Ermənistan
regionun ekoloji terror mənbəyidir
Azərbaycanda fəaliyyət
göstərən vətəndaş
cəmiyyəti təşkilatları
Ermənistanın dağ-mədən
sənayesinin ekoloji fəlakətə səbəb
olan fəaliyyəti barədə beynəlxalq ictimaiyyətə və Birləşmiş Millətlər
Təşkilatına (BMT) müraciət
ünvanlayıblar. Müraciətdə
qeyd olunub ki, Ermənistanın Azərbaycanla sərhəd
bölgəsində davam
edən mədən əməliyyatları ekosistemə
ciddi ziyan vurur. Bu ekoloji təsir
insanların sağlamlığına,
floraya, faunaya, torpağa, havaya və suya ciddi
təhlükə yaradır.
Mövzu ilə
bağlı məktub
ünvanlayan ictimai birliklərin nümayəndələrinin
fikirlərini öyrəndik.
Onların sözlərinə
görə, BMT və
bir sıra digər beynəlxalq və regional təşkilatlar Ermənistana
yaratdığı ekoloji
problemlərin aradan qaldırılması üçün
təsir göstərə
bilərlər.
Ermənistan ətraf
mühitə və insanların sağlamlığına
ziyan vurur
"Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı"
İctimai Birliyinin sədri Əhməd Abbasbəyli bildirib ki, Ermənistanın dağ-mədən sənayesinin
ətraf mühitə
vurduğu ziyan təkcə regional deyil, eyni zamanda
qlobal səviyyədə
təhlükəlidir: "Ermənistan öz ərazisində ətraf mühitə və insanların sağlamlığına
laqeyd yanaşsa da, biz Azərbaycanın
vətəndaş cəmiyyətlərinin
nümayəndələri olaraq,
respublikamızın və
regionun təhlükəsizliyi
məsələsinə ciddi
yanaşırıq. Ermənilərin
regionu ekoloji fəlakətlə üz-üzə
qoyması onların qədim və güclü xalq mifini bir daha
darmadağın edir. Aydın olur ki, ermənilər Orta əsrlərdə və ondan əvvəlki
dövrlərdə yaşamış
vəhşi barbarlara xas davranışlar sərgiləyirlər. Bu vəhşi münasibəti
həm insanlara, həm də tarixi mədəniyyət abidələrinə, eləcə
də flora və faunaya münasibətdə nümayiş
etdirirlər".
Müsahibimizin sözlərinə
görə, BMT və
digər beynəlxalq təşkilatlara ünvanlanmış
məktubda ermənilərin
ekoloji terror siyasətinə dair çoxlu sübutlar yer alıb. Onların böyük əksəriyyəti elə
30 illik işğal ərzində Qarabağ və Şərqi Zəngəzur torpaqlarında
törətdikləri cinayətkar
əməllərlə bağlıdır.
Erməni vandalları
meşələrimizi qırıb,
çaylarımızı çirkləndirib,
flora və faunamızı məhv ediblər. İndi də dağ-mədən sənayelərində qeyri-şəffaf
və hesabatlılığı
olmayan istismar fəaliyyəti ilə məşğuldurlar. Beləliklə,
ermənilər ənənəvi
olaraq insanlara və ətraf mühitə zərər verməyə davam edirlər".
Əhməd Abbasbəyli
əlavə edib ki, Ermənistan BMT-nin bir sıra
konvensiyalarına məhəl
qoymur. Ermənistan
"Transsərhəd su
axarlarının və
beynəlxalq göllərin
mühafizəsi və
istifadəsi haqqında"
Konvensiyanın, "Su
və sağlamlıq
haqqında" protokolun,
"Avropa İqtisadi Komissiyasının Təhlükəli
tullantıların transsərhəd
daşınmasına və
utilizasiyasına nəzarət"
haqqında Bazel Konvensiyasının, "Uzunmüddətli
transsərhəd havanın
çirklənməsinə dair" Konvensiyanın,
"Transsərhəd kontekstdə
ətraf mühitə
təsirin qiymətləndirilməsi
üzrə Avropa İqtisadi Komissiyası"
Konvensiyasının tələblərini,
BMT-nin Dayanıqlı
İnkişaf Məqsədlərini,
Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini
kobud şəkildə
pozur.
Bədnam qonşumuz
aldığı qrantlardan
təbiətin məhv
edilməsi üçün
istifadə edir
"Şəfəq" Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev də
Ermənistanın ekoloji
norma və prinsiplərə uyğun olmayan dağ-mədən fəaliyyəti ilə
BMT-nin bir sıra konvensiyalarının
əleyhinə çıxdığını
qeyd edib. Buna görə də ölkəmizdə fəaliyyət göstərən
29 qeyri-hökumət təşkilatının
sübutlar və əsaslandırılmış faktlarla Birləşmiş
Millətlər Təşkilatların
müxtəlif qurumlarına,
Avropa Komissiyası, Avropa Şurası, Avropa Parlamenti, Avropa Ətraf Mühit Agentliyi, Ümumdünya Vəhşi
Təbiət Fondu
(WWF), Qlobal Ətraf Mühit Fondu (GEF),
"Friends of Earth" təşkilatı,
İnsan Hüquqları
Təşəbbüsü Birliyi (CHRI), "Greenpeace" və
digər beynəlxalq təşkilatlara müraciət
ünvanlayaraq, Ermənistanın
dağ-mədən sənayesinin
fəaliyyəti nəticəsində
yaranan və Yer kürəsinin ekosisteminə əhəmiyyətli
dərəcədə təsir
göstərən ekoloji
fəlakətə təxirə
salınmadan təcili
diqqət yetirmələrini
bildiriblər.
V.Babayev vurğulayıb
ki, Ermənistanın dağ-mədən sənayesində
müəssisələrin yüksək
zəhərli kimyəvi
tullantıları, demək
olar ki, bütün transsərhəd
suları çirkləndirir:
"Bu ekoloji təsir insanların sağlamlığına, flora,
fauna ehtiyatlarına mənfi təsir göstərir. Zərərli
tullantı sularının
Araz çayına axıdılması çayın
canlılar aləminə
və suvarma üçün istifadə
edilən təsərrüfatlara
ciddi təhlükə
yaradır. İçməli
su təchizatına vurulan zərər də insanların sağlamlığı və
su təhlükəsizliyi
üçün risklər
yaradır. Bu da sərhədyanı bölgələrdə yoluxucu
xəstəliklərin yayılması
ilə nəticələnir".
Təşkilat sədri
qeyd edib ki, Ermənistan Avropa İttifaqından Şərq Tərəfdaşlığı
ölkələrində "yaşıl sənaye"nin
inkişafı üzrə
qrantlar alır. Lakin görünən odur ki, Ermənistan
aldığı maliyyə
vəsaitindən regionda
təbiətin məhv
edilməsi və ekoloji tarazlığın
pozulması ilə nəticələnən fəaliyyətlər
üçün istifadə
edir.
İctimai birliyin
sədri əlavə edib ki, BMT və
müraciət ünvanladıqları
digər beynəlxalq qurumların Ermənistanı
mövcud ekoloji konvensiyalara əməl etməyə çağıracaqlarına
və bu ölkənin regionda yaratdığı ekoloji problemlərin həllində
bizə dəstək olacaqlarına inanırlar.
Nəzrin QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
19 iyul.- S.9.