Baş
nazir Əli Əsədov Özbəkistanın
Baş naziri Abdulla Aripov ilə görüşüb
İyulun 19-da Azərbaycan
Respublikasının Baş
naziri Əli Əsədov ölkəmizdə
rəsmi səfərdə
olan Özbəkistan Respublikasının Baş
naziri Abdulla Aripov ilə görüşüb.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
əvvəlcə hökumət
başçılarının keçirdikləri təkbətək
danışıqlarda ikitərəfli
gündəliyə daxil
olan aktual məsələlər müzakirə
edilib.
Sonra Baş nazirlərin görüşü
iki ölkənin nümayəndə heyətlərinin
iştirakı ilə
davam edib.
Görüş zamanı
qeyd olunub ki, iki ölkə
arasında ikitərəfli
əlaqələrin əsası
Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyev və Özbəkistanın
birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulub.
Ulu Öndər
Heydər Əliyevin
100 illiyi münasibətilə
Özbəkistanda tədbirlərin
yüksək səviyyədə
təşkilinə görə
minnətdarlıq ifadə
olunub.
Məmnunluq hissi
ilə vurğulanıb
ki, bu gün
dövlət başçıları
İlham Əliyev və Şavkat Mirziyoyevin birgə səyləri sayəsində
Azərbaycan-Özbəkistan əlaqələri hərtərəfli
inkişaf edən strateji tərəfdaşlıq
səviyyəsinə çatıb.
Tərəflər bildiriblər
ki, Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar,
o cümlədən BMT, MDB, İslam Əməkdaşlıq
Təşkilatı, Türk
Dövlətləri Təşkilatı
çərçivəsində sıx əməkdaşlıq
edirlər.
Ə.Əsədov Özbəkistana
cari ildə Türk Dövlətləri
Təşkilatında bu
ölkənin sədrliyi
dövründə uğurlar
diləyib.
Qeyd olunub ki, dövlət başçıları arasında
qarşılıqlı etimada
əsaslanan şəxsi
münasibətlər və
daimi təmaslar ikitərəfli əlaqələrin
möhkəmlənməsində əsas rol oynayır.
Bu kontekstdə ötən il çox məhsuldar olub. Azərbaycan Prezidenti üç dəfə Özbəkistana
səfər edib.
“Sanballı sənədlər
paketinin imzalanması ilə əlamətdar olan dövlət səfəri daha mühüm olub. Dövlət başçıları
tərəfindən imzalanan
strateji tərəfdaşlığın
dərinləşdirilməsi və hərtərəfli
əməkdaşlığın inkişafına dair Bəyannamə münasibətlərimizi
keyfiyyətcə yeni səviyyəyə yüksəldib”,
- deyə Ə.Əsədov
qeyd edib.
Həmçinin Prezident
Şavkat Mirziyoyevin cari ilin martında
Qoşulmama Hərəkatının
COVID-19-a qarşı mübarizə
üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak
etmək üçün
Azərbaycana səfərinin
əhəmiyyəti qeyd
olunub.
Hazırda hökumətlərin
xətti ilə Özbəkistan Prezidentinin
Azərbaycana dövlət
səfərinə hazırlıq
işləri tam sürətlə davam edir.
Azərbaycanın işğaldan
azad olunmuş ərazilərinin bərpası
və inkişafı üzrə aparılan irimiqyaslı işlər haqqında ətraflı məlumat verilib. Bu kontekstdə Özbəkistan Prezidentinin
işğaldan azad edilmiş Füzuli şəhərində 960 şagird
yerlik məktəbin tikintisi üzrə təşəbbüsünə görə minnətdarlıq
ifadə olunub.
Tərəflər Azərbaycan
ilə Özbəkistan
arasında əməkdaşlığa
dair Birgə Hökumətlərarası komissiyanın
iyulun 18-də Şuşada
keçirilən iclasının
əhəmiyyətini qeyd
ediblər. Onlar ümidvar olduqlarını
bildiriblər ki, iclasın yekunlarına dair əldə olunan qərarlar Azərbaycan-Özbəkistan qarşılılıqlı
faydalı əməkdaşlığının
möhkəmlənməsinə kömək edəcək.
Hökumət başçıları,,
həmçinin iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığı
yüksək qiymətləndirib,
2022-ci ilin yekunlarına
dair təxminən 64 faiz artan əmtəə
dövriyyəsinin əhəmiyyətli
dərəcədə artmasından
məmnunluq ifadə ediblər.
Tərəflər investisiya
qarşılıqlı fəaliyyətinin
yaxşı dinamikasını
vurğulayıb və
dünən Şuşada
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması ilə bağlı təsis sənədlərinin imzalanmasının
əhəmiyyətini qeyd
ediblər. Birgə İnvestisiya Fondunun yaradılması investisiya
əməkdaşlığının möhkəmlənməsi üçün
əlavə stimul kimi qiymətləndirilib.
Özbəkistan tərəfinə
Azərbaycanda olan əlverişli investisiya mühiti barədə məlumat verilib.
Hökumət başçıları
nəqliyyat-tranzit sahəsində
əməkdaşlığın perspektivlərini müsbət
qiymətləndiriblər. Ötən
il iki ölkə
arasında yükdaşımaların
ümumi həcmi 65 faizdən də çox artıb. Transxəzər Beynəlxalq
Nəqliyyat Marşrutunun
(Orta dəhliz) əhəmiyyəti xüsusi
qeyd olunub.
Tərəflər, həmçinin
sənaye kooperasiyasını,
pambıqçılıq və
ipəkçilik sahələrində
əməkdaşlığın inkişafının müsbət
olduğunu qeyd ediblər.
Energetika sahəsində
fəal qarşılıqlı
fəaliyyətin olduğu
vurğulanıb. Ötən
il Azərbaycan və Özbəkistan arasında energetika sektorunda əməkdaşlığa
dair yol xəritəsi imzalanıb.
Baş nazirlər,
həmçinin bərpa
olunan enerji mənbələri sahəsində
yaxşı imkanlar yarandığını bildirib,
habelə kənd təsərrüfatı, mədəni-humanitar,
təhsil, səhiyyə
və digər sahələrdə məhsuldar
əməkdaşlıqdan məmnunluq
ifadə ediblər.
Sonra Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov çıxış ediblər.
Azərbaycan.-2023.- 20 iyul.- S.5.