Azərbaycan
Respublikası Prezidentinin
Vətəndaşlıq vəziyyəti
aktlarının dövlət
qeydiyyatı sahəsində
elektron xidmətlərin
tətbiqinin genişləndirilməsi
haqqında 2020-ci il 23
sentyabr tarixli 1160 nömrəli, Azərbaycan
Respublikasının işğaldan
azad olunmuş ərazilərində müvəqqəti
xüsusi idarəetmənin
təşkili haqqında
2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli, İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında
Azərbaycan Respublikasının
2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli
Qanununun tətbiqi barədə 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli, Şəhid
ailələri üzvlərinin,
müharibə ilə
əlaqədar xəsarət
almış hərbi qulluqçuların və
əlilliyi müəyyən
edilmiş şəxslərin
müraciətləri üzrə
vahid əlaqələndirmə
mərkəzlərinin yaradılması
və fəaliyyətinin
təşkili haqqında
2021-ci il 25 iyun tarixli 1380 nömrəli və Azərbaycan Respublikasının ərazisinə
müşayiətsiz gələn
və ya gəldikdən sonra müşayiətsiz qalan
18 yaşına çatmamış
əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin vahid məlumat bazasının yaradılması
və Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik
edilməsi barədə
2022-ci il 22 iyul tarixli 1760 nömrəli fərmanlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Vətəndaşlıq vəziyyəti aktlarının
dövlət qeydiyyatı
sahəsində elektron
xidmətlərin tətbiqinin
genişləndirilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 23
sentyabr tarixli 1160 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2020, ¹ 9, maddə 1150) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 7-ci hissə
üzrə:
1.1.1. 7-ci hissənin
birinci abzasında
"Azərbaycan Respublikasının
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi"
sözləri ilə əvəz edilsin;
1.1.2. 7.1-ci bənddən "və həmin sənədlər
üzrə məlumatların
real vaxt rejimində EHİS vasitəsilə
Azərbaycan Respublikası
Əhalisinin Dövlət
Reyestri İnformasiya Sisteminə ötürülməsini"
sözləri çıxarılsın;
1.2. aşağıdakı məzmunda 7-1-ci hissə əlavə edilsin:
"7-1. Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi bu Fərmanın 7.1-ci bəndində
qeyd olunan sənədlər üzrə
məlumatların real
vaxt rejimində
EHİS vasitəsilə Azərbaycan
Respublikası Əhalisinin
Dövlət Reyestri İnformasiya Sisteminə ötürülməsini təmin
etsin.".
2. "Azərbaycan Respublikasının
işğaldan azad olunmuş ərazilərində
müvəqqəti xüsusi
idarəetmənin təşkili
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 29 oktyabr tarixli 1170 n?mr?li Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2020, ¹ 10, maddə
1248, ¹ 12 (I kitab), maddə
1472; 2021, ¹ 2, maddə 120, ¹ 5, maddə 452; 2022, ¹ 5, maddə
463, ¹ 10, maddə 1147) 10-cu hissəsində
"Azərbaycan Respublikasının
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi"
sözləri ilə əvəz edilsin.
3. "İnsan orqan
və toxumalarının
donorluğu və transplantasiyası haqqında"
Azərbaycan Respublikasının
2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2020, ¹ 12 (I kitab),
maddə 1470) 2.3-cü bəndində
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi"
sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 25
iyun tarixli 1380 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2021, ¹ 6 (I kitab), maddə
595, ¹ 11, maddə 1216) ilə
təsdiq edilmiş
"Şəhid ailələri
üzvlərinin, müharibə
ilə əlaqədar
xəsarət almış
hərbi qulluqçuların
və əlilliyi müəyyən edilmiş
şəxslərin müraciətləri
üzrə vahid əlaqələndirmə mərkəzlərində
göstərilən xidmətlərin
və həmin xidmətləri göstərən
dövlət orqanlarının
(qurumlarının) siyahısı"nın
6-cı hissəsində "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi"
sözləri ilə əvəz edilsin.
5. "Azərbaycan Respublikasının
ərazisinə müşayiətsiz
gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış əcnəbilərin
və vətəndaşlığı
olmayan şəxslərin
vahid məlumat bazasının yaradılması
və Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"də dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 22
iyul tarixli 1760 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2022, ¹ 7, maddə 749) 2.2-ci bəndində
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin"
sözləri "Tibbi
Ərazi Bölmələrini
İdarəetmə Birliyinin"
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
18 iyul 2023-cü il
Azərbaycan.-2023.-
19 iyul.- S.4.