İndi Azərbaycan müasir gəmilər inşa edir

 

10 il əvvələ qədər Azərbaycanda gəmiqayırma müəssisəsi yox idi. Sovet dönəmində paytaxtımızda yalnız bir neçə gəmi təmiri zavodu işləyirdi. Gəmilər  xaricdən alınır  buna  böyük vəsait  xərclənirdi. Odur ki, Bakıda gəmi inşa edən müasir, nəhəng bir  zavodun tikilib istifadəyə verilməsi fəaliyyət göstərməsi Prezident İlham Əliyevin  iqtisadi strategiyasının mühüm nailiyyətlərindən biridir.

Zavodun təməli 2010-cu ildə qoyuldu. 2013-cü ildə isə müəssisə istifadəyə verildi. Belə bir zavodun tikilməsi ideyası yarananda bəziləri hesab edirdi ki, başqa ölkələrdən gəmi, tanker ala bildiyimiz halda buna ehtiyac yoxdur. Dövlət başçısı isə bu müəssisənin  dərəcədə əhəmiyyətli olduğunu əvvəlcədən müəyyən etmişdi.

Bu gün Bakı Gəmiqayırma Zavodunun nailiyyətləri misilsizdir. Zavodun istismara verilməsi ölkəmizdə yeni gəmilərin alınması istiqamətində idxaldan asılılığı aradan qaldırıb. Azərbaycanda belə bir zavodun yaradılması Xəzər dənizinin spesifik xüsusiyyətləri bu hövzədə mövcud liman infrastrukturunun texniki imkanları nəzərə alınmaqla nadir layihələr yeni konsepsiyalar əsasında bütün növ gəmilərin tikintisini mümkün edib. Ən yüksək standartlara uyğun gəmilərin istehsalı isə dövlətimizin həm  iqtisadi gücünün, həm sənaye texnologiyalar sahəsində uğurlarının göstəricisidir.

Prezident İlham Əliyev zavod istifadəyə verilərkən bunun ölkəmiz üçün tarixi hadisə olduğunu qeyd edib. Təsadüfi deyil ki, dövlət başçısı bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bu mövzuya bir daha toxunub: "Əgər bu gün bizdə gəmiqayırma zavodu olmasaydı, biz tankerləri, gəmiləri haradan alacaqdıq? İndi sual ritorikdir. Biz əvvəllər haradan alırdıq, indi oradan heç kim ala bilmir. Ona görə bu, vaxtında atılmış strateji bir addım idi".

Ötən dövrün salnaməsinə nəzər salsaq, zavodun gördüyü böyük işlərin mənzərəsi daha aydın görünər. Elə keçən ili xatırlayaq. 2022-ci il aprelin 28-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi ilə zavodda inşa olunan "Ro-Pax" tipli "Zərifə Əliyeva" gəmi-bərəsi istismara verildi. 30 nəfərlik heyət üzvünün idarə etdiyi gəmi-bərə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon ya 50 yük avtomobili/TIR daşımaq mümkündür. "Zərifə Əliyeva", eləcə   zavodda  əvvəl istehsal edilmiş "Azərbaycan" gəmi-bərələri bu göstəricilərinə görə Xəzər hövzəsində istismar olunan digər gəmi-bərələrdən daha üstündür. Dünyanın aparıcı istehsalçılarının müasir avadanlıqları ilə təchiz olunan "Zərifə Əliyeva" gəmi-bərəsində yük lifti, vertolyot  meydançası, dalğalı havada gəminin sabitləşdirilməsi sistemi, dartıcı lokomotivlər var.

Keçən il dekabrın 7-də isə Prezident İlham Əliyevin iştirakı ilə "Akademik Xoşbəxt Yusifzadə" tankerinin istismara verilməsi mərasimi keçirildi. Bu, uzunluğu 141, eni 16,9 metr, yükgötürmə qabiliyyəti 7800 ton olan bir tankerdir. Tanınmış neftçi-geoloqun adını daşıyan tankerlə həm neft, həm kimyəvi məhsulların daşınması mümkündür. Gəminin suya oturumu ASCO-nun digər tankerləri ilə müqayisədə maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa Rusiyanın su kanalları ilə Xəzərdən kənara yük daşımağa imkan yaradır.

Xatırladaq ki, 2019-cu ilin dekabrında  Bakı Gəmiqayırma Zavodunda inşa olunan  "Laçın" 2021-ci ilin sentyabrında "Kəlbəcər" neft tankerləri  istismara verilib.

