Prezident
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olub
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 20-də Füzuli rayonunda olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısı 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olub.
Azərbaycan Avtomobil
Yolları Dövlət
Agentliyinin İdarə
Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına
görülən işlər
barədə məlumat
verdi.
Bildirildi ki, işğaldan azad olunmuş ərazilərin
yenidən qurulması
və bərpası layihəsi çərçivəsində
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və
tikintisi sürətlə
davam etdirilir. Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yolun Tuğ dairəsinədək olan
48 kilometrlik hissəsi
altı, 33,7 kilometrlik
hissəsi isə dörd hərəkət zolağından ibarət olacaq.
Yolun baxış
keçirilən 27 kilometrlik
hissəsində əsas
infrastruktur işləri
tam icra olunub. Ümumilikdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 50 faizi tamamlanıb. Yolboyu müxtəlif diametrli 137 suötürücü boru,
30 yeraltı keçid,
8 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi
uzunluğu 984, viadukların
uzunluğu isə 2090
metrdir.
Məlumat verildi ki, layihə üzrə tikintisi nəzərdə tutulmuş doqquz viadukun səkkizində hazırda inşaat işləri davam etdirilir. Viadukların üçünün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilir. Bundan başqa, Zəfər yolunun Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoluna birləşən hissəsində yol qovşağının tikintisi işləri də uğurla icra olunur.
Azərbaycan.-2023.- 21 iyul.- S.2.