Bəzi
xarici jurnalistlərin adı “qara siyahı”dan çıxarılıb
Xarici İşlər
Nazirliyi (XİN), Azərbaycan
Mətbuat Şurası
və Medianın İnkişafı Agentliyi
Azərbaycan ərazilərinə
qanunsuz səfər etmiş bəzi xarici jurnalistlərin “qara siyahı”dan
çıxarılması ilə
bağlı bəyanat
yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanat
iyulun 19-da XİN, Medianın
İnkişafı Agentliyi
və Mətbuat Şurası tərəfindən
birgə keçirilən
mətbuat konfransında
qəbul edilib.
Bəyanatın mətnini
XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə səsləndirib.
Bəyanatla 58 nəfərin
adı XİN-in “qara siyahı”sından
çıxarılır.
Bəyanatda deyilir
ki, milli mətbuatımızın ilk
nümunəsi kimi
1875-ci il iyulun 22-də
görkəmli ziyalı,
publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan
dilində nəşr
olunmağa başlamış
“Əkinçi” qəzetindən
əsasını götürən
müasir Azərbaycan
mətbuatı ölkəmizin
bütün sahələrdə
əldə etdiyi nailiyyətlərə uyğun
şəkildə öz
inkişaf dövrünü
yaşayır.
Qeyd olunur ki, milli jurnalistikanın
ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər,
xüsusilə Azərbaycan-
Ermənistan sülh prosesi kimi istiqamətlərdə
ölkəmizin həqiqətlərinin
beynəlxalq auditoriyaya
çatdırılmasında, region və onun hüdudlarından kənarda informasiya məkanının formaşdırılmasında,
xarici mənfi ideoloji təsirlərin fonunda milli informasiya
təhlükəsizliyinin təmin
olunmasında danılmaz
rolu var.
Bu məqsədlə
xarici jurnalistlərin Azərbaycana səfərlərinin
təşkili əsas
fəaliyyət sahələrindəndir.
Həm Ermənistanın
30 ilə yaxın müddətdə Azərbaycan
ərazilərinin işğalı
dövründə, həm
də Vətən müharibəsindən sonra
regiona yüzlərlə
jurnalist səfər ediblər. Bununla yanaşı, bir sıra əcnəbi jurnalistlərin Azərbaycan
hökumətinin icazəsi
olmadan keçmiş işğal altında olan ərazilərimizə
səfərlər həyata
keçirdiyi, bir çox hallarda, belə səfərlərin
həmin şəxslərin
məlumatsızlığı nəticəsində baş
verdiyi bəllidir.
“ Məlum olduğu
kimi, beynəlxalq təcrübəyə uyğun
olaraq, Azərbaycanın
milli və beynəlxalq qanunvericiliyinin
kobud şəkildə
pozulması ilə nəticələnən hər
hansı bir səfərdə iştirak
edən şəxs Azərbaycanda arzuolunmaz şəxs kimi müvafiq olaraq Azərbaycan ərazilərinə
qanunsuz səfər etmiş xarici vətəndaşların siyahısına
daxil edilir.
Bununla yanaşı, hər il onlarla şəxs bu siyahıdan adlarının çıxarılması məqsədilə Azərbaycan hökumətinə rəsmi üzrxahlıq məktubları ünvanlayır və müraciətlər məqsədəuyğun hesab ediləcəyi təqdirdə, onların adları siyahıdan çıxarılır”, - deyə bəyanatda diqqətə çatdırılır.
Azərbaycan.-2023.-
20 iyul.- S.12.