Rusiya
XİN-in açıqlaması
qəbuledilməzdir
Rəsmi Moskva 10
noyabr Bəyanatından
irəli gələn öhdəliklərə əməl
etməlidir
Rusiya Xarici İşlər Nazirliyinin
Azərbaycan, Ermənistan
və Rusiya arasında imzalanan üçtərəfli Bəyanatı
və sülh prosesini şərh edən 15 iyul tarixli bəyanatında bölgədə gərgin
humanitar vəziyyətin
davam etdiyi iddia olunub.
Anlaşılmazlıq və məyusluq doğuran bəyanatla bağlı məlumat yayan Azərbaycan Xarici İşlər Nazirliyi bu bəyanatın
Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı
fəaliyyəti haqqında
bəyannamə və
Rusiya Prezidentinin Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın
ərazi bütövlüyü
və suverenliyini dəstəkləyən çıxışları
ilə uyğunsuzluq təşkil etdiyini bildirib.
Məlumatda Rusiya
XİN-in Azərbaycanın
ərazi bütövlüyü
və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi
işğal altında
saxlayan Ermənistanın
baş nazirinin Qarabağı Azərbaycanın
tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsinin və şərtləndirməsinin
qəbuledilməz olduğu
vurğulanıb.
Rusiya sülhməramlılarının
üç ilə yaxın müddətdə
ermənilərin qanunsuz
fəaliyyətinə göz
yumduqları heç kəsə sirr deyil. Yəni birgə bəyanata əsasən, üzərinə
öhdəliklər götürən
Rusiyanın bu şərtləri tam olaraq yerinə yetirmədiyi halda bütün öhdəliklərini
vaxtından əvvəl
və dəqiq yerinə yetirən Azərbaycanla bağlı
bu bəyanatı qəbuledilməzdir.
Laçın yoluna
gəlincə, Azərbaycan
uzun müddət Ermənistan tərəfindən
bu yolla Qarabağa silah-sursat, mina daşındığına,
qanunsuz hərbi birləşmələrin rotasiyasına,
üçüncü ölkə
vətəndaşlarının icazəsiz əraziyə gətirilməsi kimi faktlara dair dəfələrlə
Rusiyaya xəbərdarlıq
etsə də, bu halların qarşısının alınması
üçün onlar
tərəfindən heç
bir tədbir görülməyib. Əksinə,
rus hərbi kontingentinin Qarabağda olan erməni qanunsuz silahlı birləşmələrinə dəstəyi
davamlı olaraq müşahidə edilib.
Rusiya XİN-in
bəyanatı ilə
bağlı Milli Məclisin deputatlarının
fikirlərini öyrəndik.
Rusiyanın məqsədi
məhz onun iştirakı ilə yekun sənədin imzalanmasıdır
Milli Məclisin
deputatı Arzu Nağıyev bildirib ki, Rusiya ilə
gərginlik bu ölkənin Xarici İşlər Nazirliyinin
bəyanatından sonra
yaranıb.
Deputat qeyd edib ki, Rusiya
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması
istiqamətində müxtəlif
platformalarda aparılan
danışıqların getməsində,
başqa tərəflərin
iştirakında maraqlı
deyil. Rəsmi Moskvanın məqsədi məhz onun iştirakı ilə yekun sənədin imzalanmasıdır: "Rusiya öz iştirakı olmadan hər hansı formatda keçiriləcək
görüşdə imzalanacaq
müqaviləni legitim
saymayacağına işarə
edir".
Rusiya XİN-in
son bəyanatı fonunda yaranan gərginlikdən sonra Azərbaycan səfirinin Rusiya Xarici İşlər
Nazirliyinə, Rusiyanın
Bakıdakı səfirinin
isə Azərbaycan
XİN-ə dəvət olunduğunu
xatırladan A.Nağıyev
bildirib ki, Rusiya Laçın dəhlizinin guya blokadasının tam və dərhal açılmasını tələb
edir. Azərbaycan tərəfi isə Rusiyanın Qarabağda gərgin humanitar vəziyyətlə bağlı
iddialarını əsassız
sayıb və Laçında yaradılan
nəzarət- buraxılış
məntəqəsinin quraşdırılması
ilə bağlı irəli sürülən
fikirlərin reallığı
əks etdirmədiyini
bildirib.
