Təhlükə
potensiallı obyektlərin
təhlükəsiz istismarının
təmin edilməsi sahəsində dövlət
orqanlarının (qurumlarının)
fəaliyyətinin əlaqələndirilməsi
üzrə Koordinasiya
Komissiyasının yaradılması
haqqında Azərbaycan
Respublikası Prezidentinin
2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Təhlükə potensiallı obyektlərin
təhlükəsiz istismarının
təmin edilməsi sahəsində dövlət
orqanlarının (qurumlarının)
fəaliyyətinin əlaqələndirilməsi
üzrə Koordinasiya
Komissiyasının yaradılması
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2022, № 9, maddə
1066) 1-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
1. "Azərbaycan Respublikası
Baş nazirinin müavini" sözlərindən
əvvəl "Şahin
Mustafayev -" sözləri
əlavə edilsin.
2. "Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi"
abzasından sonra aşağıdakı məzmunda
yeni abzas əlavə edilsin:
"Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin sədri".
3. "Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi
Agentliyinin sədri"
abzasının sonundan
nöqtə işarəsi
çıxarılsın və
həmin abzasdan sonra aşağıdakı
məzmunda yeni abzas əlavə edilsin:
"Azərbaycan Dövlət
Su Ehtiyatları Agentliyinin sədri.".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
18 iyul 2023-cü il
Azərbaycan.-2023.-
20 iyul.- S.5.