XİN Ararat Mirzoyana cavab verib: Əsassız iddialarla sabitlikdə maraqlı olmadığını
nümayiş etdirib
İyulun 18-də Avstriyanın
Avropa və beynəlxalq məsələlər
üzrə federal naziri Aleksandr Şallenberqlə mətbuat
konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan növbəti dəfə Azərbaycanı bir sıra əsassız iddialarla təqsirləndirərək
bölgədə sülh
və sabitlikdə maraqlı olmadığını
nümayiş etdirib.
Bu barədə
AZƏRTAC- Xarici İşlər
Nazirliyindən məlumat
verilib.
Ermənistan xarici
işlər nazirinin Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyinə hörmət
etmək əvəzinə,
30 ilə yaxın müddətdə işğal
altında saxladığı,
azərbaycanlılara qarşı
etnik təmizləmə
həyata keçirdiyi
Qarabağda yaşayan
ermənilərin “hüquq
və təhlükəsizliyini”
bəhanə gətirərək
sülh prosesinə müxtəlif iddialarla maneçilik törətməsi
Ermənistan rəsmilərinin
əsl niyyətlərindən
xəbər verir. “Qarabağ əhalisi” dedikdə yalnız erməni sakinlərin hüquqlarının nəzərdə
tutulması və bu torpaqlardan qovulmuş azərbaycanlı
sakinlərin “hüquq
və təhlükəsizliyinin”
gözardı edilməsi
qəbuledilməzdir.
Azərbaycan erməni
sakinlərlə dialoq
təşəbbüsü ilə çıxış
edən tərəfdir
və Azərbaycanın
bu xoşniyyətli addımlarına qarşılıq
verilməsi vacibdir. Bununla yanaşı, Ermənistan tərəfinə
aydın olmalıdır
ki, Azərbaycan ölkədə yaşayan
bütün etnik azlıqların hüquq və təhlükəsizliyini
bərabər şəkildə
təmin edir və edəcək.
Bölgədə “gərgin
humanitar vəziyyət”
iddiaları Ermənistanın
siyasi avantürası
və manipulyasiyasıdır.
Azərbaycan tərəfindən
təklif olunan Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin
daşınmasına qarşı
çıxılması da
bu iddiaların heç bir əsasının olmadığının
nümunəsidir. Beynəlxalq
Ədalət Məhkəməsinin
Ermənistanın Laçın
buraxılış məntəqəsinin
aradan qaldırılması
tələbinin yekdilliklə
rədd edilməsinə
dair 6 iyul 2023-cü il tarixli qərarının
Ermənistan tərəfindən
təhrif olunması, bununla yanaşı, məntəqəyə qarşı
hərbi təxribat törədilməsi, qaçaqmalçılıq
cəhdlərinin edilməsi
Ermənistanın beynəlxalq
norma və prinsiplərə riayət
etmək niyyətinin olmadığının göstəricisidir.
Qeyd edilənlərlə
yanaşı, Azərbaycan
ərazilərini 30 ilə
yaxın müddətdə
işğal altında
saxlamaqla bütün sərhədləri pozan, Azərbaycan ərazilərindən
hələ də tam olaraq erməni
silahlı qüvvələrini
çıxarmayan Ermənistan
tərəfinin dövlət
sərhədində aydınlıq
əldə edilməsi
şərtini irəli
sürməsi və bunun danışıqlar prosesində əsas amil olduğunu bildirməsi heç bir sağlam məntiqə sığmır.
Azərbaycanın şərq
bölgələrindən Naxçıvana
maneəsiz nəqliyyat
yollarının açılışı
üzrə öhdəliyinə
son üç ilə yaxın dönəmdə riayət
etməyən Ermənistanın
indi də nəqliyyat infrastrukturlarının
açılmasını müxtəlif
bəhanələrlə yubatması
və şərtləndirməsi,
bu ölkənin 30 ilə yaxın müddətdə özünütəcrid
siyasətinin heç
bir xeyir gətirmədiyini hələ
də anlamadığını
nümayiş etdirir.
Ermənistan bölgədə sülh, sabitlik və təhlükəsizlikdə maraqlıdırsa, riyakarlıq və saxta manipulyasiyalara son qoymalı və sülh prosesinin uğurla nəticələnməsi üçün beynəlxalq hüquqi öhdəliklərinə əməl etməlidir.
Azərbaycan.-2023.- 20 iyul.- S.13.