Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin “Azərbaycan
Respublikasının vahid
büdcə təsnifatının
təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “Dezoksiribonuklein turşusu
(DNT) analizinin aparılması
üçün bioloji
materialın götürülməsi,
onun uçotu, saxlanılması, istifadəsi,
verilməsi və məhv edilməsi Qaydası”nın təsdiq
edilməsi barədə”
2019-cu il 22 aprel tarixli 188 nömrəli qərarlarında dəyişiklik
edilməsi haqqında
¹ 233
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Azərbaycan Respublikasının Əmək
Məcəlləsində, Azərbaycan
Respublikasının Ailə
Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər
və vəkillik fəaliyyəti haqqında”,
“Təhsil haqqında”,
“Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət
daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2022-ci il
27 dekabr tarixli 776-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının
vahid büdcə təsnifatının təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 10, maddə
2155; 2019, ¹ 3, maddələr 528, 534, 544,
563, 566, 568, ¹ 4, maddə 753, ¹ 5, maddələr 935, 945, 971, ¹ 7, maddə
1325, ¹ 8, maddə 1475, ¹ 10, maddə
1677, ¹ 11, maddə 1878, ¹ 12, maddələr 2091, 2095; 2020, ¹ 3, maddə 344, ¹ 4, maddə
479, ¹ 5, maddə 643, ¹ 6, maddə
784, ¹ 8, maddə 1134, ¹ 9, maddə
1222, ¹ 10, maddə 1273, ¹ 11, maddələr 1403, 1408, ¹ 12 (V kitab),
maddələr 1589, 1597; 2021, ¹ 2, maddə 203, ¹ 3, maddələr
278, 288, 293, 300, 302, ¹ 4, maddələr 395,
399, 404, 416, 417, 418, ¹ 6 (IV kitab), maddə 695, ¹ 7, maddələr
871, 874, ¹ 8, maddələr 966, 973, ¹ 9, maddə 1064, ¹ 10, maddələr
1181, 1187, 1192, ¹ 11, maddələr 1256,
1274, 1280, 1283; 2022, ¹ 1, maddələr 53,
70, ¹ 4, maddələr 377, 388, 398, 415, ¹ 5, maddə 577, ¹ 7, maddə
811, ¹ 8, maddə 1026, ¹ 9, maddələr
1085, 1101, ¹ 10, maddə 1210, ¹ 12, maddə 1552; 2023, ¹ 2, maddə
320, ¹ 4, maddə 588; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2023-cü il
26 may tarixli 170 nömrəli Qərarı)
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. həmin Qərarla
təsdiq edilmiş “Azərbaycan Respublikasının
büdcə xərclərinin
funksional təsnifatına
əlavə”nin “3.5.0.
“Hüquqi yardım” köməkçi bölməsinə
“tanınmış” sözündən
sonra “, həmçinin
cinsi istismar və ya cinsi
zorakılıq qurbanı
olmuş və cinayət prosesində öz hüquqlarını
müstəqil həyata
keçirən və
pulsuz hüquqi yardım göstərilməsini
tələb edən uşaqlara xidmət göstərən” sözləri
əlavə edilsin;
1.2. həmin Qərarla
təsdiq edilmiş “Azərbaycan Respublikasının
büdcə xərclərinin
iqtisadi təsnifatına
əlavə”nin “222970.
“Məhkəmə və
mediasiya prosesi ilə bağlı xidmətlərin ödənilməsi”
maddəsinin birinci cümləsində və
“222971. “Hüquqi yardım”
yarımmadəsində “ölmüş,
zərər çəkmiş
şəxsin” sözləri
“ölmüş zərər
çəkmiş şəxsin”
sözləri ilə əvəz edilsin, “tanınmış” sözündən
sonra “, həmçinin
cinsi istismar və ya cinsi
zorakılıq qurbanı
olmuş və cinayət prosesində öz hüquqlarını
müstəqil həyata
keçirən və
pulsuz hüquqi yardım göstərilməsini
tələb edən uşaqlara xidmət göstərən” sözləri
əlavə edilsin.
2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2019-cu il 22 aprel tarixli 188 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanun-vericilik
Toplusu, 2019, ¹ 4, maddə
779; 2020, ¹ 11, maddə 1408) ilə
təsdiq edilmiş “Dezoksiribonuklein turşusu
(DNT) analizinin aparılması
üçün bioloji
materialın götürülməsi,
onun uçotu, saxlanılması, istifadəsi,
verilməsi və məhv edilməsi Qaydası”nın 2.3.1-ci yarımbəndinə
və 3.4-cü bəndinə
“əleyhinə cinayət”
sözlərindən sonra
“, o cümlədən uşaqlara
qarşı cinsi istismar və ya cinsi zorakılıqla
bağlı cinayət”
sözləri əlavə
edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
19 iyul 2023-cü il
Azərbaycan.-2023.-
21 iyul.- S.3.