Əhalinin sağlamlığının qorunması
haqqında Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikasının 2023-cü il 31 may tarixli
896-VIQD nömrəli Qanununun
tətbiqi və Azərbaycan Respublikası
Prezidentinin Əhalinin
sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə
1997-ci il 25 iyul tarixli 622 nömrəli, Gənclər siyasəti haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr
edilməsi barədə
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında
2003-cü il 5 iyun tarixli 878 nömrəli, Əhalinin sağlamlığının
qorunması haqqında
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
2013-cü il 29 oktyabr tarixli 790-IVQD nömrəli
Qanununun tətbiqi haqqında 2013-cü il 25 noyabr tarixli 38 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Əhalinin
sağlamlığının qorunması haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 31 may tarixli 896-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Əhalinin sağlamlığının
qorunması haqqında"
Azərbaycan Respublikası
Qanununun 12-ci maddəsinin
səkkizinci hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Qanunun
12-ci maddəsinin səkkizinci
hissəsində "orqan
(qurum)" dedikdə Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
və Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi
nəzərdə tutulur.
2. "Əhalinin sağlamlığının
qorunması haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 25
iyul tarixli 622 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997, ¹ 6, maddə 498; 2007, ¹ 11, maddə 1114; 2009, ¹ 12, maddə
977; 2011, ¹ 2, maddə 84; 2014, ¹ 3, maddə 242; 2017, ¹ 6, maddə
1116, ¹ 7, maddə 1317; 2020, ¹ 6, maddə 690, ¹ 7, maddə
881, ¹ 12 (I kitab), maddə
1501; 2021, ¹ 6 (I kitab), maddə
567, ¹ 11, maddə 1219) 2-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
2.1. dördüncü abzasda "və beşinci hissələrində"
sözləri ", beşinci
hissələrində, altıncı
hissəsinin ikinci cümləsində və
həmin maddənin
"Qeyd" hissəsinin
2-ci bəndində" sözləri
ilə əvəz edilsin;
2.2. beşinci abzasda
"birinci və dördüncü hissələrində"
sözləri "dördüncü
hissəsində" sözləri
ilə əvəz edilsin;
2.3. doqquzuncu abzasdan
"Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin tabeliyindəki
tibb müəssisələrinə
münasibətdə İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə
münasibətdə isə"
sözləri çıxarılsın;
2.4. onuncu, on birinci və on ikinci (hər
iki halda) abzaslarda "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri
"Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyi" sözləri
ilə əvəz edilsin;
2.5. on üçüncü
abzasda "Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyinin
tabeliyindəki dövlət
tibb müəssisələrinə
münasibətdə İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri
"tabeliyindəki tibb
müəssisələrinə münasibətdə Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi"
sözləri ilə və həmin abzasın sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin;
2.6. aşağıdakı məzmunda on dördüncü abzas əlavə edilsin:
"həmin Qanunun
12-ci maddəsinin səkkizinci
hissəsində "orqan
(qurum)" dedikdə Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
və Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi
nəzərdə tutulur.".
3. "Gənclər siyasəti haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi
qanunvericilik aktlarına
dəyişikliklər və
əlavələr edilməsi
barədə" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 5 iyun tarixli 878 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2003, ¹ 6, maddə
284) 2-ci hissəsi ləğv
edilsin.
4. "Əhalinin sağlamlığının
qorunması haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
2013-cü il 29 oktyabr tarixli 790-IVQD nömrəli
Qanununun tətbiqi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 25 noyabr tarixli 38 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 11, maddə
1342) 3-cü hissəsi ləğv
edilsin.
5. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
5.1. "Əhalinin sağlamlığının
qorunması haqqında"
Azərbaycan Respublikası
Qanununun 56-cı maddəsinin
altıncı hissəsinə
uyğun olaraq, Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əsasən
Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyi tərəfindən
tətbiq edilən cərimələrdən toplanan
və həmin qurumun hesabına köçürülən vəsaitdən
istifadə qaydasını
üç ay müddətində Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
müəyyən etsin;
5.2. həmin Qanundan
irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
18 iyul 2023-cü il
Azərbaycan.-2023.-
19 iyul.- S.3.