İraq Kürdüstan Regionu ilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

 

İraq Kürdüstan Regionu ilə əlaqələri genişlənir

 

Ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani iyulun 18-də Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iqtisadi sahədə Azərbaycan Prezidentinin tapşırıqlarından irəli gələn əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Həmçinin adamları arasında daimi təmas əlaqələrin yaradılmasına dəstək verilməsi, energetika, ticarət, nəqliyyat sahələrində əməkdaşlıq imkanlarının dərinləşdirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2023.- 19 iyul.- S.2.