Ali
Radanın deputatı:
Yardıma görə
Azərbaycan Prezidenti və xalqına minnətdarıq
Ukraynanın xalq
deputatı, parlamentin energetika və kommunal xidmətlər məsələləri komitəsinin
üzvü, enerji qənaəti və enerji səmərəliliyi
alt komitəsinin sədri Sergey Naqornyak Ukraynaya göstərilən sistematik
yardıma və dəstəyə görə
Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığını
ifadə edib.
AZƏRTAC xəbər verir ki, Sergey
Naqornyak Ukrayna Böhran media mərkəzində “Ukrayna-Azərbaycan:
Qlobal dünya nizamı çağırışları
şəraitində strateji
tərəfdaşlıq. Üçüncü
dialoq” mövzusunda keçirilən dəyirmi
masada deyib: “Məlum olub ki, Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım çərçivəsində elektrik avadanlıqları alınması və göndərilməsi üçün
əlavə 7,6 milyon dollar ayrılmasına dair Sərəncam imzalayıb. Mən Rusiyanın tammiqyaslı müdaxiləsindən sonra
daim hiss etdiyimiz yardımlara, sistematik dəstəyə
görə Azərbaycan
Prezidentinə və dost Azərbaycan xalqına təşəkkür
etmək istəyirəm”.
Deputat vurğulayıb
ki, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi
onlar üçün
mühümdür, tammiqyaslı
təcavüzün ilk
günlərində isə
böyük humanitar yardım paketi, o cümlədən dərmanlar
və tibbi avadanlıq göndərilib.
Həmin vaxtdan humanitar yardımlar sistematik xarakter alıb.
Sergey Naqornyak qeyd edib: “2022-2023-cü illərin qış mövsümü bizim üçün çox çətin olub. Azərbaycanın yardımı bu ağır dövrdə bizə kömək edib. İndi də Ukraynanın energetika sektoruna yardım ayrılıb. Bu, büzüm üçün çox mühümdür, çünki enerji sistemini bərpa edərək qışa hazırlıq görürük”.
Azərbaycan.-2023.- 19 iyul.- S.7.