Hayastanda hərbi hissələrdə
korrupsiya halları artıb
İkinci Qarabağ
müharibəsində Azərbaycan
tərəfindən darmadağın
edilən Hayastan ordusunun qalıqları da məhv olmaqdadır.
Bunun əsas səbəbi əvvəlki
kimi nizamnamədənkənar
hərəkətlər, digər
qanunsuzluqlardır. Hərbi
hissələrdə əsgərlərə qarşı
tətbiq edilən davamlı işgəncələr
və cəzasını
almayan, insan ləyaqətini alçaldan
hərəkətlər - döyülmə,
zorakılıq halları,
qidadan məhrum etmək kimi məqamlar geniş yayılıb.
Bu günlərdə
Hayastan Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən
daha bir rüşvət alma, dələduzluq, oğurluq
və vəzifə səlahiyyətlərindən sui-istifadə
hallarının üstü
açılıb. Hayastanın
Korrupsiyaya qarşı
Mübarizə Komitəsinin
verdiyi məlumata əsasən, 2018-ci ildə
Müdafiə Nazirliyinin
hərbi hissələrindən
birinin maliyyə xidmətinin rəisi hərbi hissə üçün nəzərdə
tutulan qazın istehlakına görə ödənilməli olan məbləğləri oğurlamaq
məqsədilə dələduzluq
edərək hərbi
hissəyə ayrılmış
qazın istifadə olunmamış hissəsinin
satılması, alınan
vəsaitin bir hissəsinin geri qaytarılması barədə
"Qazprom Hayastan"
şirkətinin nümayəndəsi
ilə razılığa
gəlib. Bununla da dövlətə 21 000
000 dram (92 000 manat) ziyan dəyib. Bu hərbi hissənin
maliyyə xidmətinin
rəisi baş mühasibin həyat yoldaşını həmin
hərbi hissədə
klub rəhbəri vəzifəsinə təyin
etməsi üçün
ondan 1000 ABŞ dolları
rüşvət alıb.
Hərbi hissələrdə
baş vermiş bu kimi cinayət
əməlləri ilə
bağlı işlərin
istintaqı artıq başa çatıb.
Hayastan Silahlı
Qüvvələrində zabitlər
və xidmət yoldaşları tərəfindən
hərbi qulluqçulara
qarşı işgəncə
və zorakılıq
halları nadir hal deyil. Orduda
qeyri-döyüş şəraitində
ölən hərbçilərin
valideynləri dəfələrlə
etiraz aksiyası keçirərək övladlarının
ölümü ilə
bağlı cinayət
işlərinin obyektiv
araşdırılmamasına etiraz ediblər.
"4rd.am" saytı yazır ki, ordudakı zorakılıqlara
və dözülməz
şərtlərə qarşı
ictimai etirazların genişlənməsinə baxmayaraq,
yenə də əsgər ölümləri
davam edir. O da xüsusi vurğulanır ki, vəziyyət belə davam edə bilməz və sonda ölkədə mütləq partlayış
olacaq. Diqqətə çatdırılır ki,
iqtidarın nəzarətində
olan telekanallar, hakimiyyətyönlü media
əsgərləri Müdafiə
Nazirliyinin arzusuna uyğun olaraq özlərini öldürən
intiharçılar kimi
təqdim edir: "Hərbçilərə, özünü
öldürməyə görə
məsuliyyət yoxdur,
əsgər ailələri
isə övladlarının
intihar etməsinə inanmırlar. Hərbi prokurorluq nəyisə araşdırmağa ehtiyac
görmür, hətta
adi izahat da verilmir. Bu
vəziyyət uzun müddət davam edə bilməz. Sonda çox güclü partlayış
olacaq".
Bunların fonunda
orduda fərarilik hallarının artması
təbii sayılır.
Hesab edilir ki, qarşıdakı dövr ərzində erməni ordusunda daha böyük problemlərin qeydə alınması qaçılmazdır.
Bu arada Hayastanda yerli və Qarabağ erməniləri arasında
ciddi münaqişə
yaşanmaqdadır. Hətta
iş o yerə çatıb ki, İrəvan və Hayastanın digər bölgələrində Qarabağdan
gələnləri qəbul
etmək istəmirlər.
Bununla bağlı gəlmələrin Hayastan
mediasında saysız
şikayətləri dərc
olunub.
Göründüyü kimi, Hayastan cəmiyyətində pessimizm
baş alıb gedir. İqtidar problemlərin həllində çıxılmaz
vəziyyətə düşüb,
müxalifət isə
aksiyalarını davam
etdirir. Bu vəziyyət bütövlükdə
ölkədə idarəçiliyi
iflic vəziyyətinə
salır.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
20 iyul.- S.14.