"Rusiya Moskvada
üç ölkənin
sammitini təşkil edərək onun iştirakı ilə yekun sənədin imzalanmasına çalışır.
Ümumiyyətlə, Azərbaycan
və Ermənistan arasında sülh istiqamətindəki danışıqlar
prosesini bu ölkə öz əlinə almaq istəyir", - deyə deputat əlavə edib.
Deputat qeyd edib ki, Paşinyanın
Qarabağı Azərbaycanın
tərkib hissəsi kimi tanıması məsələsi və bunu Rusiya tərəfinin
də tirajlaması heç bir diplomatik etiketə sığmır. Paşinyan
Azərbaycanın ərazi
bütövlüyünü Qarabağ da daxil olmaqla tanımalıdır,
burada Qarabağın xüsusi vurğulanması
tamamilə yanlışdır.
Sülhməramlıların fəaliyyətinə gəlincə
isə üç ilə yaxın müddətdə onlar heç vaxt neytral mövqe sərgiləməyib. Sülhməramlıların
Qarabağda olan erməni silahlı dəstələrinə dəstəkləri
daim görünüb.
Rusiyanın
Qərbin və Türkiyənin regionda artan nüfuzuna mane olmağa çalışdığını vurğulayan deputat deyib ki, rəsmi
Moskva Azərbaycanla razılaşmadan hər hansı addım ata bilməyəcəyini də anlayır.
Sülhməramlılar Qarabağda təxribatlar törədilməsinə göz
yummamalıdırlar
Milli Məclisin
deputatı Ceyhun Məmmədov qeyd edib ki, Rusiya
tərəfinin belə
bəyanat yayması birmənalı olaraq qəbuledilməzdir. O, bununla
bağlı Azərbaycan
Xarici İşlər
Nazirliyinin də mövqeyini bildirdiyini xatırladaraq əlavə
edib ki, 10 noyabr razılaşmasından
uzun müddət keçməsinə baxmayaraq,
Qarabağda olan Ermənistan silahlı qüvvələrinin qalıqları
pozuculuq fəaliyyətini
hazırda da davam etdirir. Azərbaycan isə öz növbəsində
üçtərəfli Bəyanata
tam əməl edir.
Deputat vurğulayıb
ki, Rusiyanın Qarabağda erməni dəstələri tərəfindən
təxribat törətməsində
maraqlı olduğu görünür: "Burada
sual yaranır. Necə olur ki, Rusiya sülhməramlılarının
mövcud olduğu Qarabağda
erməni separatçıları
davamlı olaraq Azərbaycana qarşı təxribatlar törədirlər?
Bütün bunlar onu göstərir ki, Qarabağda gərginliyin yaranmasında,
separatizmin qalıqlarının
qalmasında Rusiya
maraqlıdır. Rusiya
sülhməramlılarının adından da göründüyü kimi,
onların əsas missiyası təxribat törətmək deyil, sülh istiqamətində
addımları dəstəkləməkdir.
Bu gün biz bunu gözləyirik".
Azərbaycan və
Rusiya arasında münasibətlərin hər
zaman yüksək səviyyədə olduğunu
vurğulayan C.Məmmədov
bildirib ki, birgə əməkdaşlıq
sahəsində bir müddət əvvəl imzalanmış sənəddə
bir çox vacib məqamlar əksini tapıb. Ona görə də Azərbaycan XİN xəbərdarlıq etdi ki, Rusiya tərəfi bu təxribatlara göz yummamalı, bunun təşkilatçısı
olmamalıdır. Hər
gün müxtəlif
istiqamətlərdən atəşkəsin
pozulduğunu görürük.
Bu kimi hallara
son qoyulmalıdır.
Əgər Ermənistanın
bu təxribatlarının
qarşısı alınmazsa,
Azərbaycan antiterror əməliyyatı keçirərək
bu kimi cəhd
və təxribatların
qarşısını alacaq.
"Azərbaycan ən
qısa müddətdə
sülh müqaviləsinin
bağlanmasında maraqlıdır. Bunun üçün də bütün addımları
atır. Qarşı tərəfdən də belə səylərin göstərilməsini gözləyirik.
Əks halda, Azərbaycan bu təxribatlara sərt reaksiya verəcək. Bizim səbrimizi heç kim sınamamalıdır", - deyə
deputat əlavə edib.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
20 iyul.- S.13.