Özbəkistanın
Baş naziri Füzuli rayonuna səfər edib
Özbəkistan Respublikasının
Baş naziri Abdulla Aripov işğaldan azad olunmuş Füzuli şəhərinə səfər
edib.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, Abdulla Aripov əvvəlcə Füzuli
Beynəlxalq Hava Limanına gəlib.
Qarabağ iqtisadi
rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan
Respublikası Prezidentinin
xüsusi nümayəndəsi
Emin Hüseynov qonağa Füzulidə gedən təmir, bərpa və quruculuq işləri, şəhərin inkişaf
perspektivləri, eləcə
də investisiya potensialı barədə geniş məlumat verib.
A.Aripov 30 ilə
yaxın işğal altında qalmış Füzulidə törədilmiş
vandalizmin izlərinin şahidi olub. Baş nazirə şəhərin dağıntılara
məruz qalmış
tikililəri, terrora uğramış təbiəti
barədə də məlumat verilib.
Sonra Füzuli şəhərində Özbəkistan
tərəfindən inşa
olunan və tikinti prosesi davam edən məktəbə baxış
keçirilib.
Qeyd olunub ki, Füzuli şəhərində həm
yaşayış binalarının,
həm də orta məktəbin tikintisinin yaxın müddətdə tamamlanması
və Böyük Qayıdış Proqramının
icrasına əsasən
ilk sakinlərin köçürülməsi planlaşdırılır.
Baş nazir Abdulla Aripov məktəbin tikintisində çalışan özbəkistanlı inşaatçılarla görüşüb, xatirə şəkli çəkdirib.
Azərbaycan.-2023.- 20 iyul.- S.13.