etdirən bu sərgidə ölkəmizin
tükənməz təbii
sərvətləri, çoxəsrlik
tarixi, mədəni irsi ilə bağlı
eksponatlar nümayiş
etdirilir. Burada qədim peşələrin,
o cümlədən Azərbaycan
xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir,
qədim çalğı
alətlərimiz orijinal
şəkildə - səsli
formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər
burada müxtəlif dillərdə müqəddəs
kitabları da görə bilərlər.
“Mini Azərbaycan” sərgisi
ilə tanışlıq
zamanı isə diqqətə çatdırılıb
ki, bu ekspozisiyada
Bakıda və Azərbaycanın regionlarındakı
tarixi memarlıq abidələrinin və bir sıra müasir
binaların maketləri
nümayiş etdirilir.
Qonaq “Azərbaycan
xalçası - ilmələrin
rəqsi” adlı kolleksiya ilə də tanış olub.
Həmçinin qonağa
“Heydər Əliyev–100”
instalyasiyası barədə
məlumat verilib.
Heydər Əliyev
Mərkəzinin Auditorium
zalı ilə tanış olan qonağa məlumat verilib ki, burada
müxtəlif tədbirlər
- konfranslar, simpoziumlar,
forumlar keçirilir, konsertlər təşkil olunur.
Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.
Azərbaycan.-2023.-
19 iyul.- S.2.