Qərbi
Azərbaycan İcması
Fransa Senatının sədrinin Ermənistanı
silahlandırmaq çağırışını
qətiyyətlə pisləyir
Qərbi Azərbaycan
İcması Fransa Senatının sədri Jerar Larşenin Fransa hökumətini Ermənistana əlavə silahlar verməyə çağıran son çağırışını qətiyyətlə pisləyir.
AZƏRTAC xəbər verir ki, bu
barədə İcmanın
bəyanatında bildirilib.
Qeyd olunub ki, Ermənistanın beynəlxalq hüququn pozulması üzrə bədnam tarixçəsini
nəzərə alsaq,
belə bir addımın olduqca zərərli olacağı
şübhə doğurmur.
Biz hesab edirik ki, Ermənistanın
kütləvi silahlanma
proqramına əlavə
dəstəyin göstərilməsi
yalnız gərginliyi
artıracaq və regionda sülh və sabitlik perspektivlərinə mane olacaq.
Ermənistanın özünü
hərbi baxımdan üstün hesab etdiyi zaman qonşusu
Azərbaycana qarşı
aqressiv davranmaq, hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər
törətmək tarixçəsi
var. Xüsusi vurğulamaq lazımdır
ki, Ermənistan bütün azərbaycanlıları
öz ərazisindən
etnik təmizləməyə
məruz qoyub, Azərbaycana silahlı hücum edərək onun ərazisinin böyük bir hissəsini qanunsuz olaraq işğal edib. Bu işğal
yüz minlərlə
azərbaycanlının öz
yurd-yuvasından qovulmasına,
işğal dövründə
azərbaycanlı yaşayış
məntəqələrinin və mədəni irsinin demək olar ki, hamısının
dağıdılmasına səbəb
olub. Əksəriyyəti
mülki şəxslər
olmaqla 20 mindən çox azərbaycanlı
Ermənistan ordusu tərəfindən öldürülüb.
4000-ə yaxın itkin
düşmüş azərbaycanlının
taleyi hələ də qeyri-müəyyən
olaraq qalır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməkdən imtina etmiş və Azərbaycana qarşı
2020-ci ildə başlatdığı
növbəti genişmiqyaslı
istilasının uğursuzluğa
düçar olması
və müharibədə
məğlub edilməsinə
qədər həmin əraziləri işğal
altında saxlamışdı.
Ermənistan Rusiyanın
sülhməramlı qüvvələrinin
müvəqqəti yerləşdirildiyi
Azərbaycan ərazilərindən
öz qoşunlarının
qalan hissəsini çıxarmaqdan imtina edərək beynəlxalq normalara məhəl qoymamaqda davam edir. Ermənistan, həmçinin sərhəd
bölgəsində səkkiz
Azərbaycan kəndinin
hərbi işğalını
davam etdirərək, Azərbaycanın ərazi
bütövlüyünü pozur və sülh
prosesinə ciddi xələl gətirir.
Ermənistanın niyyətləri
dərin narahatlıq doğurur. Ermənistana əlavə silahların verilməsi bu ölkənin aqressiv iddialarını güclənməsinə
gətirib çıxaracaq
və bütün regionun sabitliyini təhlükə altına
salacaq.
"Onu da vurğulamalıyıq ki,
Fransanın mövcud müqavilələr əsasında
Ermənistana verməkdə
olduğu silahlar artıq regionda sabitliyə mənfi təsir edib və sülh prosesini çətinləşdirib.
Ermənistana əlavə
silahlar vermək Fransa tərəfindən son dərəcə məsuliyyətsiz olardı
və ata-baba torpaqlarımıza qayıtmaq
hüququmuzu həyata
keçirməkdə İcmamızın
üzləşdiyi çətinliyi
artırardı. Daha militarist Ermənistan evlərimizə təhlükəsiz
və ləyaqətlə
qayıtmaq kimi insan hüquqlarımıza
hörmət etməyə
daha az istəkli
olardı.
Buna görə
də, biz Fransa hökumətini mövcud hərbi-texniki müqavilələr üçün
vermiş olduğu ixrac lisenziyalarını dərhal ləğv etməyə, Ermənistana
əlavə silah ixracatına icazə verməkdən çəkinməyə
çağırırıq. BMT Təhlükəsizlik Şurasının
daimi üzvü kimi Fransanın Ermənistanın beynəlxalq
hüquq normalarına
riayət etməsini, Azərbaycanın suverenliyinə
və ərazi bütövlüyünə hörmət
etməsini, bizim təhlükəsiz və
ləyaqətlə qayıtmaq
hüququmuzun reallaşmasına
imkan yaratmasını
təmin etməklə
beynəlxalq sülh və təhlükəsizliyi
təşviq etmək
kimi məsuliyyəti var. Təcavüzkar və müharibə tərəfdarı olan Ermənistanı külli miqdarda silahla təmin etmək Fransanın üzərinə
düşən beynəlxalq
məsuliyyətə uyğun
gəlmir.
Fransa bizim təhlükəsiz və ləyaqətli qayıtmağımızı fəal şəkildə dəstəkləməli və müdafiə etməli və bu məsələ ilə bağlı konstruktiv dialoq çağırışlarımıza Ermənistanın operativ və effektiv cavab verməsini təmin etmək üçün tədbirlər görməlidir", - deyə bəyanatda qeyd edilib.
Azərbaycan.-2023.- 19 iyul.- S.10.