Prezident
İlham Əliyev Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında
iştirak edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 20-də Cəlilabad rayonunda olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısı Cəlilabad
Dövlət Peşə
Təhsil Mərkəzinin
açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə mərkəzdə
yaradılan şərait
barədə məlumat
verdi.
Qeyd edək ki, ölkəmizdə əmək bazarının
tələblərinə uyğun
kadr hazırlığında
peşə təhsilinin
rolu artır. Bu sahəyə göstərilən diqqət
həm də müasir infrastrukturun formalaşdırılması ilə
müşayiət olunur.
Cəlilabad Dövlət
Peşə Təhsil Mərkəzi də regional inkişaf proqramından irəli gələrək bölgədə
gənclərin peşə
bacarıqlarına yiyələnməsinə
yeni imkanlar yaradacaq.
Məlumat verildi
ki, hazırda Azərbaycanda 98 peşə
təhsil müəssisəsi
var. Peşə təhsil mərkəzlərinin
sayı isə
14-dür. Ölkəmizdə 120 ixtisas üzrə 23 min 600 tələbə peşə təhsili alır. Son üç ildə peşə qəbulu üzrə göstəricilər
30 faiz artaraq, keçən il tələbələrin sayı
19 mini ötüb. Bundan başqa,
2022-2023-cü tədris ilində
5 regionda fəaliyyət
göstərən 8 peşə
təhsil müəssisəsində
yüksək texniki peşə təhsil səviyyəsi üzrə
də tələbə
qəbulu aparılıb.
Hazırda respublikada
1466 tələbə yüksək
texniki peşə təhsili alır. Bu təhsil səviyyəsi üzrə
tələbələrin sayının
2026-cı ilə qədər
9200-ə çatdırılması planlaşdırılır.
Bildirildi ki, hazırda Lənkəran Peşə Liseyi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üçün
binalar tikilir. Mingəçevir Peşə
Təhsil Mərkəzinin
binasının tikintisi
isə başlamaq üzrədir. Eləcə
də Füzuli Peşə Liseyi, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Tovuz, Qax və
Quba Peşə liseylərinin binalarının
layihələndirilməsi aparılır.
Qarabağda Kəlbəcər
və Laçın peşə məktəblərinin
tikintisi planlaşdırılır.
Böyük Qayıdış
Proqramı çərçivəsində
ümumilikdə 8 peşə
təhsil müəssisəsi
tikilib istifadəyə
veriləcək.
Dövlətimizin başçısı
Cəlilabad Dövlət
Peşə Təhsil Mərkəzində yaradılan
şəraitlə tanış
oldu.
Ən müasir
infrastruktur, maddi-texniki
baza ilə təchiz olunan mərkəzin ərazisində
25 sinif otağı, 3
laboratoriya, 13 emalatxana,
informatika kabineti, STEAM
Mərkəzi, praktiki
məşğələ otağı,
kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları,
avtotəmir binası,
maldarlıq ferması
və digər köməkçi binalar yerləşir.
Peşə Təhsil
Mərkəzində qənnadıçı,
şirniyyatçı, dərzi,
kompüterlərin təmiri
və xidməti üzrə texnik, mühasibat uçotu, qrafik dizayner, veb-dizayn və proqram təminatı, çilingər-santexnik, geniş
profilli traktorçu-maşinist,
elektrik montyoru, bərbər-vizajist-manikürçü, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, mebel
ustası istiqamətləri
üzrə mütəxəssis
hazırlığı aparılacaq.
Eyni zamanda, kənd təsərrüfatı
mütəxəssislərinə artan tələbatı nəzərə alaraq bu sahə üzrə
tədrisə xüsusi
diqqət yetirilib. Müəssisədə kənd
təsərrüfatı məhsullarının
istehsalı üzrə
fermer, bitkiçilik, heyvandarlıq və baytarlıq üzrə mütəxəssislər də
hazırlanacaq.
Qeyd edək ki, son illərdə
Azərbaycanda peşə
təhsilinin inkişafı
istiqamətində əhəmiyyətli
addımlar atılıb.
Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanına
əsasən, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması,
peşə təhsilinin
yeni çağırışlara
uyğunlaşdırılması, peşə təhsil müəssisələrinin rolunun
və statusunun yüksəldilməsi bu sahəyə xüsusi diqqətin təzahürüdür.
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin istifadəyə verilməsi bölgələrdə gənclərin yeni tələblərə uyğun bilik və bacarıqlara yiyələnməsinə, eləcə də məşğulluq məsələlərinin həllinə xidmət edəcək.
Azərbaycan.-2023.-
21 iyul.- S.2.