“Narkomanlığa
və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə
Dövlət Komissiyasının
yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
“Narkomanlığa və
Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə
üzrə Dövlət
Komissiyasının yeni
tərkibinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 8, maddə 637; 2011, ¹ 12, maddə 1161; 2013, ¹ 6, maddə
703, ¹ 9, maddə 1088; 2014, ¹ 4, maddə 404, ¹ 7, maddə
864; 2016, ¹ 4, maddələr 738, 750; 2018, ¹
1, maddə 99; 2019, ¹ 9, maddə
1487; 2020, ¹ 3, maddə 304, ¹ 4, maddə 535) 1-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
1. “təhsil” sözündən
əvvəl “elm və” sözləri əlavə edilsin.
2. “İcbari Tibbi
Sığorta üzrə
Dövlət Agentliyinin
İdarə Heyətinin
sədri” sözləri
“Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin icraçı
direktoru” sözləri
ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının sədri”
sözləri “Azərbaycan
Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin
Müşahidə Şurasının
sədri” sözləri
ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 iyul 2023-cü il
Azərbaycan.-2023.- 19 iyul.-
S.3.