"Laçın"ın uzunluğu 141, eni 16,9, bortunun hündürlüyü 6 metrdir. Dedveyti dənizdə 7875, çayda 5447 ton olan tanker hər biri 1200 kW gücə malik iki mühərriklə təchiz edilib. Saatda 10 uzel sürətlə hərəkət edə bilir. "Laçın" tankeri xam neft neft məhsulları daşınması üçün ümumi tutumu 9190 kubmetr olan 6 yük tankına malikdir. Bu tanker həm Xəzərdə neft neft məhsullarının daşınmasını, həm Volqa-Don Volqa-Baltik kanalları ilə Xəzərdən kənar hövzələrə maye yüklərin daşınmasını təmin edir. Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (Royal Institution of Naval Architects, RINA) siyahısına görə, "Laçın" tankeri 2019-cu ildə dünyada  inşa edilən ən yaxşı 50 mülki gəmidən biri olub.

"Kəlbəcər" neft tankerinin uzunluğu, eni, bortunun hündürlüyü, dedveyti, yük çənlərinin tutumu təxminən "Laçın"da olduğu kimidir. "Laçın" 11, "Kəlbəcər" 15  nəfərlik heyətlə idarə olunur. "Kəlbəcər" tankerinin xarici sularda istismarı nəzərdə tutulub.

Zavodun məhsulu olan "Azərbaycan" gəmi- bərəsi isə 30 nəfərlik heyətlə saatda 14 knot sürətlə hərəkət edə bilir. Qısa beynəlxalq səfərlər üçün nəzərdə tutulan gəmi 100 nəfər sərnişin tutumuna malik olmaqla yanaşı, T-1 ölçülü dəmiryolu vaqonları, avtomobillər yük maşınlarını daşımağa qadirdir. Gəmi 2600 kVt gücə malik

2 əsas mühərrik, 188 ton ağırlıq qaldırma qabiliyyətli yük lifti, vertolyot meydançası, digər avadanlıq infrastrukturla təchiz olunub.

Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (Royayal Institution of Naval Architects, RINA) 2021-ci ilin ən yaxşı gəmilərinin siyahısında Ro-Pax tipli "Azərbaycan" ən yaxşı gəmi-bərə kimi yer alıb.

"Xankəndi" sualtı tikinti gəmisi məxsusi olaraq "Şahdəniz" yatağında işləmək üçün tikilib. Azərbaycanın qaz ixrac edən ölkə kimi tanınmasında bu nadir gəminin rolu var. Deməli, bu cür ən müasir gəmi tankerlər istehsal edən zavodun Azərbaycanın dünyada getdikcə daha çox önəm qazanmasında payı böyükdür.

Odur ki, dövlət başçısı bu ilin birinci yarısının göstəricilərinə yekun vurularkən Azərbaycanda gəmi inşasının daha da genişləndirilməsinin vacibliyini qeyd edib: "Bizim Xəzərdəki gəmiqayırma imkanlarımıza da yenidən baxmalıyıq. Çünki qonşu ölkələrdən sifarişlər gəlir. Bizim gəmiqayırma zavodumuz mövcud daşıma imkanlarımıza hesablanmışdır. Eyni zamanda uzun illər fəaliyyət göstərən gəmilərin sıradan çıxmasını da nəzərə alırıq. Çünki onlar sıradan çıxır, təzələnməlidir. Amma indi daha böyük tələbat var - həm bizim, həm ki, qonşu ölkələrin. Beləliklə, istisna deyil ki, biz vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə başlaya bilərik. Yəni siz bunu diqqətdə saxlayın. Hər halda xaricdən gələn sifarişlər, - biz artıq ilkin danışıqlara başlamışıq, - çox müsbət haldır bu, bir daha göstərir ki, biz hər şeyi vaxtında edirik".

Qeyd edək ki, zavod indiyədək xarici ölkələrdən alınan sifarişləri uğurla yerinə yetirib. Burada 2018-ci ildə "Bue Bulkers Limited" şirkətinin sifarişi əsasında Qazaxıstanın "Kazmortransflot" şirkətinə məxsus üç gəminin əsas gövdə qanad çənlərinin quraşdırılmasına dair işləri uğurla tamamlayıb təhvil verib.  2022-ci ildə isə müəssisədə Türkmənistanın "Nurly Tolkun" şirkətinə məxsus "NT Flagman" üçayaqlı üzən qurğunun gövdə bloklarının ayaqlarının birləşdirilməsi, eləcə hərəkətverici sistemləri yükqaldırma kranlarının əsaslı təmir olunması işləri müvəffəqiyyətlə tamamlanıb.

 

Flora SADIQLI,

Azərbaycan.-2023.- 21 iyul.- S.4.