Azərbaycan
Respublikası Prezidentinin
Qaçqınların və
məcburi köçkünlərin
problemlərinin həlli
üzrə Dövlət
Proqramının təsdiq
edilməsi haqqında
1998-ci il 17 sentyabr tarixli 895 nömrəli, Beynəlxalq Humanitar Yardım üzrə
Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında 2010-cu il 5 mart tarixli 785 nömrəli, Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin
səmərəliliyini artırmaq
sahəsində Milli Fəaliyyət Proqramının
təsdiq edilməsi haqqında 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli, Azərbaycan
Respublikasında yol hərəkətinin təhlükəsizliyinə
dair 2019-2023-cü illər
üçün Dövlət
Proqramının təsdiq
edilməsi haqqında
2018-ci il 27 dekabr tarixli 852 nömrəli, Azərbaycan Respublikasında
insan alverinə qarşı mübarizəyə
dair 2020-2024-cü illər
üçün Milli
Fəaliyyət Planının
təsdiq edilməsi haqqında 2020-ci il 22 iyul tarixli 2173 nömrəli, Uşaqlara dair Strategiyanın həyata keçirilməsi
üzrə 2020-2025-ci illər
üçün Fəaliyyət
Planının təsdiq
edilməsi haqqında
2020-ci il 27 noyabr tarixli 2306 nömrəli, Azərbaycan Respublikasında
məişət zorakılığı
ilə mübarizəyə
dair 2020-2023-cü illər
üçün Milli
Fəaliyyət Planının
təsdiq edilməsi haqqında 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli və Azərbaycan Respublikasının
2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının təsdiq
edilməsi haqqında
2022-ci il 22 iyul tarixli 3378 nömrəli sərəncamlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 17
sentyabr tarixli 895 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 9, maddə 582; 2010, ¹ 2, maddə 80; 2016, ¹ 6, maddə
1028; 2019, ¹ 5, maddə 911; 2020, ¹ 8, maddə 1064; 2021, ¹ 6 (I kitab),
maddə 607; 2022, ¹ 8, maddə
909; 2023, ¹ 3, maddə 391) ilə
təsdiq edilmiş
"Qaçqınların və məcburi köçkünlərin problemlərinin
həlli üzrə Dövlət Proqramı"nın
III hissəsinin 12-ci, 13-cü və 15-ci bəndlərinin
"İcra orqanları"
sütununda "İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri
"Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyi" sözləri
ilə əvəz edilsin.
2. "Beynəlxalq Humanitar
Yardım üzrə
Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2010-cu il 5 mart tarixli 785 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2010, ¹ 3, maddə
213; 2014, ¹ 6, maddə 644; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə
1464; 2020, ¹ 5, maddə 615; 2023, ¹ 3, maddə 391) 1-ci hissəsində
"Azərbaycan Respublikası
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri" sözləri
"Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin icraçı
direktoru" sözləri
ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 27
dekabr tarixli 1938 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, ¹ 12, maddə 1217; 2012, ¹ 12, maddə 1322; 2014, ¹ 5, maddə
477, ¹ 9, maddə 1027; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə
1470; 2017, ¹ 3, maddə 353; 2018, ¹ 11, maddə 2378; 2019, ¹ 2, maddə
257, ¹ 5, maddə 877; 2020, ¹ 8, maddə 1064; 2021, ¹ 6 (I kitab),
maddə 607, ¹ 8, maddə
947; 2022, ¹ 8, maddə 909; 2023, ¹ 3, maddə 391, ¹ 4 , maddə
535) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin
səmərəliliyini artırmaq
sahəsində Milli Fəaliyyət Proqramı"nda
aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 2.7-ci, 2.8-ci və 2.15-ci bəndlərin ikinci abzaslarına "İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözlərindən
sonra ", Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi"
sözləri əlavə
edilsin;
3.2. 4.18-ci bəndin ikinci
abzasına "Nazirliyi"
sözündən sonra
", Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyi" sözləri
əlavə edilsin.
4. Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 27
dekabr tarixli 852 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 12 (II kitab), maddə
2701; 2021, ¹ 6 (I kitab), maddə
606; 2022, ¹ 5, maddə 532, ¹ 8, maddə 912; 2023, ¹ 3, maddə
390, ¹ 4, maddə 534) ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikasında
yol hərəkətinin
təhlükəsizliyinə dair 2019-2023-cü illər
üçün Dövlət
Proqramı"nın "7. Dövlət Proqramının
həyata keçirilməsi
üzrə Tədbirlər
Planı" hissəsinin
7.4.4.5-ci və 7.5.3.1 - 7.5.3.3-cü yarımbəndlərinin "Əsas
icraçı qurum"
sütununda "İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri
"Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyi" sözləri
ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 22
iyul tarixli 2173 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2020, ¹ 7, maddə 937; 2022, ¹ 5, maddə 530; 2023, ¹ 3, maddə
390, ¹ 4, maddə 534) ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikasında
insan alverinə qarşı mübarizəyə
dair 2020-2024-cü illər
üçün Milli
Fəaliyyət Planı"nın
"4. Milli Fəaliyyət
Planının həyata
keçirilməsi üzrə
Tədbirlər Planı"
hissəsinin 4.4.3-cü, 4.4.6-cı,
4.5.2-ci, 4.5.5-ci, 4.6.4-cü, 4.7.5-ci və
4.7.6-cı yarımbəndlərinin "İcraçı orqanlar"
sütununda "İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri
"Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyi" sözləri
ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 27
noyabr tarixli 2306 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020,
¹ 11, maddə 1374; 2021, ¹ 8, maddə
946; 2022, ¹ 5, maddə 534; 2023, ¹ 3, maddə 390, ¹ 4, maddə
534; Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
9 iyun tarixli 3914 nömrəli Sərəncamı)
ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi
üzrə 2020-2025-ci illər
üçün Fəaliyyət
Planı"nın "5. Fəaliyyət
Planının icrası
üçün Tədbirlər
Planı" hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
6.1. 5.2.1 - 5.2.3-cü və 5.2.7-ci yarımbəndlərin "İcraçı
qurumlar" sütununda
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi"
sözləri ilə əvəz edilsin;
6.2. 5.2.4 - 5.2.6-cı və 5.3.10-cu
yarımbəndlərin "İcraçı qurumlar"
sütununa "İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözlərindən
sonra ", Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi"
sözləri əlavə
edilsin.
7. Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 27
noyabr tarixli 2307 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2020, ¹ 11, maddə 1375; 2021, ¹ 6 (I kitab), maddə 607; 2022, ¹
5, maddə 534; 2023, ¹ 3, maddə
390, ¹ 4, maddə 534) ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikasında
məişət zorakılığı
ilə mübarizəyə
dair 2020-2023-cü illər
üçün Milli
Fəaliyyət Planı"nın
"12. Milli Fəaliyyət
Planının həyata
keçirilməsi ilə
bağlı Tədbirlər
Planı" hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
7.1. 12.2.4-cü və 12.5.3-cü yarımbəndlərin "İcraçılar"
sütununda "İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri
"Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyi" sözləri
ilə əvəz edilsin;
7.2. 12.6.3-cü yarımbəndin
"İcraçılar" sütununa "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözlərindən
sonra ", Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi"
sözləri əlavə
edilsin.
8. Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 22
iyul tarixli 3378 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2022, ¹ 7, maddə
790; 2023, ¹ 3, maddə 391) "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə
sosial-iqtisadi inkişaf
Strategiyası"nın "7. Tədbirlər
planı" hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
8.1. 1.1.10-cu yarımbəndin
3-cü abzasının, 3.1.8-ci yarımbəndin 1-ci abzasının,
3.3.1-ci yarımbəndin 1-ci və 2-ci abzaslarının,
3.3.2-ci yarımbəndin 1-ci və 2-ci abzaslarının,
3.3.3-cü yarımbəndin 2-ci abzasının, 3.3.4-cü yarımbəndin
1-ci və 2-ci abzaslarının
"Digər icraçılar"
sütununda "İTSDA" akronimi "TƏBİB" akronimi
ilə əvəz edilsin;
8.2. 3.3.1-ci yarımbəndin
3-cü və 4-cü abzaslarının,
3.3.2-ci yarımbəndin 3-cü abzasının, 3.3.3-cü yarımbəndin
1-ci abzasının, 3.3.7-ci yarımbəndin 1-ci, 3-cü və
4-cü abzaslarının "Digər icraçılar"
sütununa "İTSDA" akronimindən əvvəl
"TƏBİB," akronimi əlavə edilsin;
8.3. 3.3.5-ci yarımbənd üzrə:
8.3.1. 2-ci və 5-ci abzasların
"Əsas icraçı
orqan (qurum)" sütununda "İTSDA" akronimi
"TƏBİB" akronimi ilə əvəz edilsin;
8.3.2. 3-cü abzasın "Digər icraçılar"
sütununa "İTSDA" akronimindən sonra "(tibbi xidmətlərin keyfiyyət standartları sisteminin işlənilib hazırlanmasına, kliniki
protokolların yenilənməsinə
münasibətdə) TƏBİB" sözləri əlavə
edilsin;
8.4. 3.3.6-cı yarımbəndin
1-ci abzasının "Digər
icraçılar" sütununa
"SN" akronimindən sonra
", TƏBİB" akronimi əlavə edilsin;
8.5. 5.1.1-ci yarımbəndin 1-ci abzasının "Digər
icraçılar" sütunundan
"İTSDA," akronimi çıxarılsın;
8.6. "AKRONİMLƏR VƏ İXTİSARLAR" hissəsinə "İTSDA Azərbaycan
Respublikasının İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözlərindən
sonra ", TƏBİB Tibbi
Ərazi Bölmələrini
İdarəetmə Birliyi"
sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
18 iyul 2023-cü il
Azərbaycan.-2023.-
19 iyul.- S.5.