Özbəkistan
nümayəndə heyəti
Şuşada görülən
işlərlə tanış
olub
Şuşada səfərdə
olan Özbəkistan nümayəndə heyətinə
şəhərdə dağıdılmış
tarixi abidələrin
bərpası istiqamətində
həyata keçirilən
tədbirlər, yenidənqurma
məqsədilə görülən
işlər haqqında
ətraflı məlumat
verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikası ilə Özbəkistan Respublikası
arasında əməkdaşlıq
üzrə birgə hökumətlərarası komissiyanın
12-ci iclasında iştirak
etmək üçün
Şuşa şəhərinə
səfər edən Özbəkistan nümayəndə
heyəti burada həyata keçirilən
bərpa və yenidənqurma işləri
ilə tanış olub.
Azərbaycanın iqtisadiyyat
naziri Mikayıl Cabbarovun və Özbəkistanın investisiyalar,
sənaye və ticarət naziri Ləziz Kudratovun da iştirakı ilə keçirilən tanışlıq zamanı
Şuşanın tarixi,
dağıdılmış abidələrin bərpası
istiqamətində icra
olunan tədbirlər,
şəhərin yenidən
qurulması məqsədilə
görülən işlər
haqqında ətraflı
məlumat verilib.
Özbəkistan nümayəndə heyəti qədim Azərbaycan şəhərinin bərpası və abadlaşdırılması işlərinin yüksək qiymətləndirildiyini qeyd edib.
Azərbaycan.-2023.- 19 iyul.- S.6.