Türkiyənin
Jandarm Baş Komandanının müavininin
başçılıq etdiyi
nümayəndə heyəti
Azərbaycanda səfərdədir
Azərbaycan Respublikasının
daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Türkiyə Respublikası
Jandarm Baş Komandanının müavini
ordu generalı Ali Çardakçının
başçılıq etdiyi
nümayəndə heyəti
ölkəmizə rəsmi
səfərə gəlib.
Nazirliyin mətbuat
xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Çardakçı və onu müşayiət
edən şəxslər
Fəxri xiyabana gedərək xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə
tər çiçək
dəstələri düzüb,
Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra qonaqlar Şəhidlər Xiyabanındakı "Əbədi
məşəl" kompleksini
və Türk Şəhidliyini ziyarət
ediblər.
İyulun 20-də daxili
işlər naziri general-polkovnik Vilayət Eyvazov ordu generalı
Ali Çardakçının
rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
Nazir Azərbaycanın
Türkiyə ilə əlaqələrinin hər
zaman yüksələn
xətlə inkişaf
etdiyini, Ulu Öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini,
onun “Bir millət, iki dövlət” siyasətinin
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən
uğurla həyata keçirildiyini, dövlət
başçılarının siyasi iradəsi və qarşılıqlı
səfərləri nəticəsində
dost və qardaş ölkələrimiz
arasındakı münasibətlərin
keyfiyyətcə yeni mərhələyə qədəm
qoyduğunu məmnunluqla
xatırladıb.
Nazir rəhbərlik
etdiyi qurumun Türkiyənin Daxili İşlər Nazirliyi, o
cümlədən Jandarm
Baş Komandanlığı
ilə münasibətlərin
əməkdaşlığın genişləndirilməsinə böyük
önəm verildiyini,
Daxili Qoşunların
formalaşmasında, ən
müasir tələblərə
cavab verən quruma çevrilməsində,
şəxsi heyətin
peşəkarlığının daha da yüksəldilməsində
Türkiyə Jandarm Baş Komandanlığının
böyük xidməti
olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü
bildirib.
Səmimi qəbula
və ətraflı məlumata görə minnətdarlığını bildirən ordu generalı Ali Çardakçı Azərbaycana
səfərindən, Bakının
dünyanın ən gözəl paytaxtlarından,
ən təhlükəsiz
şəhərlərindən biri olmasından, ölkəmizin dinamik, sürətli inkişafından,
eyni zamanda, Daxili Qoşunların yüksək peşəkarlığa
və döyüş
qabiliyyətinə malik
mobil bir quruma çevrilməsindən
məmnun olduğunu bildirib.
O, iki ölkənin
müvafiq orqanları
arasındakı faydalı
işbirliyini yüksək
qiymətləndirib, "Bir
millət, iki dövlət" olaraq Türkiyənin hər zaman Azərbaycanın yanında yer aldığını, ordusunun,
Daxili Qoşunlarının
inkişafı üçün
bundan sonra da səylərini əsirgəməyəcəklərini, əməkdaşlığın, təcrübə mübadiləsinin
qardaş xalqlarımızın
və ölkələrimizin
mənafelərinə xidmət
etdiyini vurğulayıb.
Görüşdə tərəfləri maraqlandıran
bir sıra məsələlər müzakirə
edilib.
Daxili Qoşunların
Baş İdarəsində
daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədovun ordu generalı Ali Çardakçının
rəhbərlik etdiyi nümayəndə heyəti
ilə də görüşü olub.
General-leytenant Şahin
Məmmədov Türkiyə
Jandarm Baş Komandanlığı ilə
Daxili İşlər
Nazirliyinin Daxili Qoşunları arasında
dostluq və hərbi əməkdaşlıq
münasibətlərinin daha
da genişləndiyini
qeyd edib, qonaqlara Qoşunların Vətən müharibəsindəki
döyüş yolu və inkişafı barədə ətraflı
məlumat verib.
Səfər çərçivəsində dost və qardaş ölkənin nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində təlim-tədrisin təşkili, kursantlar üçün yaradılmış şərait, o cümlədən Bakı şəhərində yerləşən “N” saylı hərbi hissələrlə tanış olublar.
Azərbaycan.-2023.- 21 iyul.- S.5.