Özbəkistan
işğaldan azad edilmiş ərazilərimizdə
aparılan bərpa-quruculuq
işlərinə töhfə
verməyə daim hazırdır
İqtisadiyyat naziri
Mikayıl Cabbarov Şuşada Özbəkistanın
investisiyalar, sənaye
və ticarət naziri Ləziz Kudratovla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə dost Özbəkistanla ikitərəfli
əlaqələrin inkişafında
dövlət başçılarımızın
siyasi iradəsinin, yüksək səviyyəli
səfərlərin, keçirilən
görüş və
tədbirlərin xüsusi
rolu vurğulanıb. Qeyd olunub ki,
iqtisadi əlaqələrin
inkişafında mühüm
platforma olan Azərbaycan Respublikası
ilə Özbəkistan
Respublikası arasında
əməkdaşlıq üzrə
birgə hökumətlərarası
komissiyanın fəaliyyəti
qarşılıqlı səylərlə
daha da aktivləşdirilib.
Görüşdə Azərbaycanın
əlverişli biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizdə
həyata keçirilən
yenidənqurma və bərpa, həmçinin biznesin dirçəldilməsi
işləri, sərmayədarlar
üçün yaradılan
imkanlar barədə məlumat verilib, özbəkistanlı investorlar
ölkəmizdə yaradılan
işgüzar mühitdən
yararlanmağa dəvət
ediliblər.
Tərəflər iqtisadi
tərəfdaşlığın müxtəlif istiqamətlər
üzrə gücləndirilməsi
və qarşılıqlı
maraq doğuran digər məsələlər
barədə müzakirə
aparıblar.
Azərbaycan Respublikası
ilə Özbəkistan
Respublikası arasında
əməkdaşlıq üzrə
birgə hökumətlərarası
komissiyanın 12-ci iclasında
iqtisadiyyat naziri, hökumətlərarası komissiyanın
həmsədri Mikayıl
Cabbarov tədbirin Şuşada təşkil
olunmuş ilk hökumətlərarası komissiya
iclası olduğunu vurğulayıb və Özbəkistandan olan dostlarla birgə keçirilməsindən məmnunluğunu
ifadə edib. Azərbaycanın iqtisadiyyat
naziri xalqlarımızı
və ölkələrimizi
dostluq münasibətləri,
ortaq tarix, kök, ənənələr
və mədəniyyətin
birləşdirdiyini qeyd
edib, əlaqələrin
genişləndirilməsi məqsədilə
reallaşdırılan tədbirlərin
önəmini diqqətə
çatdırıb. Bildirilib
ki, Özbəkistanla qarşılıqlı faydalı
əlaqələr yüksələn
xətlə inkişaf
edir.
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri
barədə məlumat
verən iqtisadiyyat naziri qeyd edib
ki, iqtisadi-ticarət, investisiya tərəfdaşlığımız
genişlənir. Azərbaycan-Özbəkistan
İnvestisiya Fondunun yaradılması da investisiya əməkdaşlığının,
işgüzar dairələr
arasında dialoqun inkişafına yeni təkan verəcək. Bundan başqa, enerji, regionlararası əməkdaşlıq, sənaye,
xüsusilə avtomobil
sənayesi, tekstil, kənd-təsərrüfatı, nəqliyyat-tranzit, səhiyyə,
turizm, humanitar və digər sahələr üzrə əlaqələrin inkişafı
iqtisadi əməkdaşlığımızın
gündəliyində olan
məsələlərdəndir.
İclasda Azərbaycanda
əlverişli biznes mühiti, iqtisadi fəallığın artırılması
yönündə tətbiq
edilən mexanizmlər,
azad olunmuş ərazilərimizdə həyata
keçirilən reinteqrasiya
tədbirləri barədə
məlumat verilib, Özbəkistan tərəfindən
Füzulidə 960 şagird
yerlik məktəb binasının tikildiyi vurğulanıb, Qarabağın
bərpasında iştirak
etdiyinə görə
qardaş ölkəyə
minnətdarlıq ifadə
olunub.
Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov hökumətlərarası
komissiyanın Şuşada
təşkilindən məmnunluğunu
ifadə edib, Qarabağ və Şərqi Zəngəzurda
aparılan yenidənqurma
işlərinin yüksək
qiymətləndirildiyini qeyd
edib. Bildirib ki, Özbəkistan işğaldan azad edilmiş ərazilərimizdə
aparılan bərpa-quruculuq
işlərinə töhfə
verməyə daim hazırdır. Ləziz Kudratov ölkələrimiz
arasında müxtəlif
sahələrdə uğurlu
tərəfdaşlıq əlaqələrini
vurğulayıb, yeni əməkdaşlıq istiqamətləri,
işgüzar münasibətlərin
inkişafı və birgə layihələrin icrası barədə fikirlərini bölüşüb.
İclasda iqtisadi-ticarət
əlaqələrinin şaxələndirilməsi,
nəqliyyat-tranzit, sənaye,
energetika, kənd təsərrüfatı, investisiya
və digər sahələrdə tərəfdaşlıq
münasibətlərinin inkişaf
etdirilməsi barədə
müzakirələr aparılıb.
İclasın sonunda
Hökumətlərarası Komissiyanın həmsədrləri
tərəfindən Azərbaycan
Respublikası ilə Özbəkistan Respublikası
arasında əməkdaşlıq
üzrə Birgə Hökumətlərarası Komissiyanın
12-ci iclasının yekunlarına
dair Protokol imzalanıb. Sənədə
əsasən iqtisadi-ticarət,
enerji, nəqliyyat, innovasiyalar və startaplar, səhiyyə, kənd təsərrüfatı,
qida təhlükəsizliyi,
su təsərrüfatı,
turizm, humanitar və sosial sahələrdə əməkdaşlığın
genişləndirilməsi nəzərdə
tutulur.
Tədbirdə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın Yenidənqurma və İnkişaf Fondu arasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında saziş, həmçinin energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalanıb.
Azərbaycan.-2023.-
19 iyul.- S.6.