Ermənistan ekoterrordan silah kimi istifadə etməyindən əl çəkmir
Elə cinayətlər
var ki, dünya
onları zamanında görüb qarşısını
almaq haqqında fikirləşmir. Ermənistanın
onilliklər ərzində
Azərbaycana qarşı
yeritdiyi ekoloji terror da bu qəbildən
olan cinayətlərdəndir.
Əgər Ermənistan
30 ilə yaxın ərazilərimizi işğal
altında saxlayaraq şəhər və kəndlərimizi viran qoyubsa və dünya buna göz yumubsa, bizim beynəlxalq ictimaiyyəti, ən azı, qınamaqdan savayı əlacımız
qalmır.
Biz bu 30 ildə Ermənistanın törətdiyi ekoloji terror aktlarını saymağa cəhd etsək alınmayacaq. Çünki onların sayı-hesabı yoxdur. Ümumiyyətlə, Ermənistan
dövləti ekoloji
terrordan silah kimi istifadə edir. Hazırda elə çıxılmaz
vəziyyət yaranmışdır
ki, Azərbaycanda fəaliyyət göstərən
29 vətəndaş cəmiyyəti
təşkilatlarının Ermənistanın dağ-mədən
sənayesinin fəaliyyəti
nəticəsində yaranan,
regional ekosistemə qlobal təsir göstərən ekoloji fəlakətlərlə əlaqədar
beynəlxalq ictimaiyyətə
və Birləşmiş
Millətlər Təşkilatına
(BMT) müraciət ünvanlamaqdan
savayı əlacları
qalmamışdır. Qeyd
edək ki, müraciətdə sadalanan
cinayət faktları Aərbaycanda böyük əks-səda doğurmuş,
ölkə və dünya mediasında
geniş müzakirələrə
səbəb olmuşdur.
Cinayət
məzmunlu bu acınacaqlı faktların
bəzilərini nəzərdən
keçirək. Qafan dağ-mədən kompleksinin
tullantılarının tərkibindəki
ağır metallar transsərhəd çayları
olan Oxçuçay və Araz çaylarına
ermənilər tərəfindən düşünülmüş
surətdə axıdılır.
Mədən tullantılarının
hovuzu kimi istifadə olunan Artsevanik su anbarı
illərdir ki, bütün region üçün ciddi təhlükə mənbəyidir.
Bu mədənin daxilində 4,6 milyon kvadratmetr ərazini əhatə edən Qutqum (Qeqanuş) mədən tullantıları
yatağı bütün
region üçün
böyük təhlükə
yaratmışdır. İldə təxminən 10 min unsiya qızılın emal edildiyi Göyçə
(Sevan) Daşdəm qızıl mədəninin
zəhərli çirkli
suları yaxınlıqdakı
çaylara axıdılır.
Bundan başqa, Lori bölgəsindəki Axtala mədəni bağlansa da, 2020-ci ildən yenidən fəaliyyət göstərir.
Qafan Manqan Zavodu Cənubi Qafqaz regionu üçün mühüm
içməli su mənbəyi olan Bərgüşad çayını
çirkləndirməklə insanlar arsında tənəffüs problemləri,
nevroloji xəstəliklər
və xərçəngin
yaranmasına səbəb
olur. Eyni zamanda Ellər (Qotayq) Metallurgiya zavodu mühüm içməli su mənbəyi olan Arpaçayı mis, qurğuşun və kadmium kimi ağır
metallarla çirkləndirməkdə
davam edir. İldə təqribən
100 min ton mis emal edən
Göyçə (Geqarkunik)
Misəritmə zavodu atmosferi zəhərləməklə
yanaşı, həm də turşulu yağışların yaranmasına
səbəb olur. Ellər zavodu kimi Göyçə Misəritmə zavodunun da tullantı suları Arpaçaya axıdılır və bu zəhərli maddələr Araz çayı ilə Xəzərə tökülür.
Ən dəhşətli
ekoloji fəlakətləri
isə Ermənistanla sərhəddə Arazdəyən
(Yerasx) adlı ərazidə tikilən nəhəng Metallurgiya zavodu yaradacaq: sular çirklənəcək,
sərhədyanı ərazilərdə
yoluxucu xəstəliklərin
yayılma riski artacaqdır. Bu tikinti o qədər nəhəngdir ki, zavod işə düşərsə, hər
iki ölkənin ərazisində ictimai səhiyyə böhranının
yaranacağı şübhəsizdir.
Köhnə, istismara yararsız olmasına baxmayaraq, fəaliyyətini
davam etdirən Metsamor AES isə təkcə Ermənistan üçün yox, bütün region və Avrasiya materiki üçün böyük fəlakət
mənbəyidir.
Bu faktların əksəriyyəti dəfələrlə
Ermənistan qarşısında
qaldırılmış, barələrində
beynəlxalq qurumlara müraciətlər edilmişdir.
Amma nə xeyri?! Ermənistan "Bağdadın kor xəlifəsi" kimi təbiətə divan tutmaqda davam edir. Bu ölkənin
dağ-mədən sənayesi
əksər beynəlxalq
ekoloji norma və standartları, habelə BMT Konvensiyalarını
pozur. Ümumiyyətlə, Ermənistanın
vecinə almadığı,
asanlıqla pozduğu
beynəlxalq konvensiyaların
sayı-hesabı yoxdur.
Ona görə də beynəlxalq
ictimaiyyət, müvafiq
beynəlxalq qurumlar Azərbaycan vətəndaş
cəmiyyətinin, ölkəmizin
ekoloqlarının çaldıqları
həyəcan təbilinə
etinasız qalmamalıdır.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2023.-
20 iyul.- S.11.