Mərkəzi
Nəbatat bağı
- bitkilərin
"görüş" yeri
Mərkəzi Nəbatat
bağının 100-ə yaxın
yaşı var. Bağ 1934-cü ildə Bakının dağlıq
hissəsində - "Qurd
qapısı" deyilən
ərazinin yaxınlığında
salınıb. Yeri gəlmişkən, qeyd edək ki, ikinci
belə bir Botanika bağı Mərdəkanda yerləşir.
Nəbatat bağında
yerli və başqa ölkələrdən
gətirilən bitkilər
becərilir və onların yerli mühitə necə alışması diqqətlə
öyrənilir. Bu bağın əsas vəzifəsi də elə bitki ehtiyatlarını öyrənib
zənginləşdirmək, onların təsərrüfat
üçün qiymətli
növlərini seçib
müəyyənləşdirmək və inkişaf etdirməkdir. Onu da bildirək ki, bu bağ
Azərbaycan Prezidentinin
diqqət mərkəzində
yerləşən vacib
sahələrdən biridir.
Mərkəzi Nəbatat
bağında aparılan
yenidənqurma işləri
dövlət başçısının
müvafiq sərəncamına
uyğun olaraq həyata keçirilir. İyulun 12-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Mərkəzi
Nəbatat bağında
aparılan işlərlə
tanış olmaları
dediklərimizi bir daha təsdiq edir.
Prezidentə məlumat
verilmişdir ki, aparılan yenidənqurma və bərpa işləri nəticəsində
Mərkəzi Nəbatat
bağının ərazisi
genişləndirilərək 44,8 hektara çatdırılmışdır.
Bağın ərazisində
yerləşmiş avtomobil
təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülmüşdür.
Hazırda yeni, müasir layihəyə əsasən geniş bərpa və yenidənqurma işləri
aparılır. Bu zaman bağ memarlığının unikal
elementlərindən istifadə
edilir, müxtəlif növ yeni ağaclar
əkilir. Bundan başqa, müasir dizaynlı guşələrin
yaradılması nəzərdə
tutulur.
Onu da xatırladaq ki, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədi ilə yaradılan bu bağ elmi-tədqiqat
müəssisəsi kimi
fəaliyyət göstərir.
Nəbatat bağında
2500-dən çox ağac,
kol, ot bitkiləri
var. Bağda 130-a yaxın nadir bitki növü qorunur.
Son illər Azərbaycanın bütün
regionlarında, o cümlədən
Bakıda abadlıq və yenidənqurma işləri geniş vüsət almışdır.
Əhalinin rahatlığının
və istirahətinin yüksək səviyyədə
təşkili üçün
yeni parklar və çoxsaylı yaşıllıq zolaqları
salınır, mövcud
park və xiyabanlar əsaslı şəkildə yenidən
qurulur. Bütün bunların sayəsində
paytaxt tədricən yaşıl şəhərə
çevrilir.
O da sirr deyil ki, müasir
dünyanın ekoloji durumu getdikcə ağırlaşır və
bütünlükdə bəşəriyyət
çox çətin
sınaqlarla, böyük
sıxıntılarla üzləşir.
Baş verən iqlim dəyişiklikləri
və təbii fəlakətlər bəzən
də insanları bədbinliyə qapadır.
Məhz bu baxımdan dünyada yaradılan nəbatat bağlarının xüsusi
əhəmiyyəti var.
Onlar cəmiyyəti daha böyük həmrəyliklə yaranan
ekoloji problemlərin qarşısının alınmasına
cəlb edir.
Faktiki olaraq dünyada nəbatat bağları uzun müddətdir yaradılır
və inkişaf etdirilir. Məsələn,
Nyu Yorkdakı 21 hektarlıq bağın əsası 1910-cu ildə
qoyulub və hər il təxminən
bir milyon insan buranı ziyarət edir. Bir sıra xüsusi
bağların, bitki kolleksiyalarının, Steinhardt
Konservatoriyasının, incəsənət
qalereyasının daxil
olduğu bağın
digər bağlardan fərqi burada 12 min növ bitkinin,
bonsai muzeyinin, istixana, albalı çiçəyi esplanadasının,
yapon və qaya bağlarının olmasıdır.
Rio-de-Janeyronın
140 hektarlıq Nəbatat
bağı UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. 6500 bitki növünün becərildiyi
və bir çox əhəmiyyətli
abidələrin yerləşdiyi
bağ sanki bir oksigen dənizidir.
Turistlər arasında
olduqca məşhur olan Nong Nooch
Tropik Nəbatat bağı Tailandın Çonburi əyalətində
(Pattaya yaxınlığında)
yerləşir. Sahəsi
2,4 kvadratkilometrdir. Kəpənək
təpəsi, Orxideya bağı, fil ferması, fransız parkı, bonsai bağı bu heyrətamiz bağdakı
maraqlı yerlərin tam siyahısı deyil.
Fransanın Claude Monet bağı
isə vaxtilə məşhur rəssam
Oskar Klod Monenin şəxsi malikanəsi olub. Bağın yaradılmasında rəssam
öz təxəyyülünün
imkanlarından məharətlə
istifadə edib. Əgər Fransaya yolunuz düşsə, apreldən oktyabr ayınadək bu yerin gözəlliyindən
zövq ala bilərsiniz.
Bunlar çoxsaylı
nəbatat bağlarından
yalnız bir neçəsidir. Onların
sırasında Azərbaycanın
Mərkəzi Nəbatat
bağının da olması
qürurvericidir. Gəlin
bu bağda gəzintiyə çıxın
və qarşınıza
çıxan lövhələrdə
sizi özünə aludə edən bitkilər haqqında məlumat alın. Bu lövhəciklərdə görəcəksiniz
ki, bağda ölkə
florasından olan bitkilərlə bərabər,
dünyanın müxtəlif
yerlərindən - Şərqi
Asiya, Şimali Amerika, Aralıq
dənizi hövzəsindən
və digər yaxın, uzaq yerlərdən gətirilmiş
qiymətli ağac, kol, çiçək və bitkilər becərilir. Soğangülü,
payızgülü, qarğasoğanı,
dağlaləsi, nərgiz,
sünbülçiçək, süsən və 400-ə
qədər qızılgül
növünün kolleksiyası
və sairənin
"məskən" saldığı
bizim Nəbatat bağı dünyanın
istənilən analoji
yaşıl məkanı
ilə yarışa bilər.
Bahadur
İMANQULİYEV,
Azərbaycan.-2023.- 21 iyul.-
S.3.