Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2003-cü il
31 oktyabr tarixli 145 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Vətəndaşlıq
vəziyyəti aktlarının
dövlət qeydiyyatı
Qaydası”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2003, ¹ 10, maddə
627; 2005, ¹ 7, maddə 678; 2006, ¹ 2, maddə 185, ¹ 4, maddə
378, ¹ 5, maddə 470, ¹ 9, maddə
819, ¹ 10, maddə 902; 2007, ¹ 5, maddə 546, ¹ 10, maddə
1026; 2008, ¹ 2, maddə 114; 2010, ¹ 7, maddə 700; 2011, ¹ 7, maddə
737; 2012, ¹ 2, maddə 178, ¹ 11, maddələr 1203, 1212, ¹ 12, maddə
1359; 2013, ¹ 3, maddə 348, ¹ 5, maddə 580; 2014, ¹ 5, maddə
554, ¹ 8, maddə 1005; 2015, ¹ 5, maddə 669; 2016, ¹ 2 (II kitab),
maddə 389, ¹ 7, maddə
1343, ¹ 9, maddə 1585, ¹ 11, maddə
1976; 2017, ¹ 7, maddə 1499, ¹ 12 (II kitab), maddə 2525; 2018, ¹
12 (II kitab), maddə
2760; 2019, ¹ 3, maddə 516, ¹ 4, maddələr 763, 781, ¹ 8, maddə
1478; 2020, ¹ 3, maddə 369, ¹ 9, maddə 1206, ¹ 10, maddələr
1273, 1304; 2021, ¹ 2, maddə 207, ¹ 3, maddə 274, ¹ 9, maddə
1069; 2022, ¹ 4, maddə 423, ¹ 7, maddə 820, ¹ 8, maddə
974) ilə təsdiq edilmiş “Vətəndaşlıq
vəziyyəti aktlarının
dövlət qeydiyyatı
Qaydası”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 1.5-1-ci bənd əlavə edilsin:
“1.5-1. Qeydiyyat şöbəsində
və konsulluq idarəsində vətəndaşlıq
vəziyyəti aktlarının,
icra hakimiyyətinin nümayəndəliyində doğumun,
nikahın bağlanmasının
və ölümün
dövlət qeydiyyatı
aparılarkən yer adları mövcud olan inzibati ərazi
vahidlərinin adlarına
uyğun yazılır.
Ermənistan Respublikasındakı
yer adları isə Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının
tövsiyələri nəzərə
alınmaqla yazılır.”.
2. 9.11-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“9.11. Verilən təkrar
şəhadətnamələrdə və arayışlarda yer adları həmin sənədlərin
verildiyi gün mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır. Təkrar şəhadətnamələrdə
və arayışlarda
Ermənistan Respublikasındakı
yer adları yazılarkən bu Qaydanın 1.5-1-ci bəndinin
tələbləri tətbiq
edilir.”.
Əli Əsədov
Respublikasının Baş naziri
Bakı şəhəri,
19 iyul 2023-cü il
Azərbaycan.-2023.-
21 iyul.- S.3.